3. Ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri.
3.1. Yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina, tikililər və açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri, həmçinin yaşayış evlərinə bitişik bağ, eləcə də digər tikililərin əraziləri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Yanar tullantıları, zibilləri və. s. xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb, sonra isə atmaq lazımdır.
3.2. Binaların, tikililərin və qurğuların aralarında olan yanğına qarşı ara məsafələrində, malların yığılmasına, avtomobillərin dayanacaq kimi istifadə edilməsinə, bina və qurğuların (qurulmasına) tikilməsinə icazə verilmir.
3.3. Binalara, qurğulara, açıq anbarlara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə, stasionar yanğın nərdivanlarına və yanğın invertarları saxlanılan yerlərə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin, girişlərin tutulmasına qəti yol verilməməlidir.
3.4. Müvəqqəti tikintilər digər bina və tikililərdən 15 m-dən çox məsafədə (digər normalara görə yanğına qarşı aranın çox olması tələbi hallarından başqa) və ya yanğına qarşı divarların yanında yerləşdirilməlidir.
3.5. Anbarlarda, bazalarda, taxıl və pambıq qəbulu, saxlanma və emalı müəssisələrində, ticarət obyektlərində, asan alışan mayelər ( AAM ),yanar mayelər (YM ) və yanar qazlar ( YQ ) çıxarılan, emal edilən və saxlanılan, bütün növ partlayıcı maddələr istehsal olunan ərazi və otaqlarda, yanğın və partlayış təhlükəli sahələrdə, eləcə də müəssisələrin siqaret çəkmək üçün ayrılmamış yerlərində, məktəbəqədər uşaq müəssisələrində, arxiv, muzey, teatr-tamaşa müəssisələrində, məktəblərdə, yetişmiş dənli və texniki bitkilərin zəmilərində siqaret çəkməyə icazə verilmir.
3.6. Bina və qurğuların aralarındakı layihə normalan ilə təyin edilmiş yanğına qarşı ara məsafələrində, bina və qurğulara 50 metrdən yaxın olmamaq şərti ilə tonqalların qalanmasına, tullantıların və boş qabların (tarların) yandırılmasına icazə verilir. Tullantıların və boş qabların (taraların) xüsusi ayrılmış yerdə yandırılması, xidmətçi heyətin nəzarəti altında həyata keçirilməlidir.
3.7. Yanğına qarşı su mənbələrinin, çol (xarici) yanğın nərdivanlarının, bina və tikililərin girişlərinin tez tapılması üçün müəssisələrin, bazaların, anbarların və digər obyektlərin əraziləri gecə vaxtı işıqlandırılmalıdır.
3.8. Obyektdaxili dəmir yollarından keçən yol və keçidlər yanğın avtomobillərinin keçməsi üçün boş olmalıdırlar və keçən yollar relslərin başlıqları səviyyəsində bütöv döşənəklə örtülməlidirlər.
3.9. Yaşayış evlərinin, meşələrin, bağların, ictimai və mülki binaların ərazilərindəki açıq meydança və həyətlərdə AAM və YM olan qabları, həmçinin sıxılmış və mayeləşdirilmiş qazla dolu olan balonları saxlamağa icazə verilmir.
3.10. İynəyarpaqlı meşə massivlərində yerləşmiş hər bir obyektin ərazisi perimetr boyu eni 3 m-dən az olmayan qoruyucu minerallaşdırılmış zolaqla təmin edilməlidir.
3.11. Kənd yaşayış məntəqələrində, orada yerləşən ictimai, məişət, istehsalat və digər obyektlər yanğından mühafizə normalarına uyğun olaraq yanğın texnikası və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidirlər.
3.12. Yaşayış məntəqələrinin və müəssisələrin ərazilərində yanar tullantılardan ibarət zibilliklərin yığılmasına icazə verilmir.