Təbaşir dövrünün sonunda isti iqlim zonası azalmış, quru iqlim şəraiti vilayəti isə genişlənmişdir. Kay-
nozoy erasına keçid dövründə iqlimdə nəzərə çarpacaq dəyişiklik baş verməmişdir. Üçüncü dövrün ikinci
yarısında (oliqosenin ortalarında) soyuqlaşma prosesinin inkişafı başlanmışdır, bu proses mülayim, xüsusən
yüksək enliklərdə daha çox nəzərə çarpmışdır. Bu vaxtdan etibarən yüksək enliklərdə tədricən yeni iqlim zonası
genişlənir, burada meteoroloji rejim mülayim zonadakı müasir iqlim şəraitini xatırladır. Bu zonada havanın
temperaturu qışda sıfırdan aşağı enir, bu isə mövsümi qar örtüyünün əmələ gəlməsinə imkan yaradır. Eyni za-
manda okeandan uzaq rayonlarda iqlimin kontinentallığı artır.
Soyuqlaşma prosesi müntəzəm olmayıb, ayrı-ayrı epoxalarda istiləşmə baş vermişdir, lakin bu termik
zonallığın ümumi güclənmə meylini dəyişməmiş, yuxarı enliklərdə temperaturun aşağı düşməsinə səbəb
olmuşdur. Bu proses pliosendə güclənmiş, bu zaman ehtimal ki, oliqosendə Antarktidada kontinental
buzlaşmanın genişlənməsi baş vermişdir və indi də mövcuddur.
Pliosendə iqlimin müasir dövrdəkinə nisbətən isti olmasına baxmayaraq, o, mezozoya və üçüncü dövrün bi-
rinci yarısına nisbətən müasir iqlim şəraitinə daha oxşar olmuşdur.
Dostları ilə paylaş: |