Səsin yüksəkliyi səs titrəyişi tezliyi ilə təyin olunur və herslərlə (Hs), yəni saniyədə dövrülüyün sayı ilə
ölçülür.
İnsanın səsi eşitmə diapazonunda (16-dan 20 min Hs) ona ən əlverişsiz təsir spektrdə yüksək tezlikli (800
Hs-dən yuxarı) səs hesab olunur; ultrasəs (tezliyin tərəddüdü 20 kHs-dən yuxarı) və infrasəsi (tezliyin tərəddüdü
1-dən 16Hs-ə qədər) insanın qulaqları qəbul etmir, lakin onlar da pis təsir göstərə bilər. İsveçrə tədqiqatçılarının
məlumatına görə «səs çirklənməsi» hazırda bütün şəhərlərə xasdır və burada insanların ömrünü 10-12 il qısaldır.
Təcrübələr göstərir ki, yüksək səs bitkinin inkişafına da əlverişsiz təsir göstərir. Müxtəlif mənbələrdəki səsin
səviyyəsi və orqanizmin akustik təsirə qarşı reaksiyası 21.1 cədvəldə verilir.
Dostları ilə paylaş: |