1.5 Ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir.
1.6 Yanğın Təhlükəsizliyi Qaydalarının tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar.
1.7 Hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə sahib olmağa, ondan istifadə etməyə və ya onu idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəsizliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər yanğın təhlükəsizliyi qaydalarının, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə dövlət yanğın nəzarəti orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər.
1.8. Nazirliklər, idarələr, komitələr, digər mərkəzi idarə etmə orqanları və icra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
1.8.1. Tabelikdə olan müəssisələrdə və müvafiq ərazilərdə yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil edərək yerinə yetirilməsini təmin etmək;
1.8.2. Müəyyənləşdirilmiş qayda normalara uyğun olaraq müvafiq büdcələrin vəsaiti hesabına maliyyələşdirilən yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq;