quraqlıq, quru küləklər, güclü küləklər, tozlu tufanlar, torpağın eroziyası, dolu, payızlıq bitkilərin və
kənd təsərrüfatı heyvanlarının əlverişsiz qışlama şəraitinin müxtəlif növləri aiddir.
Vegetasiya dövründə (və ya müxtəlif fazalar arasındakı dövr) bitkinin istiliyə tələbatının aqroiqlim
göstəricisi kimi müsbət, aktiv və ya effektiv temperaturdan istifadə edilir. Bitkinin istiliyə olan tələbatını
səciyyələndirən temperatur cəminin bütün növlərini ərazinin termik (istilik) resursları ilə asan müqayisə etmək
olar. Belə müqayisə müəyyən ərazidə becərilən kənd təsərrüfatı bitkilərinin istiliyə olan tələbatını aşkar etməyə
imkan verir (faizlə). 10 ilin 8 ilindən (80%) az olmayaraq istiliklə bitkinin təmin olunması səmərəli (gəlirli)
sayılır. Ərazinin termik şəraitinin qiymətləndirilməsində ən isti ayın orta temperaturu, şaxtasız dövrün uzunluğu,
gec düşən yaz və tez düşən payız ayazlarının başlanma müddəti (vaxtı), onların təkrarlanmasından da istifadə
edilir.
Ərazinin rütubətlənmə şəraitini qiymətləndirdikdə adətən çoxillik orta yağıntıların cəmi və onların aylar (və
ya mövsümlər), yaxud ilin isti və soyuq dövrlərində paylanmasından istifadə olunur. Lakin orta çoxillik
yağıntıların miqdarı bitkilərin rütubətlə təmin olunmasını tam səciyyələndirmir, belə ki, yağıntıların bir hissəsi
səthi axıma, torpaq səthindən buxarlanmaya və torpağın dərin qatlarına hopmasına sərf olunur. Atmosfer suyu-
nun yalnız bir hissəsi bitkinin biokütlə yaranmasında transpirasiyaya sərf olunur. Odur ki, bitkinin rütubətlə
təmin olunması üzrə daha düzgün qiymət alınmasında vasitəli (dolayı) göstəricilərdən istifadə edilir. Bura
rütubətlənmənin müxtəlif göstəriciləri (əmsallar) aiddir. Atmosfer yağıntılarının cəminin buxarlanmanın
miqdarı, yəni müəyyən bir bitki sahəsində torpağın səthindən buxarlanmanın potensial miqdarına nisbəti
Dostları ilə paylaş: |