20.7. TİKİNTİ İŞLƏRİ VƏ İNSAN SAĞLAMLIĞI
Tikinti işləri təbii biosenozların intensiv dəyişilməsi ilə müşayiət olunur.
Geoloji-kəşfiyyat işləri prosesində nəqliyyat magistrallarının, neft və qaz kəmərlərinin, müvəqqəti və daimi
təsərrüfat qurğularının tikilməsində əmələ gələn antropogen relyef formalarında (yolun kənarındakı küvetlər,
müxtəlif süni çuxurlar, dəmir yolu kənarı torpaq yığınları və s.) yerli epidemioloji vəziyyəti mürəkkəbləşdirən
gəmiricilər və qansoran buğumayaqlılar məskunlaşır. Bəzən tikinti işləri sahəcə kiçik və təsərrüfat üçün yararsız
su hövzələri ilə müşayiət olunur, belə yerlər qansoran qoşaqanadlıların sürfələri üçün yaşama yerlərinə çevrilə
bilər. Əvvəllər faydalı qazıntılar çıxarılan və su ilə dolan karxanaların yerində əvvəlcə adətən az miqdarda Cu-
lex, Ayodes cinsindən olan ağcaqandlar məskunlaşır. Sonralar bu su hövzələri köhnəldikcə bitki ilə örtülür və
suyun reaksiyası zəif turşuluğa (pH=6,5-6,8) yaxınlaşır, burada malyariya ağcaqanadlarının sürfələri peyda olur.
Dəmir yolu və şose yolları boyu ayrılan zolaqlarda geniş küvetlərin yaradılması bir sıra hallarda yararsız su
hövzələrinin əmələ gəlməsinə səbəb olur, bu isə yaxınlıqda yerləşən yaşayış məntəqələrində anofelogen
vəziyyəti kəskin dəyişər və belə yerlər malyariya ağcaqanadlarının mənbəyinə çevrilə bilər.
Dəmir yolu və şose yolları, həmçinin su və qaz kəmərləri boyu torpaq təpələri, bəndlər və s. qum siçanı, çöl
siçanı üçün əlverişli sığınacaq (məskunlaşma) yeri sayılır. Bu torpaq qurğuları bəzən «ekoloji novalça»ya
344
çevrilərək gəmiricilər oradan əvvəllər məskunlaşmadığı ərazilərə soxulur və orada infeksiya törədicilərini
yayırlar.
Landşaftların dəyişdirilməsi ilə əlaqədar epidemioloji problemlər hələ insanın təbiətə ilk müdaxilə
mərhələlərində baş vermişdir: tikinti zamanı insanın infeksiyanın təbii ocaqları ilə təmasda olması hələ əvvəllər
də dəfələrlə infeksiya xəstəliklərinin olduqca dəhşətli «parlayışına» səbəb olmuşdur. Buna bir çox misallar
gətirmək olar: Panama kanalının tikilişi zamanı sarı qızdırma xəstəliyindən 20 mindən artıq adam ölmüşdür.
And dəmir yolunun çəkilişi zamanı on minlərlə insan bartonellez (Barton xəstəliyi) xəstəliyinə tutulmuşdur.
Məlum olduğu kimi Baykal-Amur Magistralı (BAM) kilometrlərlə tayqa meşəsini kəsib keçir. Epidemioloji
kəşfiyyat magistralın həmin zonasında gənə ensefalitinin təbii ocaqlarının mövcudluğunu nəzərə alaraq infek-
siya xəstəliklərinin kompleks profilaktika tədbirlərini həyata keçirmişdir. Tikinti işçiləri arasında ensefalit
gənəsi xəstəliyinə qarşı vaksin və digər profilaktik tədbirləri (xəstəliyə qarşı peyvənd) görüldüyündən BAM-ın
tikilişi zamanı insanlarda bu xəstəlik müşahidə edilməmişdir.
|