16.2. İqlimin insanın təsərrüfat fəaliyyətində əhəmiyyəti
Həyat və insanın bütün təsərrüfat fəaliyyəti müəyyən konkret iqlim şəraitində keçir. İqlim resursları əsas
təbii faktorlardan sayılır. İnsanın konkret ərazidə iqtisadiyyatın müxtəlif sahələrində istifadə etdiyi günəş
radiasiyası, temperatur, yağmurlar, buxarlanma və digər iqlim elementlərinin miqdarca qiymət məcmusu iqlim
resursları adlanır. Fasiləsiz bərpa olunan iqlim resurslarına işıq, günəş radiasiyası, istilik; dövrü olaraq bərpa
olunan iqlim resurslarına isə rütubətlilik, külək, buludluluq və b. aiddir. Kənd təsərrüfatı istehsalı prosesində
bilavasitə istifadə olunan iqlim elementləri (fotosintetik aktiv radiasiya – FAR, istilik, rütubət və b.) aqroiq-
lim resursları sayılır.
İqlim, kənd təsərrüfatı bitkilərinin coğrafi yayılması və müvəffəqiyyətlə becərilməsini, kənd təsərrüfatı
heyvanlarının saxlanmasını, onların otarılma şəraitini müəyyənləşdirir. Görkəmli rus alimi K.A.Timiryazev
qeyd etmişdir ki, iqlim məlumatları, yalnız bitkinin iqlim faktorlarına olan tələbatını aşkar etdikdə kənd
təsərrüfatı üçün əhəmiyyətli (faydalı) ola bilər. Bu tələbatın kəmiyyətini aşkar etmək üçün bitkinin inkişafı,
böyüməsi və məhsuldarlığının formalaşmasının miqdarca ifadəsi, iqlim faktorları ilə əlaqəsi
müəyyənləşdirilməlidir. Bir tərəfdən iqlim faktorları arasında, digər tərəfdən isə böyümə, inkişaf, qışadavamlılıq
və məhsuldarlığın formalaşması arasında kəmiyyətcə ifadə olunan əlaqələr aqroiqlim göstəriciləri adlanır. Bu
göstəricilərdən istifadə edərək, müxtəlif ərazilərin müxtəlif kənd təsərrüfatı bitkiləri becərmək və kənd
təsərrüfatı heyvanları saxlamaq üçün iqlimin əlverişlilik dərəcəsini müəyyən etmək olar. İqlimin kənd təsərrüfatı
baxımından qiymətləndirilməsində kənd təsərrüfatı istehsalı üçün ilin isti və soyuq dövrlərində təkrar olunan
təhlükəli meteoroloji hadisələrin məlumatlarından mütləq istifadə edilməlidir. Belə hadisələrə ayazlar,
Dostları ilə paylaş: |