Mikrofauna (ibtidailər, rotatorilər, ərincəklər, nematodlar və b.) adlanan qruplaşmada birləşən kiçik torpaq
heyvanları üçün torpaq mikro su hövzəsi hesab olunur. Əslində onlar su orqanizmləridir. Onlar qravitasiya və
kapilyar su ilə dolmuş torpaq məsamələrində yaşayırlar, həyatlarının bir hissəsini isə mikroorqanizmlər kimi
pərdə suyunun hissəcikləri səthində adsorbsiya olunmuş vəziyyətdə keçirə bilir. Bu növlərin çoxu su
hövzələrində yaşayır. Lakin onların torpaq formaları şirin su növlərindən kiçik olur, bununla yanaşı, əlverişsiz
dövrlərin sonunu gözləyərək uzun müddət sistalaşmış vəziyyətdə qalmaq qabiliyyətinə malikdirlər. Halbuki,
şirin su amyoblarının ölçüləri 50-100 mkm olduğu halda, torpaq amyoblarının ölçüsü cəmi 10-15 mkm olur.
Qamçılıların ölçüləri xüsusilə kiçik, cəmi 2-5 mkm olur. Torpaq infuzorları da karlik ölçüsündə olur və
bədənlərinin formalarını kəskin dəyişə bilirlər.
Hava ilə tənəffüs edən bir qədər iri heyvanlar üçün torpaq kiçik mağara sistemi sayılır. Belə heyvanlar me-
zofauna adlanan qrupda birləşir. Torpaq mezofaunasının nümayəndələrinin ölçüləri millimetrin onda bir
hissəsindən 2-3 mm-ə qədər olur. Bu qrupa əsasən buğumayaqlılar, gənələrin bir sıra qrupları, ilk qanadsız
həşəratlar, qanadlı həşəratların xırda növləri və s. daxildir. Onların xüsusi qazımağa (eşməyə) uyğunlaşma
üzvləri yoxdur. Onlar torpaq boşluqlarının divarları ilə sonluqlarının köməyi ilə və ya qurdşəkilli qıvrılaraq
sürünürlər. Su buxarları ilə doymuş torpaq havası onlara örtükləri ilə tənəffüs etməyə imkan yaradır. Bir çox
növlərin traxeya sistemi yoxdur. Belə heyvanlar qurumağa qarşı çox həssasdırlar. Havanın rütubətliyinin
dəyişməsindən qorunmaq üçün əsas üsul torpağın dərinliyinə doğru hərəkət etməkdir. Lakin torpaq boşluqları
ilə hərəkət etmək dərinliyə doğru miqrasiyanı məsamələrin diametrlərinin kiçilməsi məhdudlaşdırır, odur ki,
torpaq boşluqları ilə yalnız ən kiçik növlər üçün mümkün olur. Mezofaunanın bir qədər iri nümayəndələri torpaq
havasında nəmliyin aşağı düşməsinə dözmək üçün bəzi uyğunlaşmalara malikdir: bunlardan bədəndə qoruyucu
pulcuqları qismən su, hava keçirməyən örtükləri, tənəffüsü təmin edən primitiv sistemli epikutikula ilə başdan-
başa qalındivarlı zirehi göstərmək olar.
Torpaq su ilə basıldıqda mezefaunanın nümayəndələri həyatını havanın qovuqcuqlarında keçirir. Hava
heyvanların tüklə və pulcuqlarla örtülü sukeçirməyən bədənlərinin ətrafında yığılaraq saxlanılır. Havanın
qovuqcuqları xırda heyvanlar üçün özünəməxsus «fiziki qəlsəmə» vəzifəsini görür.
Torpağın mikro və mezofaunasının nümayəndələri torpaq donuşluğunu keçirmək qabiliyyətinə malikdirlər,
belə ki, növlərin əksəriyyəti donmağa məruz qalan qatlardan aşağıya keçə bilmir.
Bədənlərinin ölçüləri 2...20 mm olan torpaq heyvanları makrofaunanın nümayəndələri sayılır. Bura
həşəratların sürfələri, çoxayaqlılar, enxitreidlər, torpaq soğulcanları və s. daxildir. Torpaq onlar üçün sıx mühit
olub hərəkət etmələrinə böyük mexaniki müqavimət göstərir. Bu nisbətən iri formalar torpağın hissəciklərini
aralayaraq onun təbii boşluqlarını genişləndirmək, yaxud yeni izlər (yollar) açmaq yolu ilə hərəkət edirlər. Hər
iki hərəkət üsulu heyvanların xarici quruluşunda iz buraxır.
Qazıma (eşmə) yolu ilə hərəkət etməmək yalnız bədənləri kiçik en kəsiyə malik olan növlər üçün xasdır,
əyri-üyrü yollarla güclü qıvrılma qabiliyyətinə malikdir (çoxayaqlılar, geofillər). Bədənlərinin divarları ilə
təzyiq göstərmək hesabına torpaq hissəciklərini aralayaraq hərəkət edənlərdən torpaq soğulcanları,
uzunayaqlılara aid milçəyin sürfələrini və b. göstərmək olar. Bir çox növlər torpaqda ekoloji cəhətdən sərfəli
hərəkət tipi uyğunlaşması (qazıma və arxasınca yolu bağlama) inkişaf etmişdir. Qazıma torpağı yumşaltmaq və
hissəciklərini kürümək yolu ilə aparılır. Bura müxtəlif həşəratların sürfələri aiddir. Bu orqanizmlərin bədənində
qazıma və kürümək üçün xüsusi uyğunlaşmalar olur.
Haqqında danışılan ekoloji qrupun əksər növlərində qaz mübadiləsi xüsusi tənəffüs orqanlarının köməyi ilə
yerinə yetirilir, lakin bununla yanaşı, qaz mübadiləsi örtük vasitəsilə tamamlanır. Bəzi növlər yalnız dərisi ilə
(məs. torpaq soğulcanı, enxitreid) tənəffüs edir. Torpaqeşən (yereşən) heyvanlar əlverişsiz vəziyyət baş verdikdə
qatlardan çıxırlar. Quraqlıq vaxtı və qışa yaxın onlar daha dərin qatlarda, yerin səthindən bir neçə on
santimetrdə konsentrasiya olunur.
Dostları ilə paylaş: |