XXI FƏSİL
BİOSFERƏ XÜSUSİ TƏSİR NÖVLƏRİ
21.1. Ətraf mühitin akustik (səs) çirklənməsi və sağlamlığa təsiri
Səs tezliyi 20 hs-lə 20000 hs arasında olan və ixtiyari elastik mühitdə yayılan mexaniki dalğadır. Tezliyi 20
hs-dən aşağı olan səs infrasəs, 20000 hs-dən yuxarı olan səs ultrasəs, 10
9
-10
13
hs olan səs hipersəs adlanır.
Hipersəsin yuxarı sərhədi atom və molekulların ölçüləri ilə təyin edilir: qazlarda 10
9
hs-dən, bərk cisimlərdə isə
10
13
hs-dən yuxarı olmur.
Səsin əsas xarakteristikası onun spektridir. Spektrdə əsas tezlik səsin ucalığını, harmonik toplananlar
çoxluğu səsin tembrini təyin edir. Səsin intensivliyi onun təzyiqinin amplitudasından, mühitin xassəsindən,
dalğanın formasından asılıdır.
Səsin sürəti mühitin sıxlığından və onun elastikliyindən asılıdır; quru havada 0
0
C temperaturda 330 m/san,
şirin suda 17
0
C temperaturda 1430 m/san-dir. Əksər metallarda uzununa dalğanın sürəti 4000-7000 m/san, eninə
dalğanın sürəti 2000-3500 m/san-dir.
Müasir ekologiyanın qlobal problemləri (istilik – parnik effekti, ozon qatının dağılması, suyun və atmosfe-
rin çirklənməsi, radioaktiv tullantılar və s.) arasında akustik (səs) çirklənməsi ən həyəcanlı problemlərdən
sayılır, çünki insanlara digər faktordan, məsələn, ozon qatının dağılması, turşulu yağışlardan az təsir göstərmir.
Əlverişsiz akustik təsiri planetimizdə bu və ya digər dərəcədə hər iki adamdan biri hiss edir. Sənayeyə yeni in-
tensiv texnologiyanın geniş tətbiqi, avadanlıqların gücü və sürəti, bir sıra yer, hava və su nəqliyyatından geniş
istifadə olunması, müxtəlif elektrikləşdirilmiş məişət avadanlıqlarının hər yerdə tətbiqi insanın işdə, məişətdə,
istirahət yerlərində, hərəkət etdikdə və s.-də insan bir çox zərərli səslərin təsirinə məruz qalır.
Səsin akustik tərəddüdünün (titrəyişinin) intensivliyi, loqarifmik şkala üzrə destiballarla (dBA) ölçülür. O
(sıfır) dBA-ı küləksiz havada qışda meşə yaradır. 1 dBA-lı səs çox yaxşı eşitmə qabiliyyətinə malik olan adam
tərəifndən çətinliklə eşidilir. İnsanın normal tənəffüsündən yaranan səs 10dBA ilə qiymətləndirilir. Səsin belə
səviyyəsi normal eşitmə qabiliyyəti olan adamların hamısı tərəfindən eşidilir. Pıçıltı 20 dBA səs yaradır. 25-30
dBA intensivlikli səsdə istirahət və yuxu mükəmməl sayılır. Müəssisə və idarələrdə səs 40-60 dBA-ya qədər
yüksəlir. Bəzi səsli müəssisələrdə adamlar 70 dBA səsdə işləyir. Həddindən yüksək səs zərərlidir. Ağrı həddi
adətən 120-130 dBA arasında olur, bundan sonra bilavasitə eşitmə aparatı zədələnə bilər.
Səhiyyə normalarına uyğun olaraq binalar arasında gündüz saatlarında səsin səviyyəsi 55 dBA-nı, gecə
(saat 23-dən səhər 7-yə kimi) – 45; mənzillərdə uyğun olaraq 40 və 30 dBA-nı keçməməlidir.
Dostları ilə paylaş: |