QəRİb məMMƏdov mahmud xəLİlov


HƏRBİ  BİOSFER FƏLAKƏTİ, NÜVƏ  FƏLAKƏTİ



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə417/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   413   414   415   416   417   418   419   420   ...   1096
HƏRBİ  BİOSFER FƏLAKƏTİ, NÜVƏ  FƏLAKƏTİ  – kütləvi 

qırğın silahları (nüvə, kimyəvi, bioloji) tətbiqinin qlobal ekoloji 

nəticələri. 

HƏRBİ EKOSİD –insanın həyat mühiti sayılan ekosistemin hərbi 

əməliyyat zamanı pozulması. 



HƏRBİ EROZİYA – Hərbçilər tərəfindən yamaclarda qazılmış 

səngər, xəndək və s. su ilə dolması  nəticəsində torpağın yuyulması, 




 

194 


 

düzən sahələrdə isə  hərbi işlərlə  əlaqədar qazıntı  nəticəsində torpağın 

sovrulması. 

HƏSASSLIQ  – canlı orqanizmin ətraf mühit amillərinin təsirinə 

reaksiyası (cavab verməsi), orqanizmin duyma qabiliyyəti. 



HƏŞƏRAT, CÜCÜLƏR – Buğumayaqlılar tipindən onurğasız hey-

vanlar sinfi. Bədəni buğumludur, xarici skelet əmələ  gətirən möhkəm 

kutikula ilə örtülür. 3 hissəyə – baş, döş  və qarıncığa ayrılır. Başında 

ağız orqanları, sadə və ya fasetli gözlər və bir cüt bığcığı olur. Ağzı so-

rucu, sancıcı – sorucu, yalayıcı, gəmirici tiplidir. H.-ın 34 dəstəyə 

mənsub 1 mln-dan çox, o cümlədən Azərbaycan Respublikasında 25 

minə yaxın növü vardır. H.-ın təbiətdə rolu çox müxtəlifdir; onlar 

maddələr dövranında iştirak edib ən müxtəlif qida mənbələrindən 

istifadə edir, sanitar vəzifəsi daşıyır, torpağın bərpa olunması prosesində 

fəal iştirak edir, bəzi növləri quşların, balıqların, məməlilərin qidasıdır. 

Çiçəkli bitkilərin tozlanmasında rolu böyükdür. Qiymətli qida və texniki 

məhsullar verirlər (bal, ipək, rəng). Bəziləri zərərvericiləri və alaqları 

məhv etdiyindən faydalıdır. H. arasında çoxlu təhlükəli bitki və heyvan 

zərərvericiləri var. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   413   414   415   416   417   418   419   420   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin