QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə433/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   429   430   431   432   433   434   435   436   ...   706
Qlobal  və  lokal iqlim ayrılır. Qlobal iqlim bir neçə onilliklərdə atmosferin, okeanın, qurunun və 

bütövlükdə biosferin vəziyyətinin statistik məcmusu, lokal iqlim isə coğrafi  şəraitdən asılı olaraq müəyyən 

əraziyə məxsus çoxilliklər dövründə (30 ildən az olmayaraq) atmosfer şəraitinin statistik məcmusudur.  

Yer kürəsində iqliməmələgətirən faktorların müxtəlif əlaqələri (birliyi) olduqca çoxlu iqlim müxtəliflikləri 

yaradır. XIX əsrin ikinci yarısında V.V.Dokuçayev tərəfindən Yerin coğrafi zonallığı qanunu kəşf olundu. Bu 

qanuna  əsasən müəyyən en dairəsi üzrə Yerin coğrafi «təbəqəsinin» qanunauyğun olaraq bölünməsi  torpaq-



iqlim zonalarının bir-birini əvəz etməsi kimi təzahür olunur. Hər zonanın təbii-tarixi formalaşması günəş 

radiasiyasının paylanma xarakteri (ekvatordan qütblərə doğru azalması) və qurunun qeyri-bərabər 

rütubətlənməsindən asılıdır. Hər zona üçün zonal iqlim tipi xasdır və onun mövsümi xüsusiyyətləri torpaq və 

bitki örtüyünün zonal tiplərini formalaşdırır. Bitki örtüyünün məhsuldarlığı iqlim və torpaq şəraitindən asılıdır.  

Akademik A.A.Qriqoryev və M.İ.Budıko (1959, 1962), M.İ.Budıko (1977) tədqiqatlarına  əsasən coğrafi 

zonaların rütubətlənmə şəraiti yağıntıların cəminə (ay, mövsüm, il ərzində) görə deyil, quraqlığın radiasiya indeksi 

göstəricisi ilə daha tam xarakterizə olunur. Bu göstərici Yer səthinin illik radiasiya balansının (R) həmin sahədəki 

illik yağıntıların (r) miqdarının buxarlanması üçün sərf olunan istilik cəminə (L

r

) nisbətidir (cədvəl 16.1).  



Adı  çəkilən müəlliflər zonanın termik şəraitini Yer səthi səviyyəsində (standart müşahidələr səthdən 2 m 

hündürlükdə aparılır) temperatur cəmi ilə ifadə edirlər, bu radiasiya balansının miqdarı ilə sıx bağlıdır (cədvəl 

16.2).//  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   429   430   431   432   433   434   435   436   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin