Qeydiyyat №2693 “31” may 2001-ci IL


Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi



Yüklə 41,72 Kb.
səhifə9/17
tarix14.02.2022
ölçüsü41,72 Kb.
#52531
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
YTQ

4. Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi

tələbləri.

4.1. Hər bir istehsalat və anbar otaqlarının ( xarici qurğuların), yanğın və partlayış təhlükəsi kateqoriyalarından asılı olaraq, istehsalat kateqoriyaları, müvafiq qaydalarının tələblərinə, əsasən, zona və sinifləri təyin edilməlidir, qapılarına onları göstərən xüsusi lövhəciklər asılmalıdır. Yüksək yanğın təhlükəsinə malik olan avadanlığın yanında standart işarələr (anşlaqlar, təhlükəsizlik lövhəcikləri) asılmalıdır.

Yanğın xasiyyətnamələri öyrənilməmiş material və maddələrin, eləcə də, yanğın-partlayış təhlükəsinə dair göstəriciləri və ya sertifikatları olmayan material və maddələrin istehsal proseslərində istifadəsinə, həmçinin onların digər material və maddələrlə birlikdə saxlanılmasına icazə verilmir.



4.2. Otaqların, binaların və tikililərin yanğına qarşı sistem və qurğuları (tüstüyə qarşı qoruma, yanğın avtomatik qurğuları, yanğına qarşı su təchizatı sistemləri, yanğına qarşı qapılar, klapanlar, yanğına qarşı divar və üst örtüklərindəki digər qoruyucu qurğular və s.) daima saz vəziyyətdə saxlanılmalıdır.

Qapıların öz-özünə bağlanması üçün qurğular saz vəziyyətdə olmalıdırlar. Yanğına qarşı və ya tüstüyə qarşı qapıların(qurğuların) normal bağlanmasına mane olan hər hansı bir cihazların quraşdırılmasına icazə verilmir.



4.3. Yanğınla nəticələnə bilən nasaz qurğu, dəzgah və avadanlıqlardan istifadə edilməsinə icazə verilmir. Eləcə də təyin edilmiş texnoloji rejimə, hərarətə, təzyiqə və digər təhlükəsizlik parametrlərinə nəzarəti təmin edən nəzarət ölçü və texnoloji avtomatik cihazları söndürülmüş vəziyyətdə olduqda, onların işləməsinə (istismarına) icazə verilmir.

4.4. Tikinti konstruksiyaların, yanar bəzək və istilik keçirməyən materialların, metal sütunların və qurğuların, avadanlıqların və digər konstruktiv elementlərin oddan qoruyucu örtüklərinin (suvaq qatının, xüsusi boya, lak, şirələnmiş qatın və sair oddan qoruyucu xassələrinin yox olması və ya pisləşməsi daxil olmaqla) pozulması hallan dərhal aradan qaldırılmalıdır.

Mövcud normativ tələblərə əsasən odadavamlı məhlulla hopdurulmuş taxta konstruksiyalı elementlər və parçalar müddəti keçdikdən sonra və öz hopdurulma keyfiyyətini itirdikdən sonra yenidən eyni məhlulla hopdurulmalıdırlar.

Hopdurulmuş konstruktiv elementlərin və parçaların yanğına qarşı vəziyyəti ildə iki dəfədən az olmayaraq yoxlanılmalıdır.

4.5. Yanğına qarşı divarların, üst örtüklərinin və çəpərləmə konstruksiyalarının müxtəlif mühəndis və texnoloji kommunikasiyalarla kəsişdikləri yerlərdə əmələ gəlmiş dəlik və yarıqlar (aralar), tələb olunan odadavamlılığı, tüstü və qaz keçirməyən yanmayan tikinti qarışığı (məhlulu) və ya digər materiallarla tutulmalıdır.

4.6. Otaqlar yenidən planlaşdırmadıqda, onların təyinatı dəyişildikdə və ya yeni texnoloji avadanlıqlarla təmin edildikdə, qüvvədə olan tikinti və texnoloji layihələşdirmə normalarının yanğına qarşı tələblərinə riayət olunmalıdır.

Otaqları icarəyə götürdükdə, həmin binanın təyinatı üçün yanğına qarşı tələblər icarədarlar tərəfindən yerinə yetirilməlidir.



4.7. Kütləvi insanlar toplaşan müəssisələr, (teatrlar, muzeylər və s. ) həmçinin yanğın potensialı yüksək olan neft emalı, ağac emalı, kimya sənayesi və s. müəssisələrin yaxınlıqdakı yanğından mühafizə orqanının rabitə məntəqəsi ilə birbaşa telefon əlaqəsi olmalıdır.

4.8. Müəssisələrin, binaların və tikililərin otaqlarında aşağıdakılar qadağandır:

-         mövcud normativ sənədlərlə əvvəlcədən şərtləşdirilmiş hallar istisna olmaqla, zirzəmilərdə və kürsü mərtəbələrində AAM, YM və bantın saxlanılması;

-         partlayıcı maddələr, qazla dolu balonlar, qablaşdırılmış aerozol mallar, sellüloid və digər partlayış-yanğın təhlükəli maddə və materialların saxlanılması və istifadəsi;

-         çardaqlarda, texniki mərtəbələrdə, ventkameralarda və digər texniki otaqların istehsalat sahələrində, emalatxanalar təşkil etmək, həmçinin qeyd edilən yerlərdə məhsulun, avadanlığın, mebelin və digər əşyaların saxlanılmasına yol vermək;

-    lift xollarında, boşluqlarında, anbarlar, köşklər, dükanlar və s. yerləşdirmək;

-         əgər onlara giriş ümumi pilləkən qəfəsindən təyin edilməyibsə, orada yanar materiallar anbar və emalatxanalar təşkil etmək, həmçinin zirzəmi və kürsü mərtəbələrdə başqa təsərrüfat otaqları yerləşdirmək;

-         eyvanlardakı və lojalardakı layihə ilə nəzərdə tutulmuş qapı və lyükları çıxarmaq, eləcə də qonşu seksiyalara gedən keçidləri və bayır nərdivanlarına çıxışları mebellə, avadanlıqla və digər əşyalarla tutmaq;

-         otaqların yığışdırılmasında və paltarların yuyulmasında benzindən, ağ neftdən və digər AAM və YM istifadə etmək, həmçinin donmuş boruları lehimləmə lampalarından və ya digər üsullarla açıq alovdan istifadə etməklə qızdırmaq;

-         iş yerini yağlı sürtgü materiallardan təmizlənməmiş saxlamaq;

-         müəyyən olunmuş, təsdiq edilmiş norma və qaydalarda nəzərə alınmış hallar istisna olmaqla pəncərələrdə bütöv barmaqcıqlı qəfəslər quraşdırmaq;

-         yanğın baş verməsində təhlükəsizlik zonalarına aid olan lojaların və eyvanların şüşələnməsi;

-         pilləkən qəfəslərində və dəhlizlərdə anbarlar (kiçik anbarlar) yaratmaq, həmçinin pilləkənin iki səki arasında olan hissəsinin altından və onların meydançalarında əşyalar, mebellər və digər yanar materiallar (birinci və kürsülü mərtəbələrindəki pilləkənin iki səki arasında olan hissənin altında ancaq yanmayan materialdan olan arakəsmələrlə çəpərlənmiş mərkəzi isitmənin idarəedilmə qovşaqları, su ölçən qovşaqlar və elektrik lövhələri qorumağa icazə verilir) saxlamaq;

-         binaların istehsalat və anbar otaqlarında (5 dərəcəli odadavamlı binalardan başqa) yanan və çətin yanar material və metal lövhəciklərdən antresollar, kontorlar və digər otaqlar inşa etmək və ya qurumaq;

4.9. Bina və tikililərin damlarındakı (örtüklərindəki) xarici (çöl) yanğın nərdivanları və sipərlər saz vəziyyətdə saxlanılmalı və ildə iki dəfədən az olmayaraq möhkəmliyi yoxlanılmalıdır.

4.10. Bir köçürmə çıxışı olan otaqlarda iştirakçıların sayı 50 nəfərdən çox olmayan tədbirlərin keçirilməsinə icazə verilir.

Kütləvi şəkildə insan (50 və daha çox) toplaşan, 4 və 5 odadavamlılıq dərəcəsi olan binalarda tədbirlərin aparılmasına yalnız birinci mərtəbədə icazə verilir.



4.11. Damın, texniki mərtəbələrin və zirzəmilərin pəncərələri şüşələnməlidir, qapılan isə bağlı vəziyyətdə olmalıdır. Qapıların üstündə açarın harada saxlanıldığı göstərilməlidir.

Bina və tikililərin zirzəmi və yarımzirzəmilərinin xaricdən işıqlanması üçün nəzərdə tutulmuş qapı və pəncərə qarşısındakı oymaqlar, boşluqlar (çuxurlar) mütamadi olaraq yanar zibildən təmizlənməlidir. Həmin pəncərə oymaqlarının birdəfəlik bağlanmasına icazə verilmir.



4.12. Ağ neft ilə yanan divar lampalarının (fonarlarının) metaldan mühafizə qapağı olmaqla möhkəm bərkidilməklə tavandan asılmalıdır. Lampanın və ya fonarın mühafizə qapağı ilə tavanın yanar (çətin yanan) konstruksiyaları arasındakı məsafə 70-sm-dən və yanmayan divarlardan isə 20 sm-dən az olmamalıdır.

Ağ neft ilə yanan divar lampaları (fonarlar) metal işıq qaytarıcıları olmaqla divara möhkəm bərkidilməlidir. Fonarların və stolüstü ağ neft lampalarının qoyulduğu yer möhkəm olmalıdır.




Yüklə 41,72 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin