XIX əsrin sonunda dünyada ilk dəfə elektrik enerjisinin istehsalı başlanmışdır. Bu dövrə qədər
Azərbaycanda artıq neft çıxarılmasına başlandığı vaxtdan elektrik enerjisindən istifadə olunmuşdur. Bu dövrdə
(1898-ci il) Bakının neft sənayesi dünyada istehsal olunan neftin yarısından çoxunu təşkil etmişdir. Neft
mədənlərini elektriklə təmin etmək üçün ilk dəfə olaraq 5-50 kvt-lıq elektrik stansiyaları quraşdırılmışdır. Neft
sənayesinin intensiv inkişafı elektrik enerjisini yüksəltməyi tələb edirdi.Bu problemin perspektivliyini və
mənfəətliyini bilən bir sıra xarici elektrotexniki firmalar – «Simens - Qalske», «AEQ» və başqaları Bakıda daha
güclü elektrik stansiyaları tikmək barədə müraciət etdilər. Bu məqsədlə 1898-ci ildə «Elektrik gücü» aksioner
(səhmdar) cəmiyyəti yaradılır.
1900-cü ilin martında «Elektrik gücü» AC Bakıda iki elektrik stansiyası layihələşdirir və onların
219
tikilməsinə başlanır: «Belqorod» - 6000 l.s., və Bibi-Heybət – 1000 l.s. (sonralar o «Krasnaya zvezda» İES və
Krasin adına İES adlandırıldı).
1902-ci ilin martında istismara buraxılan Belqorod elektrik stansiyasında «Zulcer» firmasına hər birinin
1000 l.s gücü olan dörd buxar maşını, «Lezner» firmasının 2000 l.s. gücü olan buxar maşını, AEQ firmasının
6000 v gərginlikli generatoru quraşdırıldı. Bibi-Heybət elektrik stansiyasında «Simens-Qalske» firmasının 500
l.s. gücündə olan iki buxar maşını qoyuldu. Belqorod və Bibi-Heybət elektrik stansiyaları o dövr üçün Rusiyada
ən böyük stansiyalar idi.
1912-ci ildə Bibi-Heybət və Belqorod elektrik stansiyalarının növbəti genişləndirilməsinə başlandı. İşə
AEQ firmasının 8000 kvt gücündə olan turbogeneratoru daxil edildi. Belə turbogeneratorun daxil edilməsi Bibi-
Heybət elektrik stansiyasının gücünü 10800 kvt-a çatdırdı.
1914-cü ildə Bibi-Heybət və Belqorod stansiyaları arasında əlaqə yaradıldı. Bu tarixi Azərbaycanda elektrik
sisteminin yaranması tarixi hesab etmək olar. 1915-1917-ci illərdə Bibi-Heybət stansiyası Rusiyada ən böyük və
Avropada ən faydalı stansiyaya çevrildi. 1915-ci ildə bu iki elektrik stansiyasının ümumi gücü 47000 kvt-a
çatdırıldı.
1913-cü ildə respublikanın Gəncə, Şəki, Quba və Lənkəran şəhərlərində ümumi gücü 635 kvt olan bir sıra kiçik
elektrik stansiyaları işə düşdü.
Dostları ilə paylaş: