İzafi rütubətliyə malik olan və bataqlaşmış ərazilərin qurudulması müxtəlif təsərrüfat sahələrində mühüm
əhəmiyyət kəsb edir. Lazımi hidromeliorasiya və aqrotexniki tədbirləri həyata keçirməklə bu potensial zəngin
torpaqlar qiymətli kənd təsərrüfatı sahələri qrupuna keçir. Meşə təsərrüfatında bataqlaşmış ərazilərin
qurudulması ağac cinslərinin böyüməsini yaxşılaşdırmaq, tikintidə – bataqlaşmış sahənin istifadəsi və yol sal-
341
maq məqsədilə aparılır. Nəhayət izafi rütubətli və bataqlaşmış sahələrin qurudulması ərazinin
sağlamlaşdırılması və abadlaşdırılması məqsədi daşıyır.
Qurudulmuş, mədəniləşdirilmiş bataqlıqların öz mikroiqlimi formalaşır, torpağın və yersəthi havanın tem-
peraturu və havanın nisbi rütubətliyi aşağı düşür, temperaturun gündəlik amplitudu yüksəlir. Qurudulma
torpağın aerasiyasını yaxşılaşdırır, onun məsaməliyini artırır və qida maddələri ilə (nitratlarla) zənginləşməsinə
səbəb olur, bununla əlaqədar mikrobioloji proseslər intensivləşir. Qurudulma nəticəsində qrunt sularının
səviyyəsi aşağı düşür və yaz dövründə qar ərinti suları qalmır. Torpaq tez quruyur. Ərazinin mikrorelyefi və
təbii kompleksi yaxşılaşır. Rütubətlik şəraitinin aşağı düşməsi nəticəsində rütubətsevər bitki və heyvanların
əksəriyyətinin həyat şəraiti kəskin pisləşir, lakin quraqlıqsevən növlər üçün əlverişli şərait yaranır. Beləliklə,
qurudulma tədbirdlərinin təsiri altında yerli biosenozlar dəyişilir, buna xəstəliklərin təbii ocaqları müxtəlif cür
reaksiya göstərir. Ərazinin tam qurudulması biosenotik əlaqələrin pozulmasına, törədicilərin dövranının
dayanmasına və xəstəliklərin mənbələrinin ləğvinə səbəb olur. Qurutma hissə-hissə aparıldıqda xəstəlik
ocaqlarının sahəsi azalır və qismən sağlamlaşma gedir.
Sovet hakimiyyəti dövründə radikal qurutma meliorasiyası aparılaraq Kolxida düzənliyi kökündən
dəyişmişdir. Hazırda düzənliyin ərazisi tamamilə qiymətli subtropik bitkilər altında istifadə edilərək, orada
malyariyanın ocaqları tam ləğv edilmişdir.
İzafi rütubətliyin və bataqlaşmış torpaqların qurudulması bir sıra ölkələrdə malyariyaya qarşı kəsərli
mübarizə tədbiri vəzifəsini görmüşdür. Bu üsul sayəsində Panama kanalı zonası sarı qızdırma xəstəliyindən xi-
las olunmuşdur.
Quruducu meliorasiya tədbirləri leptospiroz və tulyaremiya xəstəliklərinin mənbələrinin ləğv edilməsində
radikal üsul sayılır. Bataqlıq və bataqlaşmış sahələrin qurudulması infeksiyasının əsas su ilə ötürülmə yolunu
təcrid edir (gəmiricilər – su - insan), həm də gəmiricilərin məskunlaşma şəraitini dəyişir, belə ki, əsas yem
bazası sayılan bataqlıq bitkiliyi məhv edilir. Bu rütubətsevər gəmiricilərin (çöl siçanı – gkonom siçovul) sayının
azalmasına, sonra isə tamamilə ləğvinə səbəb olur.
Ərazinin qurudulması ilə əlaqədar böyrəklərin kəskin zədələnməsi infeksiyası leptospiroza xəstəliyiyinin
deqradasiyası, hətta tam ləğvi halları da məlumdur. Qurudulan ərazilərin şumlanması zamanı rütubətsevər
gəmiriciləri, məsələn, çöl siçanlarını, az rütubətsevər meşə, ev və dağ siçanları əvəz edir. Bu növlərin
nümayəndələri leptospiroz zamanı ciddi epizootoloji əhəmiyyət daşımadığı üçün xəstəliyin əvvəlki olduqca ak-
tiv təbii ocaqları sönür.
Beləliklə, ərazinin qurudulması leptospirozun epizootiyasının gərginliyi kəskin aşağı salır. Lakin meliora-
siya sistemindən düzgün istifadə edilməməsi ilə əladəqar təkrar izafi rütubətliyin yaranması xəstəliyin təbii
ocağının aktivləşməsinə gətirib çıxara bilər.
Bununla yanaşı, çay vadisində, subasarlarında bataqlığın başdan-başa qurudulması və bataqlıqların tam
ləğvi təbii çəmənçiliyin məhsuldarlığını aşağa sala bilər. Odur ki, səmərəli meliorasiya apararaq təbii rütubət
balansını və meşə, çöl, çəmən, bataqlıq, çay və göllərin müəyyən birliyinin, əlaqəsinin saxlanmasına çalışmaq
lazımdır. Bataqlıqlar dərman bitkilərinin, giləmeyvələrin (mərcanı, sarı böyürtkən və b.) «anbarı», bir sıra quş
və heyvan növlərinin məskunlaşdığı yer hesab olunur. Bataqlıq qoruğu bu mürəkkəb ekoloji sistemin
öyrənilməsində qiymətli obyekt sayılır.
Qurudulma işlərinin düzgün aparılmaması ərazinin sağlamlaşmasına kömək etmir, əksinə xəstəliklərin təbii
ocaqlarının aktivləşməsinə səbəb olur. Belə ki, geniş bataqlıq massivinin quruducu xəndəklərlə ayrı-ayrı xanala-
ra (kletkalara) parçalanması gəmiricilərin mozaiki konsentrasiyasına şərait yaradır. Quru isti hava şəraiti və me-
liorasiya qaydalarına riayət olunmaması ilə əlaqədar quruducu xəndəklərin ətrafı təpəcik halını alır və orada
əmələ gələn kol cəngəllikləri xırda heyvanların daha da çox toplanmasına şərait yaranır. Belə yerlər iksod
gənələrin toplanması üçün də əlverşlidir. Beləliklə, xəstəliyin mikroocaqları yaranır, oradan infeksiya çaybasara
tökülür, burada biçin mövsümündə axmazlar və xırda çaylar boyu çoxlu miqdarda su siçovulları müşahidə edi-
lir. Tulyaremiya epizootiyasının sonrakı inkişafı su siçovulları arasında uçan qansoran həşəratlar vasitəsilə olur.
Qurutma işləri yoluxucu xəstəliklərin törədicilərini yayan qansoran buğumayaqlıların sayının azalmasına və
entomoloji vəziyyətin yaxşılaşmasına səbəb olur.
F.Q.Fedorova (1976) qeyd edirdi ki, quruducu işləri qurtardıqdan iki-üç il sonra kontrol sahəsində
sürfələrin, həmçinin insana hücum edən ağcaqanadların sayı 10-20 dəfə azalmışdır.
Lakin tam qurudulma aparılmanın ikinci ilində L.persulcatus gənəsinin cəm göstəricisi qurudulma dövrünə
nisbətən 7-18 dəfə çoxalmışdır. D.pictus gənə növü qurutma işindən 3-4 il sonra kəskin artmışdır, lakin onların
daşıyıcıları olan siçanvari gəmiricilər az olduğundan infeksiyanın yayılmasında böyük rol oynamamışdır.
Qurudulma işinin sibir xorası mənbəyinə təsiri başqa cür olmuşdur, onun törədicisi bir çox onilliklər tor-
342
paqda qalmaq qabiliyyətinə malikdir.
Tədqiqatçıların bir sıra müşahidələri göstərmişdir ki, bataqlaşmış ərazi qrunt suyunun səviyyəsinin yuxarıda
olduğu üçün sibir xorası üçün əlverişli sayılmır. Adətən sibir xorası mənbəyi əsasən çay subasarında və ya xırda
çayların yaxınlığında yerləşir, daşqın dövründə sibir xorası sporları yuyulub səthə çıxır və onlar yaxınlıqda
yerləşən sahələrə yayılır.
Ümumiyyətlə, izafi rütubətli və bataqlaşmış ərazilərin qurudulması yerli təbii biosenozları kökündən
dəyişdirir və təbii yoluxucu xəstəliklərin ocaqlarının aktivləşməsinin yatırılmasına səbəb olur, bu əsasən
rütubətsevər gəmiricilərin və qansoran buğumayaqlıların məskunlaşma şəraitinin pisləşməsi nəticəsində baş ve-
rir.
Dostları ilə paylaş: