QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə74/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   706
yanğınlar zamanı çox vaxt bitki örtüyü və heyvanat aləmi tamamilə  məhv edilərək  əksəriyyət orqanizmlərə 

limitləşdirici təsir göstərir. Biotik qruplaşmaların öz ilkin vəziyyətinə qayıtması üçün bərpa işləri yenidən 

başlanır və buna çox illər tələb olunur.  

Alt yanğınlar,  əksinə, seçici təsir göstərir, orqanizmlərdə oda qarşı adaptasiyanın inkişafına köməklik 

göstərir, bakteriyaların parçalanma fəaliyyətinə  təkan verərək mineral maddələrin yeni yaranacaq ekosistem 

nəslinin qidalanması üçün əlverişli formaya çevirir, üst yanğınların başvermə  təhlükəsini zəiflədir, 

qruplaşmaların (biosenozların) bioloji müxtəlifliyinin çoxalmasına şərait yaradır. Alt yanğınlar azot fiksə edən 

paxlalı bitkilər üçün faydalıdır.  

Yanğından bəzən mühiti idarə edən faktor kimi də istifadə edilir. Bataqlıq şam meşələrinin məhsuldarlığını 

yüksəltmək, süpürgə kollu bataqlıqlarda ov heyvanlarını çoxaltmaq üçün yanğından zolaqlarla istifadə olunur. 

Pirogen (yanğın) faktoruna ekologiyada və bir sıra ekosistemlərin təkamülündə aparıcı faktor kimi baxmaq 

lazımdır. Yer kürəsinin bir çox regionlarında bitki örtüyü və heyvanat aləminin formalaşması bilavasitə təbii baş 

verən yanğınların (ildırım, vulkan püskürməsi) nəzarəti altında gedir. Biotaya təsir göstərən pirogen faktorların 

qədimliyini Q.Valter (1974) pirofit bitki qruplaşmalarının nisbətən çox olması ilə izah edir.  

Təbii faktorlardan başqa insan tərəfindən uzaq keçmişdən törədilən yanğınların bitki örtüyünə böyük təsiri 

olmuşdur.  Əkinçilik dövründən  əvvəl yanğınlar insanlar tərəfindən kütləvi ovçuluq zamanı törədilmişdir. Av-

straliyada bu üsuldan indi də istifadə olunur. Maldarlığa keçdikdən sonra xam torpaqlar və  kənd təsərrüfatı 

sahələri əldə etmək məqsədilə bu üsul (yanğın) universal silaha çevrildi.  

Yanğın (od) mühit faktoru kimi ekosistemə yüksək intensivlikdə eliminasiya qəflətən baş verməsi və 

qısamüddətli olması ilə  fərqlənir. Bununla belə çox vaxt biotonun (flora və faunanın) məhvinə  səbəb olmur 

(qalın quru torfluğun yanması müstəsna olmaqla). Məs., tayqa ekosistemlərində yanğından sonra biotonun bərpa 

olması növlər hesabına gedir: 1) yanğına davamlı növlər (şam, qaraşam, torpaq faunasının bir hissəsi); 2) Vege-

tativ yolla bərpa oluna bilən bitki növlərinin (qaragilə, mərcangilə və digər kollar, titrək qovaq, tozağac və b.); 

3) torpaqda toxum kimi qalan növlər (erika, ayıqulağı, moruq və b.); spor vasitəsilə (yosun, göbələk və b. 

yumurtacıq, pup halında (bəzi həşəratlar)); 4) çoxlu miqdarda toxum və spor verərək təzə yanğın yerlərini zəbt 

edən növlər (yağıotu, müvəqqəti mamırlar); 5) bərpa olunan yanğın yerində passiv (aeroplankton) və ya aktiv 

halda əlverişli şərait tapan növlər (məs., sığın, may böcəyi, tetra quru və b.).  

Yanğın hadisəsi ekosistemin bütün komponentlərinə (canlı, cansız) təsir göstərərək katastrofik diqressiyaya 

səbəb olmaqla bərabər, həm də ardıcıl diqressiya-demutasiya zənciri yaradır.  




 

49

Tayqa ekosistemlərində müəyyən edilmişdir ki, quru sahələrdə  təxminən hər 50-100 ildən bir, rütubətli 



sahələrdə isə hər 150-300 ildən bir yanğın təkrar olunur (Korçagin, 1954). Yanğınlar xüsusilə açıqiynəli meşə 

ekosistemlərinə (qaraşam və şam) güclü təsir göstərir. Odur ki, bu meşələr yayılan regionlarda geniş sahələr il-

kin meşələrin daim pirogen-diqressiv variantlarından ibarətdir. Bu meşələrin quru sahələrində yanğınlar hər 

20-25 ildən, rütubətli sahələrdə isə 40-50 ildən bir təkrar olunur (Utkin, 1965). Şərqi Sibirin qaraşam 

meşələrində yanğınlar müntəzəm baş verir, burada hətta güclü yanğından sonra da suksessiya prosesi cins 

dəyişmədən gedir. Yəqin ki, bu hal suksessiyanın xüsusiyyəti olub qaraşam meşə ekosistemlərinin və onların 

demudasiya komplekslərinin qədimliyindən xəbər verir.  

Yarpaqlı (enliyarpaqlı) meşələr zonasında yanğından sonra biotanın (ekosistemin) müvəqqəti qruplaşmaları 

əvvəl çəmən, sonra isə törəmə tipli meşə  mərhələləri keçirir. Y.Odum (1975) enliyarpaqlı meşələrin arealı 

daxilində palıd meşələrinin yerində pirogen subklimaks tipli qruplaşmalar müşahidə olunur (törəmə  çəmən, 

bozqır, yaxud şam meşəsi).  

Bozqır zonanın ekosistemlərinin müasir görünüşü və  təşkili  əsasən antropogen faktorların təsiri altında 

təşəkkül tapmışdır.  

Yarımsəhra kompleksləri bozqırlarla müqayisədə yanğınların təsirinə qarşı az davamlıdır. Bu 

qruplaşmaların strukturuna pirogen təsir çox vaxt dönməyən və ya uzun müddət bərpa olunmayan dəyişikliyə 

səbəb olur. Arid rayonlarında pirogen diqressiya çox vaxt qumların sovrulma mənbəyinə çevrilir, burada 

yanğınlar səhralaşmaya səbəb ola bilər. Güclü diqressiya zamanı ayrı-ayrı sahələrdə barxanlar əmələ  gətirir. 

Yanğınların və intensiv mal-qara otarılmasının yarımsəhra ekosistemlərinə məhvedici təsiri və Həştərxan qum 

massivinin (2,2 mln. ha) yaranmasını buna misal göstərmək olar. Bunun başlanğıcı XIX əsrin ilk onilliklərində 

bir neçə  Kiçik Orda  nəslinin bura köçməsi dövrünə  təsadüf edir. XX əsrin sonunda döyənəkli və sovrulan 

qumların sahəsi 30 dəfəyə qədər artdı.  

Pirogen suksessiyalar geniş yayılmışdır. Onların mövcudluğu ekosistem sıralarının müasir paylanmasında 

və təkamülündə yanğınların rolunu təsdiqləyir (Sannikov, 1981).  

 

 




 

50


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin