16.6. İqlimin qlobal dəiyşməsinin təbii və sosial-iqtisadi nəticələri
İqlimin dəyişməsi həm təbii, həm də sosial-iqtisadi proseslərə böyük təsir göstərir. İqlimin dəiyşməsi üzrə
dövlətlərarası komitə XXI əsrdə temperaturun qlobal yüksəlməsi nəticəsində əhalinin həyat tərzinin,
iqtisadiyyatın və energetikanın dəyişdirilməsi üzrə altı alternativ ssenarini təhlil etmişdir.
Bu tədqiqatlar zamanı təbii və sosial-iqtisadi sistemin həssaslığı, uyğunlaşması və zəifləməsi (dağılması)
əlaqələndirilmə məsələlərinə əsas diqqət ayırmışdır. Həssaslıq – sistemin iqlim şəraitinin dəyişməsinə reaksiya
etmək (cavab vermək) qabiliyyətidir. Uyğunlaşma – başlanacaq iqlim dəiyşməsinə iş rejimini dəyişməkdə
sistemə verilmiş imkanlardan, sistemdə gedən proseslərin sürəti, istiqaməti və bu zaman baş verəcək
strukturlaşma imkanlarından asılıdır. Zəifləmə, dağılma sistemə dəyən ziyanın dərəcəsini müəyyənləşdirir.
|