Qlobal və lokal iqlim ayrılır. Qlobal iqlim bir neçə onilliklərdə atmosferin, okeanın, qurunun və
bütövlükdə biosferin vəziyyətinin statistik məcmusu, lokal iqlim isə coğrafi şəraitdən asılı olaraq müəyyən
əraziyə məxsus çoxilliklər dövründə (30 ildən az olmayaraq) atmosfer şəraitinin statistik məcmusudur.
Yer kürəsində iqliməmələgətirən faktorların müxtəlif əlaqələri (birliyi) olduqca çoxlu iqlim müxtəliflikləri
yaradır. XIX əsrin ikinci yarısında V.V.Dokuçayev tərəfindən Yerin coğrafi zonallığı qanunu kəşf olundu. Bu
qanuna əsasən müəyyən en dairəsi üzrə Yerin coğrafi «təbəqəsinin» qanunauyğun olaraq bölünməsi torpaq-
iqlim zonalarının bir-birini əvəz etməsi kimi təzahür olunur. Hər zonanın təbii-tarixi formalaşması günəş
radiasiyasının paylanma xarakteri (ekvatordan qütblərə doğru azalması) və qurunun qeyri-bərabər
rütubətlənməsindən asılıdır. Hər zona üçün zonal iqlim tipi xasdır və onun mövsümi xüsusiyyətləri torpaq və
bitki örtüyünün zonal tiplərini formalaşdırır. Bitki örtüyünün məhsuldarlığı iqlim və torpaq şəraitindən asılıdır.
Akademik A.A.Qriqoryev və M.İ.Budıko (1959, 1962), M.İ.Budıko (1977) tədqiqatlarına əsasən coğrafi
zonaların rütubətlənmə şəraiti yağıntıların cəminə (ay, mövsüm, il ərzində) görə deyil, quraqlığın radiasiya indeksi
göstəricisi ilə daha tam xarakterizə olunur. Bu göstərici Yer səthinin illik radiasiya balansının (R) həmin sahədəki
illik yağıntıların (r) miqdarının buxarlanması üçün sərf olunan istilik cəminə (L
r
) nisbətidir (cədvəl 16.1).
Adı çəkilən müəlliflər zonanın termik şəraitini Yer səthi səviyyəsində (standart müşahidələr səthdən 2 m
hündürlükdə aparılır) temperatur cəmi ilə ifadə edirlər, bu radiasiya balansının miqdarı ilə sıx bağlıdır (cədvəl
16.2).//
Dostları ilə paylaş: |