1.2 Yanğın Təhlükəsizliyi təmin edilərkən Qaydalarla bərabər, standartlar, tikinti norma və qaydaları, texnoloji layihələşdirmə normaları, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş digər normativ sənədlər rəhbər tutulmalıdır.
1.3 Hər bir müəssisədə yanğın zamanı insanların təhlükəsizliyi təmin edilməli, həmçinin həmin obyekt üçün yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır.
1.4 Müəssisələrin bütün işçiləri, yalnız yanğına qarşı ilkin təlimatlandırıldıqdan sonra işə buraxılmalıdırlar. İşin xüsusiyyəti dəyişdikdə isə müəssisənin rəhbəri tərəfindən müəyyən edilmiş qaydada baş vermiş mümkün yanğınlar barəsində xəbər verilməsi və söndürülməsi üsulların öyrədilməsi üzrə əlavə təlimat keçməlidirlər. Hər bir vəzifəli şəxs, mühəndis-texniki heyət və fəhlə ilkin və sonrakı (ildə bir dəfədən az olmayaraq) yanğına qarşı təlimatlandırılaraq, bu haqda xüsusi Yanğına qarşı təlimatlandırma jurnalında imza etməlidirlər.