QəRİb məMMƏdov, mahmud xəLİlov


Sovet dövründə energetika quruculuğunun mərhələləri



Yüklə 4,26 Mb.
səhifə431/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   427   428   429   430   431   432   433   434   ...   706
Sovet dövründə energetika quruculuğunun mərhələləri 

1920-ci ildə «Elektrotok» energetika kompaniyası qabaqlar xüsusi firmalara məxsus olan daha beş mədən 

elektrik stansiyasını (Romanı – 4000 kvt, Zabrat  – 720 kvt, Sabunçu – 700 kvt, Suraxanı – 900 kvt və Artyom 

adası – 1420 kvt)  birləşdirdi. «Elektrotok» elektrik stansiyasının ümumi gücü 56000 kvt-a çatdırıldı.  

Bakının mədənlərində neft istehsalı dünyanınkının 17,8%-ni və SSRİ-nin neft hasilatının 80%-ə  qədərini 

təşkil etməsini nəzərə alaraq QOELRO-nun planında Bakı  sənaye rayonunun elektrikləşdirilməsinə xüsusi 

diqqət ayrıldı. Elektrik stansiyalarının genişləndirilməsi ilə yanaşı, elektrik şəbəkələri də inkişaf etdirildi. 1935-

ci ildə elektrik sisteminin gücü 176 min kvt-a qədər artırıldı.  

Layihəyə uyğun olaraq «Krasnaya Zvezda» İES-də hər birinin gücü 25000 kvt olan iki terlofikasiya turbini, 

Krasin adına İES-ə isə 25000 kvt gücü olan hər bir kondensasiya turbini qoyuldu. 1939-cu ildə bütün aqreqatlar 

işə salındı. Sistemin gücü 251,6 min kVt-a çatdırıldı.  

1941-ci ildə Sumqayıtda İstilik Elektrik Mərkəzi yaradılaraq gücü 24000 kvt olan kondensasiya turbini və 

gücü 25000 kvt olan AP-25-l tipli teplofikasiya turbini işə salındı.  

1940-cı ildə Azərbaycan energetika sisteminin gücü 251000 kvt-a çatdırılaraq 1920-ci il sistemindən 5 dəfə 

çox təşkil etdi. 1940-cı ildə yarımstansiyaların sayı – 139, 20 – 110 kvt-lıq hava xətlərinin uzunluğu 651 km, 

güc transformatorlarının ümumi gücü 589600 kvt təşkil edirdi. Bu illərdə «Severnaya» İES-i və Mingəçevir 

SES-i işə salındı, fəaliyyətdə olan elektrik stansiyalarında rekonstruksiya işləri aparıldı. «Severnaya» İES-də 

yeni enerji bloku montaj edildi, Əli Bayramlı  İES-i tikildi. 1980-ci illərdə  hər birinin gücü 390 mvt olan iki 

aqreqatdan ibarət  Şəmkir SES-i tikildi. 1983-cü ildə Azərbaycan  İES-də iki aqreqatın montaj işləri qurtardı. 

Hazırda  Azərbaycan  İES-i  (Mingəçevir) 2400 mvt gücünə malik olub Cənubi Qafqazda ən güclü elektrik 



stansiyası sayılır. O, respublikamızın yarısının tələbatını ödəyir. 1990-cı ilin əvvəlində Azərbaycan  İES-nin 

axırıncı 7 və 8-ci enerji blokları istismara verildi.  

Ermənistanla olan münaqişə Azərbaycanın energetikasına mənfi təsir göstərdi, «Azərbaycan İES – Ağdam - 

İmişli» elektrik enerjisinin məsafəyə verilməsi sıradan çıxarıldı.  

Hazırda «Azərenerji» AC-nin kollektivi tərəfindən konkret işlər yerinə yetirilir. Bir çox xarici banklar 

Azərbaycan iqtisadiyyatının gələcək inkişafına etibar edərək ona xeyli kreditlər ayırır. Belə ki, 1995-ci ildə 

Yenikənd SES-nin tikilməsi üçün Azərbaycana 53,4 milyon ABŞ dolları miqdarında kredit verildi.  

 «Severnaya»  İES-nin rekonstruksiyası üçün Yaponiya 160 milyon dollar miqdarında kredit ayırdı. 

Planlaşdırılmış işlər başa çatdıqdan sonra müəyyən edilmiş güc daha 400 mvt artacaqdır.  

Hazırda 500 və 300 kv gərginlikli elektrikin məsafəyə ötürülməsi müvafiq olaraq 594 və 1025 km təşkil 

edir.  

Bütün kompleks işlər yerinə yetirildikdən sonra Respublikanın enerji sisteminin gücü xeyli artacaq və so-

nralar Azərbaycan elektrik enerjisini Avropaya ixrac edə biləcəkdir.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   427   428   429   430   431   432   433   434   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin