Qərib Məmmədov


§ 107. Boz-qonur torpaqlar



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə47/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   44   45   46   47   48   49   50   51   52
§ 107. Boz-qonur torpaqlar 
 
Genezisi. Boz-qonur torpaqlar uzun illər boz torpaqlar daxilində yarımtip kimi ayırmışlar. Lakin sonralar 
İ.P.Gerasimov boz-qonur torpaqların sərbəst torpaq tipi kimi ayrılmasını təklif etmişdir. 
Boz-qonur torpaqların quruluşu və xassələri kəskin quraq iqlim və kserofit-efemer bitki örtüyü şəraitində 

 
341
inkişaf edən torpaqəmələgəlmənin xüsusiyyətləri ilə müəyyən edilir. Bu cür şəraitdə torpaqəmələgəlmə prosesi 
humusəmələgəlmənin qırıqlığı və qısa müddətliyi ilə seçilir. Qısa yaz dövründə intensiv formada bitki örtüyü 
inkişaf edir və eyni zamanda mikroflora və faunasının bioloji fəallığı güclənir. Bitki qalıqları bir mövsüm 
ərzində tamamilə minerallaşır. Ona görə  də burada humus çox az miqdarda yaranır. Çox isti və quru yay 
dövründə torpaqda bioloji proseslər sönür. 
Səhra torpaqlarında humusun zəif toplanması  və onların demək olar ki, hər yerdə  şorlaşması maddələrin 
bioloji dövranın xüsusiyyətləri ilə  də  əlaqədardır. L.Y.Rodin və N.İ.Bazileviçin məlumatına görə, boz-qonur 
torpaqlar üzərində  ən geniş yayılmış bitki assosiasiyalarının yerüstü və yeraltı orqanlarında toplanmış üzvi 
maddələrin ümumi kütləsi orta hesabla 10 s/ha təşkil edir ki, bu da bozqır zonasında bir neşə dəfə azdır. Uyğun 
olaraq, bitki qalıqlarının miqdarı da olduqca
 
azdır. Biokütlənin 80%-i kök sisteminin payına düşür. Lakin səhra 
bitkilərinin qalıqları yüksək küllülüyü ilə seçilir. Yarımkolların yaşıl hissəsində külülük 15-20%, şorangədə 
50%-ə kimidir. Efemerlərin küllülüyü 5-8%-dən çox deyildir. 
Səhra florasının biokütləsində 200 kq/ha qədər müxtəlif kimyəvi elementlər toplanır. Kalsium və 
maqneziumla yanaşı, xeyli miqdarda natriumun da toplanması müşahidə edlir. Onun yüksək konsentrasiyası 
torpaq məhlulunun qələviliyini artırır və torpaqda şorakətləşmə prosesinin güclənməsinə səbəb olur. Şorangənin 
külündə natriumdan başqa xlor və kükürd də vardır. 
Yağıntıların çox məhdud miqdarda düşməsi torpaqda yuyulmayan su rejimini müəyyən edir. Profilin zəif 
islanması boz-qonur torpaqlarda karbonatlılıq və şorakətlilik kimi xassələrin yaranmasına səbəb olmuşdur. 
Boz-qonur torpaqlarda qaysağın yaranması mineral və üzvi hissənin yüksək dispersliliyi və torpaqların 
hidrotermik rejimindəki kontrastlılıqla əlaqədardır. Torpaqların yüksək dispersliyinə səbəb – torpaq məhlulunun 
qələvi reaksiyasıdır. Qələvilik torpaqda yovşanlı-şorangəli bitkiliyin minerallaşması zamanı natrium 
karbonatlarının və bikarbonatlarının yaranması ilə  əlaqədardır. Qaysağın bərkliyi natrium və kalsium 
bikarbonatlarının torpağın dispersləşmiş kütləsini sementləşdirən karbonatlara keçməsi ilə əlaqədardır. 
Qaysaqaltı qatın laylılığı onun tərkibindən yüksək dispersli kolloid hissəciklərinin yuyulması  nəticəsində 
yaranır. 
Profilin orta hissəsinin həmin hissəciklərlə  zənginləşməsi onun sukeşiriciliyini aşağı salır ki, bu da 
alüminosilikatların aşınmasını  və gilli mineralların  əmələ  gəlməsini gücləndirir. Bir sıra tədqiqatçılar laylı 
horizontun yaranmasını qış donuşluğu ilə izah edirlər. Soyuq dövrdə məhlul səth təbəqəsinə doğru hərəkət edir 
ki, onun donması laylı strukturun yaranmasına səbəb olur (V.Q.Zolnikov, Y.V.Lobova). 
Təsnifatı. Boz-qonur torpaqlar tipi 3 yarımtipə bölünür: 
boz-qonur səhra çox isti donan (Manqışlaq, Mərkəzi Ustyurd, Qızılqumun və Betpak-Dalanın şimal hissəsi 
və s.); 
boz-qonur səhra subtropik qısa müddətə donan (Manqışlaq, Ustyurd və  Qızılqumun cənub hissəsi, 
Krasnovodsk yarımadası, Fərqanə vadisinin dağətəyi düzənliyi); 
boz-qonur səhra subtropik çox isti donmayan (Qaraqum, Kopet-Dağın dağətəyi düzənliyi və s.); 
Boz-qonur torpaqların yarımtiplərə ayrılmasının əsasında onların inkişafının termik şəraiti durur. Boz-qonur 
torpaqlar daxilində aşağıdakı cinslər ayrılır: 
Boz-qonur adi şoranlaşmış torpaqlarda asan həll olan duzlar 30 sm dərinlikdə yerləşmişdir. Səthi çatlı olub 
qaysağı bərk deyildir. Səciyyəvi bitki örtüyü ağ yovşandır. 
Boz-qonur şoranlı torpaqların tərkibində asan həll olan duzlar (0,3%) səthdə toplanmışdır. Səciyyəvi bitki 
örtüyü şorangənin müxtəlif növləridir; 
Boz-qonur gipsli torpaqların profilində 50-70 sm dərinlikdə gips qatı yerləşmişdir. 
Boz-qonur şoranvari gipsli torpaqlar horizontda böyük miqdarda gipsin olması ilə səciyyələnir; 
Boz-qonur takırlı-şorakətvari torpaqlar daha bərk qaysağı ilə və yüksək qələviliyi ilə seçilir. 
Boz-qonur torpaqların yayıldığı ərazilərdə kiçik sahələrdə çəmən-səhra –boz-qonur torpaqlar yayılmışdır. 
onlar çökək sahələrdə taxıllı-yovşanlı bitkilər altında inkişaf edir. Bu torpaqlar torpaqəmələgətirən süxurun 
xarakterindən və relyefdə yerləşməsindən asılı olaraq müxtəlif dərəcədə yuyulmuş və ya şorlaşmış olur. 
Tərkibi və xassələri.  Qranulometrik və mineraloji tərkibi. Boz-qonur torpaqlar litoloji tərkibinə görə 
olduqca müxtəlif torpaqəmələgətirən süxurlar üzərində formalaşmışdır. Ona görə  də boz-qonur torpaqların 
içərisində qumlu torpaqlardan tutmuş gillicələrə kimi hər cür qranulometrik tərkibli torpaqlara rast gəlmək 
mümkündür. Lakin qumlu və yüngül gillicəli torpaqlar daha çox üstünlük təşkil edir. Bu torpaqların üst hissəsi 
əksər hallarda çınqıllıdır. 
Narın qum və iri toz fraksiyalarının üstünlük təşkil etməsi, həmçinin üst horizontların qumlaşması – boz-
qonur torpaqların qranulometrik tərkibinin səciyyəvi cəhətidir. Boz-qonur şorakətləşmiş torpaqlarda sıxlaşmış B 
horizontunda kolloid fraksiyalarının artması müşahidə edilir. 
Boz-qonur torpaqların mineraloji tərkibi üçün süxurların zəif aşınması səbəbindən ilkin mineralların çoxluq 
təşkil etməsi səciyyəvidir. İri fraksiyalarda çöl şpatı, slyuda və karbonatlar üstünlük təşkil edir. 
 
Cədvəl 118 

 
342
 
Boz-qonur şorakətvari torpaqların ümumi kimyəvi tərkibi 
 
Dərinlik, 
sm 
Hiqroskopik 
nəmlik 
SiO

R
2
O

Fe
2
O

Al
2
O
3
 TiO

0-4 0,78 
75,21 
16,38 
5,06 
10,64 
0,58 
4-10 0,90 
73,10 
17,17 
6,21 
10,27 
0,58 
12-20 1,42 
72,94 
19,14 
7,03 
11,42 
0,57 
25-35 1,66 
73,51 
19,15 
7,61 
10,85 
0,59 
 
Dərinlik, 
sm 
P
2
O
3
 CaO MgO MnO Na
2
O K
2
O SO

0-4  0,10 2,50 2,26 0,07  1,57 1,97 0,47 
4-10  0,15 2,64 2,44 0,07  1,33 2,70 0,64 
12-20  0,12 0,88 2,66 0,07  1,31 2,69 0,82 
25-35  0,10 0,09 2,40 0,07  1,28 2,66 0,86 
 
Lil fraksiyalarında hidroslyuda və montmorillonit qrupundan olan minerallar üstünlük təşkil edir. Burada 
həmçinin amorf birləşmələrinə, kvarsa, nadir hallarda kaolinitə rast gəlinir. 
Kimyəvi tərkibi. Boz-qonur torpaqların ümumi analizi biryarımlıq oksidlərin profilboyu bərabər 
paylandığını göstərir. Onların bir qədər yerdəyişməsi  şorakətvari növlərində müşahidə edlir (cədvəl 118). Bu 
torpaqlarda lil hissəciklərinin də yer dəyişməsi baş verir.  Biryarımlıq oksidlərin profilboyu bərabər paylanması 
və lakin onun orta hissəsində lil hissəciklərinin kəskin artması burada gilləşmə prosesinin getdiyini göstərir. 
Boz-qonur torpaqlar humus (1%-ə kimi), azot (0,04-0,07%) və fosforun (0,07-0,15) azlığı ilə səciyyələnir. 
Boz-qonur səhra torpaqların səciyyəvi cəhəti karbonun azota yüksək olmayan nisbətidir (C:N=4-5). Humus 
maddələrində fulvoturşular humin turşularını üstələyir. Udma tutumu 100 qram torpaqda 5-10 mq-ekv-dir. 
Udulmuş  əsaslar içərisində kalsium və maqnezium üstünlik təşkil edir. Boz-qonur şorakətvari torpaqlarda 
natrium da vardır. Torpaqların reaksiyası  qələvidir. Karbonatların maksimal toplanması üst horizontlarda 
müşahidə edilir. Səthdən bir qədər aşağıda gips toplanmışdır (cədvəl 119). Gipsli süxurlar üzərində formalaşmış 
boz-qonur torpaqların profilində gipsin miqdarı xüsusilə çoxdur. 
Cədvəl 119 
Boz-qonur şorakətvari torpaqlarda humus, azot, karbonatların, gipsin miqdarı və su çəkiminin 
tərkibi 
 
Dərinlik, 
sm 
Humus,% Azot,% 
CO
2
, % 
karbonatlar 
SO
4
,% 
gips 
Quru 
qalıq 
0-4 0,80 0,06  4,5 0,07 
0,22 
4-10 0,40  -  5,1  0,07 
0,14 
12-20 0,29  - 
6,1  0,95 
0,14 
25-35 0,26  - 
7,5  1,10 
0,61 
40-50 -  -  3,8 38,34 
1,40 
70-80 -  -  2,3 36,30 
1,51 
140-150 - 
 
4,7  3,70 
1,50 
 
Dərinlik, 
sm 
Su çəkiminin tərkibi 
HCO
-

Cl

SO
2-
4
Ca
2+
Mg
2+
Na
+
0-4 0,09 
0,01 
0,02 
0,01 
0,02 
0,02 
4-10 0,06 0,01 
0,01 
0,01 0,01 0,01 
12-20 0,06 0,01 0,01 0,01 0,01 0,01 
25-35 0,02 0,01 0,33 0,12 0,01 0,02 
40-50 0,02 0,05 0,80 0,31 0,02 0,02 
70-80 0,02 0,05 0,83 0,29 0,05 0,03 
140-150 0,02  0,07  0,82  0,25  0,05  0,07 
Boz-qonur torpaqlarda 30-40 sm dərinlikdən başlayaraq  şorlaşma  əlamətləri görünür və 50 sm-dən 
şorlaşma özünü göstərir. Boz-qonur torpaqlar xloridli-sulfatlı şorlaşma tipinə aid edilir. 
Su-fiziki xassələri. Boz-qonur torpaqlar üçün zəif strukturluluq səciyyəvidir. Şorakətləşmə əlamətlərinin üzə 
çıxdığı boz-qonur torpaqlarda, xüsusən də qaysaq və  şorakətləşmiş horizontda su-fiziki xassələr pisləşmişdir. 

 
343
Bu horizontlar yüksək sıxlığı və pis sukeçiriciliyi ilə seçilir. 
Boz-qonur torpaqlar nəmliyin kəskin defisiti ilə üzləşir. Hətta yazda faydalı  nəmliyin ehtiyatı böyük 
deyildir. Yayda tarla nəmliyi bitkinin soluxma əmsalından aşağıdır. 
 
§ 108. Takırlar və takırabənzər torpaqlar 
 
Genezisi. Takırlar – gilli səhralarda xüsusi torpaq tipidir. Onlar Amudərya, Sırdərya, Murqab, Tecen, Atrek 
çaylarının deltalarında, həmçinin qədim çay yataqlarında, Sarıqamış çökəkliyində, Qızılqum, Qaraqum 
səhralarının yüksək sahələrində, Kopetdağın dağətəyi düzənliklərində yayılmışdır. Azərbaycanda  onlar lokal 
şəkildə Abşeron və ona yaxın ərazilərdə müşahidə edilir. 
Takırlar geomorfoloji baxımdan müxtəlif ərazilərdə formalaşır. Lakin onlar zəif parçalanmış düzən relyef 
formalarında daha tez-tez müşahidə edilir. Onlar müxtəlif mənşəli, lakin ağır qranulometrik tərkibli süxurlar 
(qədim allüvial, qədim irriqasion, prolüvial və delüvial) üzərində yayılmışlar. Torpaqəmələgətirən süxurlar 
karbonatlığı və şoranlığı ilə seçilir. 
Takırların üzəri yosun və  şibyələrlə örtülü
 
olur. Nadir hallarda yovşan və  şorangə növlərinə, çatlarda və 
qum çöküntüləri üzərində qara saksaul koluna təsadüf etmək olur. 
Üzərində bitən bitkilərin növündən asılı olaraq takırlar bir-birindən fərqləndirilir: yosunlu takırlar, yosunlu-
şibyəli takırlar və şibyəli takırlar
Takırlar özünəməxsus profil quruluşuna malkidirlər. Onların səthi çatlı, sıx, çəhrayi və ya sarımtıl-boz 
rənglidir.  Üst horizont – iri məsaməli sıx, qalınlığı 2-3 sm olan qaysaqdan ibarətdir. Bu horizont laylı və ya 
pulcuqlı məsaməli, lakin bir qədər az sıxlığı olan qata keçir. Qaysağın və laylı horizontun qalınlığı 3-7 sm-dir. 
Sonra topavari horizont gəlir. Şorakətvari takırlarda o yaxşı görünür və kolloid hissəciklərlə zəngin olduğundan 
çox sıxdır. Şorakətsiz takırlarda kolloid hissəciklərinin və biryarımlıq oksidlərin profilboyu bərabər paylanması 
müşahidə edilir. 
Takırlar üçün yüksək karbonatlıq səciyyəvidir. Onların spesifik əlaməti qaysağın olmasıdır. Qaysağın əmələ 
gəlməsinə səbəb torpaq kütləsinin natrium ionu vasitəsilə dispersləşməsi və ekstraarid şəraitdə qurumasıdır. 
Tədqiqatçılar takırların mənşəyi haqqında müxtəlif fikirlər söyləyirlər. Geoloqlar, məsələn, takırların qədim 
və müasir dövrdə su axınlarının narın hissəcikləri çökdürməsi nəticəsində yaranması fikrini irəli sürmüşlər və s. 
Torpaqşünasların fikrincə, takırəmələgəlmə torpaq prosesidir. İ.P.Gerasimov və Y.N.İvanov takırları 
şoranlı-şorakətvari torpaqəmələgəlmə tipinin hidromorf torpaqlar sırasına aid edirlər. Bu nəzəriyyəyə görə
takırların profilinin formalaşmasında  əsas rol şorlaşma və duzsuzlaşmanın bir-birini növbə ilə  əvəz etməsi 
proseslərinə  məxsusdur. Onlar takırları  səhra zonasının səthdən və ya cırtdan  şorakətləri hesab edirdilər. 
Takırların əmələ gəlməsinin şorakətli-şoranlı hipotezi daha geniş tanınmışdır. 
Bəzi tədqiqatçılar takırların yaranmasını torpaq səthinin tez bir zamanda izafi nəmlənməsi və quruması ilə 
izah edirlər. 
Y.B.Lobovaya görə, takırlar – səhra zonasının avtohidromorf torpaqları olub, izafi səthi nəmlənmə    və 
şorlaşma-duzsuzlaşmanın fəsli kontrastlı, karbonatlı və şorakətləşmə şəraitində formalaşmışdır. 
Torpaq-geoloji hipotez tərəfdarları (U.U.Uspanov, A.N.Rozanov) hesab edir ki, takırların profilinin və 
fiziki xassələrinin formalaşmasında süxurların qranulometrik tərkibi əhəmiyyətli rol oynayır. 
Takırların yaranmasının bioloji nəzəriyyəsi N.N.Bolışevə məxsusdur. Onun nəzərincə, takırların inkişafında 
əsas rol ibtidai bitkilərə, ilk növbədə yosunlara və  şibyələrə  məxsusdur. L.Y.Rodina və N.İ.Bazilyeviçə görə, 
yosunlar 6 s/ha, şibyələr isə 10 s/ha üzvi maddə toplayır.  İbtidai bitkilərin həyat fəaliyyəti və onların 
parçalanması zamanı yaranmış üzvi turşular torpağın mineral hissəsinə dağıdıcı  təsir göstərir. Nəticədə takır 
qaysağında amorf silisium turşularının toplanması və biryarım oksidlərin azalması baş verir. Takır solodlaşma 
əlamətləri əldə edir. 
Ağır qranulometrik tərkibi və  səhra zonasının özünəməxsus hidrotermik şəraiti takırlı torpaqlara məxsus 
mənfi xassələrinin formalaşmasında əhəmiyyətli rol oynayır. 
Səhra zonasında takırabənzər səhra torpaqları və qumlu səhra torpaqları geniş yayılmışdır. Takırabənzər 
səhra torpaqları cavan allüvial düzənliklərdə, şibyə, şorangə və efemer bitki qarışığı altında formalaşmışdır. Zəif 
inkişaf etmiş profili və məsaməli qaysağı ilə seçilir. 
İbtidai səhra torpaqları arasında takırabənzər adi, takırabənzər qalıq-humuslu (qalıq-çəmən), takırabənzər 
şorakətvari torpaqlar da yayılmışdır. Takırabənzər qalıq-humuslu torpaqlar çəmən torpaqların (boz tuqay) səhralaşması 
nəticəsində yaranmışdır. Bu torpaqlar yüksək humusluluğu ilə seçilir. 
Təsnifatı. Takır torpaqlar tipi şorlaşmanın xarakterinə, nəmlənmə və qaysağın inkişaf dərəcəsinə görə iki 
yarımtipə bölünür – tipik takırlar və səhralaşmış takırlar. 

 
344
Tipik takırlar (yosunlu) aşağıdakı cinslərə bölünür: adi, şoranvari, şorakətvari, 
şorakətvari bərkimiş, qumlaşmış və qədimdən dincə qoyulmuş. Adi takırlarda duzlar 
(> 1%) bir qədər dərinlikdə yerləşmişdir (20-30 sm). Şorakətvari takırlarda duzlar 
bilavasitə qaysağın altındadır. 
Şorakətvari takırlar müəyyən dərinliyə kimi duzlardan yuyulmuşlar, daha bərk 
qaysaq qabığına və qaysaqaltı qata, su çəkiminin yüksək qələviliyinə malikdirlər. 
Şorakətvari bərkimiş takırlar səth sularının uzun müddət durduğu yerdə 
formalaşır, dərin çatları olan günbəzşəkilli bərk qaysağa malikdir. Bu takırlar iri 
kəltənvari strukturu ilə seçilir və duzlardan müxtəlif dərəcədə yuyulması və şorakət-
liyi ilə səciyyələnir. 
Qumlaşmış takırlar küləyin gətirdiyi qumların torpaq səthini örtməsi və üzərində 
ali bitkilərin məskunlaşması nəticəsində yaranır. Qədimdən dincə qoyulmuş takırlar 
suvarma kəsildikdən sonra dincə qoyulmuş sahələrdə yaranır. 
Səhralaşmış takırlar  (şibyəli) suyun səthi vaxtaşırı (hər il) örtdüyü yerlərdə 
əmələ  gəlir. Bu torpaqların daha yumşaq laylı qaysağı olur, onların cinslərə 
bölünməsi işlənməyibdir. 
Tərkibi və xassələri.  Takırlar  əsasən gilli torpaqlardır. Takırların profilinin aşağı 
hissəsində çox vaxt qum və yüngül qranulometrik tərkibli süxurlara təsadüf etmək olur. 
Qranulometrik hissəciklər içərisində  xırda qum fraksiyaları üstünlük təşkil edir. Lil 
fraksiyalarının və narın tozun da xüsusi çəkisi yüksəkdir. İri fraksiyaların mineraloji tərkibi 
çöl  şpatı, slyuda və kvarsdan, lil fraksiyasının tərkibi isə montmorillonit qrupundan 
minerallardan, hidroslyuda, amorf qarışıqlarından ibarətdir. Kaolinit qrupundan olan 
minerallara nadir hallarda təsadüf olunur. 
Ümumi analiz takırların mineral hissəsində üç valentli silisium oksidinin 
üstünlük təşkil etdiyini göstərir. Qaysaqda silisium turşularının artması müşahidə 
edilir ki, bu da solodlaşma əlamətini göstərir (cədvəl 120). 
Cədvəl 120 
Tipik şoranlaşmış takırların ümumi tərkibi 
 
Dərinlik 
Hiqroskopik 
nəmlik 
Humus Azot  SiO

R
2
O

Fe
2
O

0-2 1,18 0,51 
0,06 
65,80 
25,66 
7,11 
10-15 1,78  0,55 
0,03 
60,36 
25,82 
8,42 
30-40 1,53  0,41 

59,78 
29,17 
7,86 
415-425 0,56 
-  - 
80,05 
15,49 
3,59 
 
Dərinlik Al
2
O
3
CaO MgO SiO
2
/R
2
O
3
SiO
2
/Fe
2
O
3
 SiO
2
/Al
2
O
3
0-2 18,55 
2,00 
4,24 4,8  24,90  6,0 
10-15 17,40 2,84 
4,91  4,5 
19,41 
5,9 
30-40 21,31 2,04 
5,03  3,9 
21,09 
4,7 
415-425 11,90  -  2,11  9,6 
20,41 
11,4 
 
Sıxlaşmış horizontda biryarım oksidlərin miqdarı nəzərəçarpacaq dərəcədə artır. 
Bütün horizontlarda maqnezium kalsiumu üstələyir. Bu torpaqların maqneziumlu 
alüminosilikat minerallarla zəngin olduğunu göstərir.  
Takırların tərkibində humusun miqdarı olduqca azdır (0,3 - 0,8 %). Humus maddələrinin tərkibində 
fulvoturşular üstünlük təşkil edir. C
ht
 : C
ft
 =0,4 - 0,5. 
Takırların bir metrlik qatında humusun ehtiyatı 85 t/ha-dan çox deyildir. Azotun miqdarı 0,03-0,06% 
arasında tərəddüd edir və onun ehtiyatı orta hesabla 7 t/ha təşkil edir. 
Takırların tərkibində fosfor və kaliumun mütəhərrik birləşmələri azdır. Onların udma tutumu 5-10 mq-ekv 
–dir. Udulmuş əsaslar içərisində Ca
2+
, Mg
2+
 və Na

üstünlük təşkil edir. 
Məhlulun reaksiyası şiddətli qələvidir (pH 8-10). Takırların əksəriyyəti güclü şorlaşmaya məruz qalmışdır. 
Duzların böyük konsentrasiyası qaysağın altındadır. Qaysağın özü isə zəif şorlanmışdır. Takırlar əsasən sulfatlı-
xloridli-natriumlu şorlaşma tipinə aid edilirlər. 
Takırlarda duzun miqdarı onların yuyulma dərəcəsindən, qranulometrik tərkibindən və ana süxurun 
xarakterindən, həmçinin torpağın inkişaf fazasından asılıdır.  İnkişafının ilkin mərhələsində takırlarda duzların 
daha böyük konsentrasiyası olur. 
Takırlar əlverişsiz su-fiziki və fiziki xassələri– aşağı filtrasiya qabiliyyəti, zəif məsaməliyi ilə səciyyələnir. 
Quru halında takırlar çox bərk olur. Onların  əlverişsiz fiziki xassələri ağır qranulometrik tərkibləri, aşağı 

 
345
humusluluğu, yüksək dispersliliyi və kolloidlərin mütəhərrikliyi ilə əlaqədardır. 
Takırlar çox aşağı su ehtiyatına malikdir. Yayda güclü qurulaşma baş verir və tarla nəmliyi soluxma 
nəmliyi səviyyəsinə kimi aşağı düşür. Bu zaman takırlar fiziki quruluq vəziyyətində olur. Zəif sukeçiriciliyi 
səbəbindən hətta erkən yazda, yağıntıların ən çox düşdüyü dövrdə belə, takırların profilinin islanması 50 sm-dən 
çox olmur. 
Kənd təsərrüfatında istifadə.  Aşağı  təbii münbitlik səbəbindən səhra torpaqlarının çox hissəsi örüş 
sahələri kimi istifadə edilir. Əkin, bağ və bostan sahələri altında istifadə yalnız suvarma şəraitində mümkündür. 
Səhra zonasının torpaqları olduqca rəngarəngdir. Ona görə də hətta suvarmanın tətbiqi ilə bütün torpaqları 
kənd təsərrüfatında istifadə etmək mümkün deyildir. Gipsli yuxa boz –qonur və  çınqıllı, həmçinin  şiddətli 
şorlaşmış torpaqlar kənd təsərrütafında istifadəyə yararlı deyildir. 
Səhra zonasında yüngül torpaqlar üzərində formalaşmış  şorakətləşməmiş  və ya zəif  şorakətləşmiş,  
şorlaşmamış və ya zəif şorlaşmış boz-qonur torpaqlar kənd təsərrüfatı üçün ən əlverişli torpaqlar hesab olunur. 
Ən  əlverişsiz torpaqlar şorakətləşmiş  və xüsusən də  şoranlaşmış torpaqlar hesab olunur. Onların 
mənimsənilməsi bəzən təkrar şorlaşmaya səbəb olur. 
Səhra torpaqları daxilində takırlar  ən aşağı münbitli torpaqlardan hesab olunur. Ona görə  də onların 
mənimsənilməsi müəyyən çətinliklərlə bağlıdır. Onların tərkibində olduqca az miqdarda qida elementləri vardır. 
Onlar çox əlverişsiz su, fiziki, və hava xassələrinə malikdirlər. Bu da onların ağır qranulometrik tərkibi və 
səthlərində müxtəlif qalınlıqlı  və müxtəlif bərklikli qaysağın olması ilə  əlaqədardır. Takırların  əksəriyyəti 
şorakətlidir və tərkibində çoxlu miqdarda asan həll olan duzlar, o cümlədən soda vardır. 
Hazırda takırların mənimsənilməsi sahəsində dünya təcrübəsi mövcuddur. Onların münbitliyinin 
artırılmasının aqromeliorativ tədbirlər sisteminə ilk növbədə asan həllolan duzlardan yuyulması  tədbirləri 
daxildir. Yuma işləri payız və qış aylarında aparılır. Yumadan əvvəl takırlar dərindən (plantaj) şumlanır. Dərin 
şum (40-50 sm) takırların su - fiziki xassələrini yaxşılaşdırmaqla yanaşı, onları şorakətsizləşdirir. Buna səbəb 
şum zamanı gips horizontunun üstə çevrilməsi və şorakətli qatla qarışması nəticəsində tərkibindəki kalsiumun 
şorakət qatdakı natriumu sıxışdırıb çıxarmasıdır. Torpağa üzvi və mineral gübrələrin verilməsi kənd təsərrüfatı 
bitkilərinin məhsuldarlığını  kəskin  şəkildə artırır. Azot və fosfor gübrələrinin birgə verilməsinin daha yüksək 
səmərəliliyi vardır.  
Takırların xassələrinin yaxşılaşdırılmasında torpağı azotla zənginləşdirən duzadavamlı bitkilərin (yonca və 
s.) səpilməsinin böyük əhəmiyyəti vardır. Digər tərəfdən takırları qumlamaq vasitəsilə  də  əlverişsiz fiziki 
xassələri, su və hava rejimini yaxşılaşdırmaq mümkündür. 
Səhra zonası – heyvandarlığın inkişafında  əhəmiyyətli bazadır. Burada geniş otlaq sahələri yerləşmişdir. 
Qumların və yüngül qranulometrik tərkibli torpaqların geniş yayılması  və  kəskin quraq iqlimi hədsiz otarma 
şəraitində torpaqları eroziyaya gətirib çıxarır. Ona görə  də  səhra zonası torpaqlarından səmərəli istifadə - 
deflyasiyanın qarşısının alınması, otlaq sahələrinin məhsuldarlığının artırılması  ən  əhəmiyyətli məsələlərdən 
hesab olunur. 
 
 
XXXVII FƏSİL. QURU SUBTROPİKLƏRİN DAĞƏTƏYİ – SƏHRA BOZQIR TORPAQLARI 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin