Quyuların qazılmasında və tikilişində də Xəzər dənizinin çirklənməsi baş verir. Qazma proseslərində
müxtəlif dərəcədə toksikliyə malik olan xüsusi materiallardan və kimyəvi reagentlərdən çoxlu həcmdə sudan
istifadə olunur, texnoloji tullantılar əmələ gəlir, bütün bunlar Xəzərin flora və faunası üçün müəyyən təhlükə
yaradır. Qazma zamanı həcminə görə tullantılar arasında qazma çirkab suları (QÇS) üstünlük təşkil edir.
Müəyyən edilmişdir ki, quyunun texniki suya tələbatı 25-30-dan 100-120 m
3
-a qədər dəyişir. Çox hallarda su
təchizatının birbaşa axan suyundan istifadə olunur; Bir quyuda sutka ərzində yaranan 40 m
3
-a qədər həcmində
QÇS su hövzəsinə axıdılır. Bununla yanaşı, QÇS həm də qazma məhlulu, onun komponentləri, kimyəvi
reagentlər, neft, neft məhsulları və s. ilə çirklənməyə məruz qalır.
Qazma tullantılarının ən təhlükəli növləri işlənmiş qazıma məhlulu, qazma şlamı və qazılmış süxurlar hesab
olunur.
Qazıma tullantılarında təbii mühitin, xüsusən hidrobiontların stabilliyinə mənfi təsir göstərən müxtəlif tok-
sik birləşmələr mövcuddur.
|