Qərib Məmmədov


§ 29. Torpaqlarda sorbsion proseslərin əsas qanunauyğunluqları



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə13/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   9   10   11   12   13   14   15   16   ...   52
§ 29. Torpaqlarda sorbsion proseslərin əsas qanunauyğunluqları 
 
Torpaqlarda sorbsion qarşılıqlı  təsirlərin mümkün tipləri nəzərdən keçirilərkən  torpağın çox mürəkkəb 
polifunksional sorbent olduğu və eyni maddənin və ya ionun bir neçə tip qarşılıqlı təsir vasitəsilə eyni vaxtda 
sorbsiya olması  məlum olur. Bu, torpaqda sorbsion proseslərin tədqiqini olduqca çətinləşdirir. Bununla belə, 
böyük həcmdə eksperimental materialın ümumiləşdirilməsi torpaqda baş verən sorbsion proseslərin bəzi 
qanunauyğunluqlarını  təyin etməyə  və sorbsion prosesləri səciyyələndirən bir sıra kəmiyyət parametrlərini 
tətbiq etməyə imkan verir. 
Torpaqda sorbsion proseslərin kəmiyyət səciyyəsini verməkdən ötrü bir sıra göstəricilərdən istifadə olunur. 
Torpağın sorbsion tutumu – torpağın maksimum miqdarda maddəni sorbsiya etmək qabiliyyətidir. 
Sorbent kimi torpağın polifunksionallığı ilə əlaqədar onun sorbsion həcmi kationlar da daxil olmaqla müxtəlif 
maddələrə münasibətdə müxtəlifdir. Məsələn, K
+
 eyni zamanda həm mübadilə olunan, həm də  mübadilə 
olunmayan formada udula bilər, Na
+
  əsasən mübadilə olunan, Zn
2+
 - mübadilə olunan, həm də kompleks-
əmələgətirən və çöküntü formasında udula bilər.  Ona görə də sorbsion tutumu anlayışını konkret maddələrə və 
ya ionlara tətbiq etmək məqsədəuyğun olardı. 
Nəzərə almaq lazımdır ki, torpağın sorbsion tutumu çöküntü udma qabiliyyətinə malik maddələr üçün 
torpaq birləşmələrinin həll olması və termodinamik baxımdan daha sabit ionlu çöküntülər yaratması hesabına 
çox böyük həcmə çata bilir. Buna misal olaraq gipslə  həll olan fosfatın qarşılıqlı  təsirinin aşağıdakı sxemini 
göstərə bilərik: 
 
3CaSO
4
 + 2HPO
2-
4
 → Ca
3
(PO
4
)
2
↓+ 3SO
2-
4
 + 2H

 
Bu reaksiya zamanı gipsin tamamilə fosfata çevrilməsinin şahidi oluruq. Digər tərəfdən torpaq hər hansı bir 
ionla doyduğu zaman onun dispersləşməsinin səviyyəsi dəyişir ki, bu da həmçinin torpağın sorbsion xassələrinə 
təsir göstərir. 
Kation mübadiləsinin tutumu (KMT) – mübadilə halında torpağın tuta bildiyi kationların maksimum 
miqdarıdır. Bu hər torpaq üçün nisbi sabit göstərici olub, pH, həmçinin mübadilədə iştirak edən ionların təbiətindən 
asılıdır. 
Kation mübadiləsinin tutumu torpağın tipindən,  əsas kation udan komponentlərin tərkibindən (gilli 
minerallar, üzvi maddə) və qranulometrik tərkibdən asılı olub, çox böyük hüdudlarda tərəddüd edir. Ona görə də 
müxtəlif torpaqlar üçün onun yalnız üstünlük təşkil edən qiymətini göstərmək olar. 
 
 
Torpaqlar 
 
KMT (m-ekv./100 qr. torpaqda) 
Çimli-podzollu, qumlu 
3-6 
Çimli-podzollu, orta gillicəli 10-20 
Çimli-podzollu, gilli 
15-25 
Boz meşə, orta gillicəli 15-30 
Tipik qaratorpaq, ağır gillicəli   
30-70 
Cənub qaratorpaq, gillicəli 20-50 
Açıq şabalıdı, gillicəli 20-40 
Tipik boz, gillicəli 8-20 
Qırmızı, gillicəli 13-25 
 
İon mübadiləsinin selektivliyi. Eyni torpaq başqa bərabər şəraitlərdə (pH və s.) tərkibi müxtəlif ionların 
qarışığından ibarət olan  məhluldan kationları və anionları qeyri-bərabər miqdarda udur. Əksər torpaq tiplərində  
mübadiləli udma qabiliyyətinin yüksəlməsinə görə kation və anionların aşağıdakı sırasını irəli sürürlər: 
 
Na
+
 < NH
+
4
 ≤ K
+
 < Mg
2+ 
≤ Ca
2+
 < H
+
 < Al
3+

 
Cl

≤ NO
-

< SO
2-
4
 < PO
3-

(HPO
2-
4
, H
2
PO
-
4
). 

 
91
Lakin bu sıralar universal deyildir və müxtəlif torpaqlarda pH, temperatur, konsentrasiya və s. şəraitindən 
asılı olaraq dəyişə bilər. 
Torpaqda sorbsion proseslərin kinetikliyi. Torpaqda sorbsiyanın öyrənilməsinin başlanğıc 
mərhələlərində belə bir baxış mövcud idi ki, torpaqda sorbsion proseslər çox böyük sürətlə, bir çox hallarda isə 
bir anın içində baş verir. Ona görə də sorbsion müvazinətin təyin edilməsindən ötrü bir neçə dəqiqə və daha az 
vaxt tələb olunur. Lakin eksperimental məlumatlar toplandıqca bu nöqteyi-nəzər tədricən dəyişməyə başladı. 
Məlum olmuşdur ki, sorbsiyaya məruz qalan əksər maddələr üçün sorbsiyanın böyük sürəti qarşılıqlı  təsirin 
yalnız ilk mərhələləri üçün səciyyəvidir. Sonra onlar yavaşıyır, lakin həqiqi müvazinət (t
o
) yaranmır. Burada 
yalnız zahiri müvazinət yaranır ki, bu zaman sorbsion proseslər yavaş sürətlə davam edir (şəkil 13). 
 
Şəkil 13. Torpaq maddəsinin sorbsiya kinetikasının əyrisi 
 
Həqiqi sorbsion müvazinətin yaranma vaxtı torpağın xassələrindən, sorbsiya olunan cismin təbiətindən, 
onun konsentrasiyasından və başqa səbəblərdən asılıdır. Ona görə  də  şərti olaraq söyləmək mümkündür ki
şəraitdən asılı olaraq kation və anionlar üçün həqiqi sorbsion müvazinətin yaranma zamanı müxtəlif üzvi 
maddələr, o çümlədən humus və pestisidlər üçün bir saatdan bir həftəyə kimi və daha geniş hüdüdlarda dəyişə 
bilər. 
Maddələrin torpaq tərəfindən yavaş sorbsiyası mərhələsinin yaranmasının əsas səbəbləri aşağıdakılardır: 
bir sıra maddələrin sorbsiyasının sürəti molekul və ionların torpaq hissəciklərinin səthindəki humus 
pərdəsinin daxili diffuziyası, torpaq minerallarının laylararası prosesləri və s. vasitəsilə məhdudlaşdırıla bilər. 
sorbsiyanın sürəti sorbsiya olunmuş maddələrin çökdürülməsində  iştirak edən torpaq birləşmələrinin 
(məsələn, gipsin həll olması, fosforu çökdürən kalsium) həllolma sürəti ilə məhdudlaşdıra bilər; 
Torpaq hissəciklərinin səthində  cərəyan edən proseslər, onların  transformasiyası ilə  nəticələnmirsə, 
sorbsiya tez qurtarır. 
Sorbsion proseslərin sürəti haqqında biliklər torpaqdakı mineral qida elementlərinin, pestisidlərin və 
toksikantların davranışının səciyyələndirilməsindən ötrü zəruridir. Nəzərə almaq lazımdır ki, torpaq nəmliyinin 
məhdud olduğu təbii  şəraitdə sorbsiya proseslərinin sürəti kəskin  şəkildə yavaşıyır və sorbsiya olunan 
maddələrin həllolma proseslərindən müəyyən dərəcədə asılı olur. 
 
§ 30. Mübadilə olunan kationların miqdarı, torpağın turşuluğu, 
qələviliyi və buferliyi 
 
Torpaqlar mübadilə olunan kationların tərkibinə görə bir-birindən fərqlənirlər (cədvəl 25). Cədvəldə 
verilmiş kationlardan başqa TUK-də bitkilər üçün zəruri olan bütün kationlar (K
+
, NH
4

) və mikroelementlər də 
vardır. Lakin onların udulmuş əsasların cəmində miqdarı böyük deyildir. 
 
Cədvəl 25 
Torpaqlarda mübadilə olunan kationların miqdarı 
(100q torpaqda m-ekv-lə) 
 
Torpaqlar Horizont 
Dərinlik, 
sm 
Ca
2+
Mg
2+ 
H
+
+Al
3+ 
Na

 
Si 
t
∞ 

 
92
1 2 





Torflu-qleyli A´

0-10 7,0 0,60 140,0 - 


10-20 0,99 0,13 129,5  - 
B
1
 50-60 
1,99 
0,39 28,9 - 
Şiddətli podzollu, gilli 
A

2-5 13,9 1,1 14,1  - 
A
2
 5-30 2,6 1,7 8,7 - 
B

30-40 7,8  3,1  12,7  - 
B

60-70 11,2  3,3  10,2  - 
Podzol, yüngül gillicəli A

4-14 1,8 0,6  9,2  - 
A
2
 20-30 1,5 0,4 6,6  - 
B

35-40 3,8  0,7  5,4  - 
B

60-70 11,4  2,2  5,1  - 
C 90-100 
10,7 2,1 4,8  - 
Çimli-podzollu, 
qumsal 
A
ək 
0-10 0,9 0,3  2,3  - 
B

18-26 0,2  0,1  1,1  - 
B

50-60 0,3  0,1  0,6  - 
B

75-85 0,5  0,1  0,7  - 
Podzollaşmış boz meşə 
A

0-16 12,5 2,5  2,5  - 
A
2
 18-28 2,5 0,5 2,0  - 
B

30-40 7,0  0,8  3,2  - 
B

60-70 10,0  1,7  2,9  - 
C 130-
140 
13,5 2,5  2,6  - 
Tünd boz-meşə 
A

1-10 37,7 6,2  2,1  - 
A
2
 20-30 
26,0 6,1 1,6  - 
B

60-70 25,1  4,1  2,9  - 
BC 115-
125 
33,5 2,1  0,8  - 
Tipik qaratorpaq 
A
ək
 0-10 
39,1 
6,0  -  - 
A
1
 20-30 
34,6 3,4  -  - 
B
1
 60-70 
27,2 2,7  -  - 
Tünd şabalıdı 
A
ək
 0-10 
27,6 
5,5  -  1,0 
A
1
 30-40 
26,6 5,6  -  1,0 
B
1
 50-60 
23,5 4,9  -  1,1 
Şorakətlər  
A

0-5 27,0 20,3  -  3,8 
A
2
 5-10 
22,8 
16,7 - 4,3 
A
 
10-24 10,6 32,0  -  12,5 
B

24-27 13,9 39,8  -  15,5 
Tipik boz 
A

0-3 11,9 1,5  -  0,7 
A
2
 5-15 7,1 1,4  - 0,7 
B

20-30 6,5  1,7  -  1,0 
B

50-60 5,7  1,7  -  0,9 
Qırmızı  
A
1
 0-10 1,9 4,3 12,1 - 
AB
1
 20-30 1,0 1,2  8,2  - 
B
2
 60-70 
0,9 2,0 8,9  - 
H
+
  və Al
3+
 -dən başqa torpaqdakı bütün mübadilə olunan kationların ümumi miqdarı  mübadilə olunan 
əsasların cəmi adlanır. Torpaq uducu kompleksində (TUK) hidrogen və alüminium ionlarının mövcudluğundan 
asılı olaraq torpaqları iki qrupa bölürlər:  əsaslarla doymuş (tərkibində  H
+
  və Al
3+
 yoxdur) və  əsaslarla 
doymamış
Mübadilə olunan kationların tərkibi torpaqəmələgəlmənin tipindən, ana süxurun tərkibindən, bəzən isə 
qrunt suyunun tərkibindən (əgər səthə yaxındırsa) asılıdır.  Əkində istifadə olunan torpaqlarda udulmuş 
kationların tərkibini münbitliyin yüksəldilməsinə xidmət edən kimyəvi vasitələrlə tənzimləmək mümkündür. 
Bitkinin qidalanması üçün ən  əlverişli  şərait TUK-də Ca
2+
  və bitkinin qidalanması üçün zəruri olan 
kationlar üstünlük təşkil edəndə yaranır. Əlverişsiz şərait TUK-də xeyli miqdarda mübadilə olunan H
+
 və Al
3+
 
(turş  və  əsaslarla doymamış torpaqlarda), Na
+
  və Na
+
 +Mg
2+
 , həmçinin qələvi və  qələvi torpaq metallarının 
karbonatları (şorakətvari torpaqlar, qələvi torpaqlar) olanda yaranır. H
+
 və Al
3+
 ionları qismən torpaq məhluluna 
daxil olaraq, turşuluq yaradır. Alüminium ionları torpaq məhlulunu alüminium duzlarının hidrolizi hesabına 

 
93
turşulaşdırır. Bu reaksiya aşağıdakı formada baş verir: 
 
AlCl
3
 + 3H
2
O → Al(OH)
3
 + HCl 
 
Turşulaşdırma o dərəcədə güclü ola bilər ki, bu zaman torpaq məhlulunun pH-ı 3,5 göstəricisinə (bu bəzi 
torflu-bataqlıq və bataqlıq-podzollu torpaqlar üçün səciyyəvidir) kimi aşağı düşür.  Əksər bitkilər üçün pH 
əlverişli dəyişkənliyi 5-6 və 8-ə kimi tərəddüd edir. Bu parametrlərin aşılması bitkilərin  əziyyət çəkməsinə 
gətirib çıxarır. Digər tərəfdən, Al
3+
 ionunun 100 q torpaqda 3-7 mq hüdudunda konsentrasiyası bir çox bitkilər 
üçün toksik hesab olunur.  
Udulmuş halda Na
+
 ionu torpaq kolloidlərini peptitləşdirməklə torpağın fiziki və su-fiziki xassələrinə mənfi 
təsir göstərir. Mübadilə olunan-udulan Na
+
 torpaq məhlulunun (bəzən onu pH  9 kimi qələviləşdirən) Na
+
 ilə 
müvazinət halında olur. Həm yüksək qələvilik, həm də yüksək turşuluq bitkilərin inkişafına mənfi təsir göstərir. 
Beləliklə, torpaqların aqronomik səciyyəsindən və onların münbitliyinin artırılmasından ötrü mübadilə 
olunan kationların tərkibinin öyrənilməsinin, torpaq qələviliyinin və turşuluğunun qiymətləndirilməsinin və 
onları aradan götürməkdən ötrü səmərəli vasitələrin tapılmasının əhəmiyyəti böyükdür. 
Torpağın turşuluğu (H
q
) – torpaq məhlulunu və ya duz məhlulunu torpağın tərkibindəki turşular, 
həmçinin hidrogen və digər kationların mübadilə olunan ionları vasitəsilə turşulaşdırmaq qabiliyyətidir. 
Torpağın turşuluğu iki cür olur: aktual və potensial. Aktual turşuluq – torpaq məhlulunun turşuluğudur.  
Potensial turşuluğun daşıyıcıları  torpağın bərk fazasında mübadilə olunan-udulmuş H
+
 və Al
3+
 kationlarıdır. Bu 
kationlar torpaq məhlulunu, tərkibində elektrolitlətin konsentrasiyasını artırmaq hesabına (məsələn, torpağa 
gübrə verməklə) mübadilə reaksiyası vasitəsilə turşulaşdırır. 
Təyin olma qaydasına görə potensial turşuluq da mübadilə olunan turşuluq və hidrolitik turşuluğa bölünür. 
Mübadilə olunan turşuluq neytral duz məhlulunun (1 n. KCl)  köməyi ilə hazırlanmış su çəkimində 
titrlənmiş H
+
 və Al
3+
 ionlarının miqdarı ilə müəyyən edilir. 
Mübadilə olunan turşuluq pH duz çəkisi (1 n. KCl) kəmiyyəti ilə də səciyyələnir. Turş torpaqlar üçün pH 
duz çəkimi göstəricisi 3-6 arasında tərəddüd edir. 
Hidrolotik turşuluq natrium asetatı əsasında hazırlanmış titrlənmiş turşuluq ilə müəyyən edilir. Hidrolotik 
turşuluq mübadilə olunan turşuluqdan yüksək olur. Bu da onunla əlaqədardır ki, ion mübadiləsinin müvazinəti 
bu halda hidrolotik qələvi duzların tətbiqi və  zəif sirkə turşusunun yaranması ilə  H
+
 mübadilə olunan-udulan 
ionun maye fazaya keçməsi ilə yeri dəyişdirilmişdir. 
 
 
 
Beləliklə, mübadilə olunan turşuluq – torpağın hidrolotik turşuluğunun bir hissəsidir. Ondan izafi turşuluğu 
ləğv edən zaman əhəngin dozasının hesablanmasında, həmçinin torpağın  əsaslarla doyma dərəcəsinin 
göstəricisini %-lə müəyyən edərkən istifadə edilir: 
 
V = S: (S + H
q
)·100 = (S:KMT) ·100 
 
Burada, S- udulmuş əsasların cəmi; KMT- kation mübadiləsinin tutumu. 
Düsturdan göründüyü kimi, kation mübadiləsinin tutumu udulmuş əsasların cəmi ilə hidrolotik turşuluğun 
cəmindən yaranır. 
Eyni tipdən və eyni qranulometrik tərkibdən olan torpaqların pH duz çəkimi (potensial turşuluq) ilə 
hidrolotik turşuluğu arasında korrelyativ əlaqə mövcuddur. Bu da bir çox hallarda əhəngin dozasını hidrolotik 
turşuluğa görə deyil, potensial turşuluğa görə təyin etməyə imkan verir (bax cədvəl 24). 
Torpağın qələviliyi. Aktual və potensial qələvilik bir-birindən fərqləndirilir. 
Aktual qələvilik torpaq məhlulunda və ya su çəkisində hidrolotik qələvi duzların miqdarı, əsasən də qələvi 
və torpaq-qələvi metalların karbonatları  və hidrokarbonatları [Na
2
CO
3
, NaHCO
3
, Ca(HCO
3
)
2
 ] əsasında təyin 
edilir.  

 
94
Torpağın potensial qələvililiyi mübadilə olunan Na
+
 müqdarı ilə təyin edilir. Çünki Na
+
 müəyyən şəraitlərdə 
torpaq məhluluna daxil olaraq onu qələviləşdirə bilir. Məsələn, karbonatlı  və  şorlaşmış torpaqlarda yaranmış 
xeyli miqdarda karbon turşusu bitkinin tənəffüsü və ya üzvi qalıqların parçalanması  nəticəsində  aşağıdakı 
proseslərdən keçir: 
 
həllolmayan kalsium karbonatın həllolan bikarbonata çevrilməsi 
 
CaCO
3
 + H
2
CO
3
 → Ca(HCO
3
)
2

 
müvazinətli məhlulun qələviləşdirilməsi ilə baş verən ion mübadiləsi 
 
 
 
      Na 
TUK |    + Ca (HCO
3
)
2
 ↔ TUK | Ca + 2NaHCO
3

                      Na 
Torpağın qələviliyinin yalnız aktual qələviliyin göstərici əsasında qiymətləndirilməsi qəbul edilmişdir. 
Eyni zamanda nəzərə almaq lazımdır ki, aktual və potensial qələvilik ion mübadiləsi prosesləri vasitəsilə 
bir-biri ilə sıx bağlıdır.  
Torpağın buferliyi. Torpağın buferlik kimi çox əhəmiyyətli xassəsi ion mübadiləsi proseslərinə bağlıdır. 
Torpağın - torpaq məhlulu konsentrasiyasının dəyişkənliyinə qarşı durmaq qabiliyyətinə buferlik xassəsi deyilir. 
Çox vaxt torpağın buferlik xassəsi adı altında onun yalnız reaksiyasının (pH) qələvi və turş maddələrin təsiri ilə 
dəyişməsinə qarşı müqavimət göstərmək qabiliyyəti başa düşülür. Əslində torpağın buferlik xassəsi daha geniş 
anlayışdır. Burada söhbət təkcə reaksiyanın  deyil, onun oksidləşmə-reduksiya vəziyyətinin və s. 
dəyişdirilməsinə yönəlmiş müdaxilələrə qarşı müqavimətindən gedir. Eyni
 
zamanda buferlik torpağı inert 
vəziyyətə gətirir ki, bu da insanın onda əlverişli xassələr yaratmaq istiqamətində gördüyü işlərin səmərəliyini 
aşağı salır. Məhz buna görə, 1) kimyəvi meliorantların dozası torpağın aktual turşuluğunu və ya qələviliyini 
dəyişdirməkdən ötrü tələb olunan miqdardan çox olur; 2) torpaqda mütəhərrik mineral qida elementlərinin 
dəyişdirilməsindən ötrü zəruri gübrə dozasının vahidi (məsələn, 100 q torpaqda 1mq element) hesabi 
göstəricidən yüksək olur. Torpağın bu cəhəti kimyəvi meliorantların və mineral gübrələrin dozası hesablanarkən 
nəzərə alınmalıdır. 
Torpaqda müxtəlif mexanizmlərlə  işləyən bufer sistemi vardır. Bu mexanizmlər çox vaxt torpağın bərk 
fazasının iştirakı olmadan fəaliyyət göstərir. Məsələn, torpağın turş-əsaslı buferliyi torpaq məhlulunda zəif turş, 
əsas və onların duzlarınadan  asılıdır. Müxtəlif bufer sistemlərinin mövcudluğu torpağın buferlik qabiliyyətinin 
kəmiyyətcə qiymətləndirilməsinə imkan verən praktiki baxımdan rahat göstəricilər sisteminin hazırlanmasında 
müəyyən çətinliklər törədir. 
Torpağın qaz fazasından maddələrin udulması. Torpaq polifunksional sorbent kimi qaz fazasından 
müxtəlif maddələri udma qabiliyyətinə malikdir. Bütün torpaqlar bu və ya digər dərəcədə su buxarını udur. 
Torpağın çox əhəmiyyətli su-fiziki xassəsi olan – maksimal hiqroskopikliyinin təyini buna əsaslanır. Maksimal 
hiqroskopiklik torpaq hissəciklərinin səthinin hidrofillik səviyyəsindən və torpağın ümumi səthindən asılıdır. 
Torpağın müxtəlif toksiki qazları, buxarlanmaya qabil pestisidləri, məsələn, heksaxloran, civə  və onun 
birləşmələrini udması haqqında da məlumat vardır. Bu proseslər torpaqda bir çox toksikantların davranışında 
əhəmiyətli rol oynayır. 
 
§ 31. Uduculuq xassəsi və onun torpağın genezisi və münbitliyində rolu 
 
Sorbsion proseslərin torpağın genezisi ilə  əlaqəsi olduqca müxtəlifdir. Torpaquducu kompleksi, onun 
tərkibi, xassələri və səciyyəvi xüsusiyyətləri torpağa ana süxurdan keçir. Burada ana süxurun qranulometrik və 
mineraloji tərkibi  əhəmiyyətli rol oynasa da, TUK formalaşmasında  əsas rol torpaqəmələgəlmə prosesinə 
məxsusdur. Yuxarıda qeyd edildiyi kimi, torpaq kolloidlərinin səthi üzərində torpaqəmələgəlmə prosesinin 
məhsulu olan spesifik humus və mineral – humus birləşmələri formalaşmışdır. Humusun sorbsion bərkiməsi 
təkcə torpaq hissəciklərinin spesifik səthinin formalaşmasında deyil, həmçinin humusun özünün sabitləşməsində 
və müxtəlif torpaqlarda differensiasiya olunmuş humuslu profilin yaranmasında böyük rol oynayır. 
Udma prosesi bütün maddələrin torpaq profili boyunca diferensiasiyasında  əhəmiyyətli rol oynayır. 
Sorbsiyaların müxtəlif mexanizmləri yuma rejimi olan torpaqlarda illüvial horizontların formalaşmasında iştirak 
edir. 
Torpaq kolloidlərinin xassələrinin, həmçinin torpağın fiziki və fiziki-mexaniki xassələrinin 
formalaşmasında sorbsiyanın böyük əhəmiyyəti vardır. Məlumdur ki, üzvi maddələrin sorbsiyası  nəticəsində 
torpaq kolloidlərinin hidrofilliyi dəyişir. Mübadilə olunan kationların tərkibinin dəyişməsi TUK tərkibində 
qələvi metal ionlarının artması ilə kolloidlərin peptizasiyasının artmasına gətirib çıxarır və ya əksinə, TUK 
tərkibində iki və üç valentli kationların artması ilə onların koaqulyasiyasının artmasına səbəb olur. Torpaq 

 
95
kolloidlərinin vəziyyəti və xassələri, öz növbəsində aqreqatəmələgəlməyə, məsaməliyə, torpağın sıxlığına, 
həmçinin onun fiziki-mexaniki xassələrinə, o cümlədən yapışqanlığına, plastikliyinə və s. təsir göstərir. 
Udma prosesləri torpağın mikromorfoloji əlamətlərinin formalaşmasında  əhəmiyyətli rol oynaya bilər. 
Məsələn, gilli plazmanın toplanması mexaniki udma və adgeziya proseslərinin inkişafı ilə əlaqədardır. 
Torpağın kökyayılan qatında mineral qida elementlərinin bağlanmasında sorbsion proseslərin böyük 
əhəmiyyəti vardır. Sorbsiya sayəsində bu elementlər torpaq horizontlarından fəal yuyulmurlar, əksinə, 
akkumulyasiya olur və bitkilər tərəfindən mənimsənilirlər. 
Beləliklə, sorbsion proseslər biofil elementlərin və humusun torpaqda akkumulyasiyasına, onun kimyəvi
fiziki-kimyəvi, fiziki və fiziki-mexaniki xassələrinin formalaşmasına təsir etməklə, torpaq münbitliyində 
müstəsna rol oynayır. 
Torpaqdan kənd təsərrüfatında intensiv istifadə  şəraitində sorbsion proseslərin rolu və onların 
tənzimlənməsi yüksəlir. Məhz sorbsion proseslər bir çox hallarda gübrələrin, kimyəvi meliorantların, 
pestisidlərin torpaqla qarşılıqlı təsirinin xarakterini müəyyən edir. 
Münbit torpaqlar, onların sorbsion xassələrini müəyyən edən bəzi orta ölçülü göstəricilərlə 
səciyyələnməlidir. Sorbsion xassələri zəif ifadə olunmuş torpaqlar (qumlu və qumsal torpaqlar) mineral 
gübrələrin, pestisid və başqa maddələrin xeyli hissəsini faydasız  şəkildə itirir ki, bu da qrunt suyunun 
arzuolunmaz çirklənməsinə  və kimyəvi vasitələrin səmərəliliyinin itirilməsinə  gətirib çıxarır. Qumsal 
torpaqların uduculuq xassəsini artırmaqdan ötrü onların gilliləşdirilməsi, torpaqlara üzvi gübrələr verməklə üzvi 
maddələrlə  zənginləşdirilməsi, sideratlardan istifadə  və  əkin dövriyyəsində çoxillik otlardan istifadə kimi 
vasitələrdən istifadə edilir. 
Sorbsion xassələri güclü ifadə olunmuş torpaqlar da kimyəvi maddələrlə qarşılıqlı təsirdə əlverişsiz şəraiti 
ilə səciyyələnir. Maddələrin tam və bərk bağlanması sayəsində onların səmərəsi aşağı olur. Torpaq tərəfindən 
maddələrin sorbsion bərkidilməsini aşağı salmaqdan ötrü onun tərkibinə sorbsion olmayan maddələr, məsələn, 
qum qatılmalıdır. 
Torpağın münbitliyi üçün mübadilə olunan əsasların tərkibinin böyük əhəmiyyəti vardır. Mübadilə olunan 
əsasların tərkibi, ilk növbədə torpaqların qələviliyini və turşuluğunu müəyyən edir. Torpaq məhlulunun 
reaksiyasından (pH), su və duz çəkimindən asılı olaraq torpağın turşuluq və qələviliyinin aşağıdakı səviyyələri 
fərqləndirilir (cədvəl 26). 
 
Cədvəl 26 
 
Torpaqların qələvilik və turşuluğunun səviyyələri 
 
pH 
Qələviliyin və ya 
turşuluğun 
səviyyəsi 
Torpaqlar 
 
1 2 

< 4,5 
Şiddətli turş 
Bataqlı, bataqlı-podzollu, podzollu, 
qırmızı, tropik 
4,6-5,0 Turş 
Podzollu, çimli-podzollu, qırmızı, sarı, 
tropik 
5,1-5,5 Zəif turş » 
5,6-6,0 Neytrala 
yaxın 
Mədəniləşdirilmiş çimli—podzollu və 
qırmızı, boz meşə 
6,1-7,1 Neytral 
Boz-meşə, qara 
7,2-7,5 Zəif qələvi Cənub qaratorpaqlar, şabalıdı, boz  
7,6-8,5 Qələvi 
Şorakətlər, şoranlar 
>8,5 
Şiddətli qələvi Sodalı şorakətlər, şoranlar 
 
İzafi turşuluğu və ya izafi qələviliyi aradan qaldırmaqdan və torpağın fiziki xassələrini yaxşılaşdırmaqdan 
ötrü mübadilə olunan kationların tərkibini dəyişmək tələb olunur ki, bu da kimyəvi meliorasiya – turş torpaqların 
əhəngləşdirmək, qələvi torpaqları gipsləşdirmək və turşulaşdırmaq vasitəsilə həyata keçirilir. 
Əhəngin dozası hidrolotik turşuluğa görə hesablanır, yəni torpağa daxil edilmiş  əhəngin dozası udulmuş 
hidrogen və alüminiumun tam neytrallaşdırılmasına kifayət etməlidir: 
 
            H 
TUK │  + 2CaCO
3
 +H
2
O → TUK │2 Ca +Al(OH)
3
 +2CO
2
 ↑ 
           Al 

 
96
 
Müəyyən qranulometrik tərkibə malik torpağın hidrolitik turşuluğu ilə pH su çəkimi arasında nisbi dəqiq 
korrelyativ əlaqə olduğundan, hidrolitik turşuluğun hesablanmasına əl atmadan, yalnız pH su çəkimi əsasında 
əhəng dozasını hesablamağa imkan verən xüsusi cədvəl hazırlanmışdır (cədvəl 27) 
 
Cədvəl 27 
 
Torpağın pH və qranulometrik tərkibindən asılı olaraq əhəngin dozası, t/ha (Pannikov, Mineyev, 
1977) 
 
Qranulometrik tərkib 
pH su çəkimi 
4,5  4,6 4,8 5,0 5,2 5,4-5,5 
 

2  3 4 5 6  7 
Qumlu 
 
2,5  2,1 1,6 1,3 1,0 0,7-0,5 
Qumsal 
 
3,5  3,0 2,5 2,0 1,5 1,2-1,0 
Yüngül gillicəli 
4,5  4,0 3,5 3,0 2,5  2,0 
Orta gillicəli 
5,5  5,0 4,5 4,0 3,5  3,0 
Ağır gillicəli 
7,0  6,5 6,0 5,5 5,0  4,5 
Gilli 
 
8,0  7,5 7,0 6,5 6,0  5,5 
 
Qələvi şorlaşmış torpaqlar üçün kimyəvi meliorantların dozası hesablanarkən müxtəlif metodlardan istifadə 
olunur. Bu metodlardan birinə görə meliorantın dozası udulmuş Na
+
 -u Ca

ilə  əvəz etməli və izafi qələviliyi 
neytrallaşdırmalıdır: 
 
           Na 
TUK │    + CaSO
4
 ↔ TUK │Ca + Na
2
SO
4

           Na 
Na
2
CO
3
 + CaSO
4
 ↔ CaCO
3
 + Na
2
SO
4
 
 
Natriumun əmələ gəlmiş həllolan duzları isə torpaqların yuyulması vasitəsilə profildən kənarlaşdırılır.  
Turş və qələvi torpaqların kimyəvi meliorasiyasının təcrübəsi bu metodların yüksək aqronomik səmərəsini 
təsdiq etmişdir. 
 
IX FƏSİL. TORPAĞIN STRUKTURU 
 
Torpağın qranulometrik elementləri ayrı-ayrılıqda və ya müxtəlif səbəblərdən müxtəlif forma və ölçülü 
struktur elementlərdə (aqreqatlarda, parçalarda, kəsəklərdə) birləşmiş şəkildə ola bilər. 
Torpağın aqreqatlara ayrılmaq, parçalanmaq qabiliyyəti strukturluğu, müxtəlif ölçülü, forma və keyfiyyət 
tərkibli aqreqatların məcmusu  isə torpağın strukturu adlanır. 
Qumlu və qumsal torpaqlarda qranulometrik elementlər ayrı-ayrılıqda mövcud olur. Gilli və gillicəli 
torpaqlar strukturlu və struktursuz və ya az strukturlu olur. 
Əkinçilik praktikasında torpağın strukturunun onun fiziki xassələrinə, becərilmə şəraitinə, su-hava rejiminə və 
bütövlükdə torpağın münbitliyinə və bitkilərin inkişafına təsiri qədimlərdən müşahidə edilmişdir. V.V.Dokuçayevin, 
xüsusən də P.A.Kostıçevin  əsərlərində torpağın aqronomik xassələrinin formalaşmasında onun xüsusi rolu qeyd 
edilmişdir. Torpağın münbitliyində strukturun oynadığı rol V.R.Vilyams tərəfindən daha ətraflı öyrənilmişdir. Bu 
məsələ, həmçinin strukturəmələgəlmə  nəzəriyyəsi K.K.Hedroys, A.Q.Doyarenko, İ.N.Antipov-Karatayev, 
N.A.Kaçinskiy, N.İ.Savvinov, P.V.Verşinina, A.F.Tyulin, D.V.Xan, E.Rassel, R.Məmmədov və başqalarının tədqi-
qatlarında inkişaf etdirilmişdir. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin