ATLAS (coğrafi) – müəyyən sistemlə yığılıb, ümumi proqram
əsasında albom və ya kitab şəklində tərtib edilən coğrafiya xəritələri
məcmuəsi. A.-dan müxtəlif sorğu və tədris məqsədi ilə istifadə olunur.
“Dünyanın fiziki atlası” (1964), “Dünyanın kiçik atlası” (1975),
“Azərbaycanın atlası” (1949, 1963) nəşr olunmuşdur. Azərbaycan
respublikasının müxtəlif istiqamətli yeni atlaslarını Azərb. MEA akad.
Həsən Əliyev adına Coğrafiya institutu nəşrə hazırlamışdır.
ATMOBİONTLAR – meşə döşənəyinin üst qatında həyat sürən
növlər, bitkilərin aşağı hisələrinə qalxma qabiliyyətinə malik olub iri
ölçülü, tam inkişaf etmiş gözləri, nisbətən uzun çıxıntıları (antenna
ayaqlar və hoppanma qarmağı) olur.
ATMOSFER (yun. atmos – buxar və spharia - təbəqə) – yerin ha-
va-qaz təbəqəsi. A. başlıca olaraq azot (78%), oksigen (21%) və arqon-
dan (1%-ə qədər) ibarətdir. Karbon qazı – 0,03%, hidrogen, helium,
kripton, ksenon, neon və s. qazlar 0,01% təşkil edir. A.-in alt sərhədi
qurunun səthi (okean səviyyəsi) hesab olunur, üst sərhədinin hündürlüyü
1300 km-ə qədərdir. Yuxarı qalxdıqca A. seyrəkləşir, təzyiqi düşür və
tərkibi dəyişir.
Hazırda A. beş əsas təbəqəyə bölünür: birinci təbəqə troposferdir.
Onun hündürlüyü qütblərdə 8-km-ə, ekvatorda 18 km-ə, Azərbaycanda
12-14 km-ə çatır. Troposferdə hava sıxdır və bütün A. kütləsinin
təqribən 75%-i buradadır. Troposferdən yuxarıda-stratosfer yerləşir,
onun üst hissəsi 20-40 km hündürlükdə ozonosferi təşkil edir.
Stratosferdən üstdə – 40-80 km arasında mezosfer, mezosferdən
yuxarıda – 80 ilə 1000 km arasında termosfer (ionosfer) yerləşir.
Axırıncı təbəqə ekzosfer adlanır. O, 1000 km-dən yuxarıda yerləşir.
Dostları ilə paylaş: |