Yerin geoloji tarixi boyunca (alimlərin fikirlərinə görə təxminən 4,65 milyard il) aktiv tektonik və vulkanik
fəaliyyətlər nəticəsində onun təbii şəraiti okeanların və qurunun sahəsi, materiklərin ümumi şəkli, dağ
224
sistemlərinin hündürlüyü və sahəsi, atmosferin tərkibi dəfələrlə dəyişmişdir, bu zaman iqlim də əhəmiyyətli
dərəcədə dəyişikliyə uğramışdır.
Müasir bilgilərə görə planetimizin müxtəlif geoloji dövrü tarixində astronomik dəyişilmələr – Yerin
fırlanma oxunun ekliptika müstəvisinə doğru əyilməsi (meyilliyi), Yer orbitinin dəyişməsi, Günəşin işıqlanma
dərəcəsinin (radiasiya intensivliyinin) dəyişməsi və s.-nin böyük təsiri olmuşdur. Belə dəyişmələr haqqında
poleocoğrafiya, paleogeologiya, paleoiqlimşünaslıq, paleontologiya, paleobotanika və başqa sahələrin
alimlərinin tədqiqatları nəticəsində dürüst materiallar əldə edilmişdir.
Qədim dövrlərin iqliminin tədqiqi göstərir ki, bir neçə milyon illər əvvəlki iqlim şəraiti, indikindən olduqca
fərqlənmişdir. Hazırkı dövrdə Yerin ekvator və qütblərindəki temperaturun müasir böyük ziddiyyətləri təxminən
70 mln. il əvvəl, üçüncü dövrün başlanğıcında formalaşmışdır.
Paleocoğrafi tədqiqatların materiallarına əsaslanaraq geoloji keçmişdə iqlimin dəyişməsi M.İ.Budıkoya
(1977) görə aşağıdakı kimi olmuşdur.
Dostları ilə paylaş: