Dördüncü dövrdən əvvəlki vaxtların iqlimi
Kembirdən qədim dövrün iqlim şəraiti az məlumdur, palieozoy dövrünün (570-235 mln. il əvvəl) iqlim
şəraiti haqqında bir qədər çox məlumat mövcuddur. Ehtimal olunur ki, paleozoyun böyük hissəsi ərzində Yer
kürəsinin bütün hissəsində iqlim olduqca isti keçmişdir. Paleozoyun sonunda daş kömür və perm dövrləri
hüdudunda buzlaşma baş verərək qurunun böyük ərazisini zəbt etmişdir. Bu buzlaşmanın coğrafi vəziyyəti haq-
da (onun inkişaf dövrlərində) fikir yürütmək olduqca çətindir, belə ki, belə uzun vaxt ərzində ola bilsin ki, Yer
kürəsinin kontinentləri və qütblərində böyük yerdəyişmələr olmuşdur.
Dostları ilə paylaş: |