4.13. Maye yanacaqla işləyən qızdırıcı cihazlarını benzin ilə doldurulmasına icazə verilmir.
4.14. Tamaşa, yeməkxana, sərgi, ticarət zallarında (otaqlarında), tribunalarda və eləcədə kütləvi insan toplaşan digər otaqlarda adamların sayı köçürmə yollarının buraxma qabiliyyətindən asılı olaraq, müəyyən hesabdan və ya layihələşdirmə normalan ilə təyin edilmiş miqdardan çox olmamalıdır.
Hesabat üçün layihə normalarının göstəriciləri olmadıqda, zaldan insanların köçürməsinin təmin olunması vaxtını 2 dəqiqə, bir iştirakçıya düşən sahə isə 0,75 kv.m. qəbul etmək lazımdır.
4.15. Müxtəlif yağların silinməsi üçün istifadə olunmuş silgi materiallarının yığılması üçün qapaqla kip bağlanan metal qutu quraşdırılması vacibdir.
Növbə qurtaran zaman qutu otaqdan çıxarılmalıdır.
4.16. Yağla, lakla, rənglə və digər asan alışan və yanar mayelərlə işləyən şəxslərin paltarları bu məqsədlə xüsusi ayrılmış yerlərdə quraşdırmaları metal
şkaflarda asılmış vəziyyətdə saxlanılmalıdır.
4.17. Yeni il şənlikləri keçirilən və adamların kütləvi şəkildə iştirak etdiyi digər tədbirlərdə:
- iki köçürmə çıxışı olan, layihə normalarına cavab verən, pəncərələrində barmaqcıqlar olmayan, ikinci mərtəbədən yuxanda yerləşməyən, yanar mərtəbəara örtüyü olan binalardan istifadə etməyə icazə verilir;
- yolka bərk dayaqlar üzərində elə quraşdırılmalıdır ki, onun budaqlan tavana və divarlara toxunmasın;
- elektrik işıqlandırma sistemi olmayan otaqlarda “Yeni İl” yalnız sutkanın işıqlı vaxtında keçirilməlidir;
- çil-çıraqların bəzədilməsi, müvafiq qaydaların tələblərinə əsasən yerinə yetirilməlidir;
- elektrik şəbəkəsində gərginliyi azaldan transformatorlardan istifadə olunmadığı zaman, çil-çıraqların bəzədilərək 12 Volta qədər gərginlikdən və 25 voltdan çox olmayan lampalardan istifadə olunmalıdır;
- çil-çıraqlarda nasazlıq (məftillərin qızması, lampaların yanıb sönməsi, qığılcım olması və s.) aşkar olunduqda onu elektrik şəbəkəsindən tez bir zamanda ayırmaq lazımdır;
Aşağıdakılar qadağan olunur:
- qövs şəkilli projektorlardan, şamlardan istifadə etmək, atəşfəşanlıq, yanğın təhlükəli effekt verən yanğına səbəb olan amillərdən istifadə etmək;
- sellüloid oyuncaqlarla, eləcə də oddan mühafizə tərkibi ilə hopdurulmamış tənzif və pambıqla yolkanın bəzədilməsi;
- uşaqlara asan yanan materiallardan tikilmiş kostyumlar geyindirmək;
- odlu, rəngləmə və digər yanğın-partlayış təhlükəli işlərin aparılması;
- sıralar arasındakı keçidin enini azaltmaq, keçidlərdə əlavə kresloların, stulların qoyulması və s.
- səhnəcik və tamaşa vaxtı otaqlarda işıqların tam söndürülməsi;
- otaqlara normadan artıq nəzərdə tutulmuş adamların toplaşması.
Tədbirlərin aparılması zamanı səhnədə və tamaşa zalının otaqlarında məsul şəxslərdən ibarət növbətçilər təşkil edilməlidir.
Dostları ilə paylaş: |