QəRİb məMMƏdov mahmud xəLİlov


MİQRASİYA DÖVRÜ (yun. migratio – migro – köçürəm



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə659/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   655   656   657   658   659   660   661   662   ...   1096
MİQRASİYA DÖVRÜ (yun. migratio – migro – köçürəm 

sözündən)  –müəyyən heyvan növlərinin kürüləmək yerinə, qışlamağa 

və ya kökəlmək üçün hərəkət etdiyi müddət (dövr). 



MİQRASİYA HƏDDİ  – Miqrasiya edən heyvanların (quşlar, 

balıqlar, məməlilər və s.) getdikləri məsafə həddi. 



MİQSOQALİN SU HÖVZƏSİ (yun. mixis – qarışıq və hals - duz) 

– tərkibində 0,5-30% duz olan su hövzəsi. 



MİLLİ PARK – insan fəaliyyətinin təsirilə  dəyişilməyən və ya az 

dəyişilən, bitki və heyvanat aləmi xüsusi elmi-təhsil  əhəmiyyətli 

mühafizə olunan təbiət ərazisi. M.p. böyük sahə tutub təbiətin mənzərəli 

yerində ayrılır, orada landşaftın bərpası, nadir və tükənməkdə olan bitki 

və heyvanat aləmi qorunub saxlanması üçün işlər görülür. Qoruqlardan 

fərqli olaraq M.p. əhalinin istirahəti üçün rekreasiya və  mədəni 

əhəmiyyət daşıyır. M.p. təbiətin mühafizə kateqoriyası kimi xaricdə 

geniş yayılmışdır. Bu termin ilk dəfə 1872-ci ildə ABŞ-da konqresdə 

qəbul olunmuşdur. M.p. Cənubi Amerikada (1903), Braziliyada (1919), 

Fransada (1913), İsveçrədə (1914), İspaniyada (1915) və s. ölkələrdə 

təşkil olunmuşdur. 1984-cü ilədək dünyada 2600-dən artıq M.p. 

yaradılmışdır. Onların sahəsi 400 mln ha təşkil edir. 30 M.p.-ın sahəsi 

bir milyon hektarı keçir. Onlardan Qrenlandiya M.p. (Danimarka) – 

sahəsi 7,5 mln ha, Vud-Baffalo M.p. (Kanada) – 4,5 mln ha, Serenqeti 

M.p. (Tranzaniya) – 2 mln ha təşkil edir. 

2003-2004-cü illər  ərzində Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamları ilə respublikamızda Şirvan M.P. (54,3 min ha), Ağgöl MP 

(18 min ha), Hirkan MP (21 min ha), Ordubad MP (12 min ha) və 

Altıağac MP (11 min ha) yaradıldı. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   655   656   657   658   659   660   661   662   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin