QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə1031/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   1027   1028   1029   1030   1031   1032   1033   1034   ...   1096
ÜMUMİ ÖLÜM ƏMSALI  – sənaye (antropogen) və  təbii ölüm 

əmsallarının cəmi (faizlə) aşağıdakı düsturla ifadə olunur: 

K

td

 =K



ad

 + K


nd

 

⋅ 100 



burada: K

ad

 – antropogen ölüm əmsalı 



K

nd

 – təbii ölüm əmsalı. 



ÜZVİ ALƏM, CANLI TƏBİƏT  – yerin biosferində  məskunlaşan 

canlı varlıqdır. Mikroorqanizmlər, bitkilər, heyvanlar və insanlar Ü.a.-i 

əmələ gətirir. Ü.a.-in ayrı-ayrı komponentləri həyat fəaliyyəti prosesində 

öz aralarında və qeyri-üzvi təbiət cisimləri ilə sıx qarşılıqlı təsirdə olur-

lar. 

ÜZVİ  TƏKAMÜL  – həyat yaranan vaxtdan başlayaraq bu günə 

qədər Yer tarixində olan bütün hadisələr (təxm. 4 mlrd il əvvəl). 



ÜZVİ GÜBRƏLƏR – tərkibində üzvi birləşmələr formasında qidalı 

maddələr olan bitki və heyvan mənşəli gübrələr. Ü.g-in müntəzəm 

verilməsi torpağın fiziki-kimyəvi və kimyəvi xassələrini, onun su və 

hava rejimini yaxşılaşdırır, faydalı mikroorqanizmlərin (azotfiksə edən 

bakteriyalar, ammonifikatorlar və s.) həyat fəaliyyətini aktivləşdirir. 

Ü.g.-in tətbiqi kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almağa im-

kan verir. Ü.g-rə yerli gübrələrin çoxu (peyin, torf, kompast, quş peyini 

və s.) yaşıl gübrələr,  şəhər kommunal təsərrüfatı, yeyinti və  dəri 

sənayesi tullantıları və s. daxildir. 

ÜZVİ MADDƏ – biokütləni təşkil edən üzvü maddələrin cəmi, yəni 

orqanizmlərin canlı maddəsinin cəmi, orqanizmlərin ölü maddələri 

(töküntü, torf və s.), humus və ya çürüntü və ölü kütlənin parçalanması 

nəticəsində əmələ gələn çoxlu miqdarda məhsul (protein, karbohidratlar

liqlin, yağlar, qətran, mum, üzvi turşular, aşılayıcı maddələr). 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   1027   1028   1029   1030   1031   1032   1033   1034   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin