Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


) Həyat fəaliyyəti proseslərinin sinir və humoral tənzimi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə2/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   2   3   4   5   6   7   8   9   ...   92
 
 
2.Qida fiziologiyasi kursunun predmeti və vəzifələri 
Əhalinin  zəruri  qida  məhsulları  ilə  təmin  edilməsi  və  normal  (rasional) 
qidalanmasının  təşkili  məsələsi  bəşəriyyət  qarşısında  duran  ən  vacib  və  daimi 
problemlərdəndir.  Hər  bir  ölkə  və  dövlət  üçün  bu  mühüm  siyasi-ictimai,  iqtisadi, 
elmi  və  tibbi  əhəmiyyət  kəsb  edən  nəhəng  praktiki  məsələdir.  Qida  məhsullarının 
əldə  edilməsi  və  qidaya  olan  tələbatın  ödənilməsi  həm  də  hər  bir  konkret  insan 
fərdini daim qayğılandıran şəxsi problem kimi mövcuddur. 
Ümumiyyətlə,  qidalanma  canlı  orqanizmin  böyümə  və  inkişafı,  həyat 
fəaliyyəti,  mövcudluğu  və  artımı  kimi  əzəli  funksiyaların  həyata  keçməsi  üçün  ən 
vacib  olan  bioloji  xassə  (fizioloji),  motiv  və  tələbat  kimi  xüsusi  əhəmiyyət  kəsb 
edir.  İnsan  və  digər  canlıların  qidalanması  mürəkkəb  bir  prosesdir.  Qidanın  əsas 
mənbəyi  təbiətdir.  Qida  məhsullarının  istehsal  potensialı  bir  sıra  inkişaf  etmiş 
ölkələrin  iqtisadiyyatının,  kənd  təsərrüfatı  və  sənayesinin  mühüm  tərkib 
hissələrindəndir.  Bəzi  ölkələrdə  güclü  qida  sənayesi  kompleksləri  fəaliyyət 
göstərir. Bizim ölkəmizdə isə bu iş hələlik özünün inkişaf mərhələsindədir. 
Ərzaq  məhsullarının  təbii  ehtiyatlarının  qorunub  saxlanması  və  onların 
ümumi  miqdarının  daim  artırılması,  yeni-yeni  qida  mənbələrinin  aşkara 
çıxarılması,  süni  qidaların  əldə  edilməsi  cəmiyyətin  gələcək  həyatı  və  tərəqqisi 
üçün mühüm şərtlərdən biridir. 
İnsanda  qida  davranışı  ardıcıl  olaraq  həyata  keçən  bir  sıra  mürəkkəb 
motivlənmiş,  psixo-emosional  fonda  cərəyan  edən  reaksiyalar  və  hərəkətlər 
silsiləsindəndir.  Bu  fizioloji  proses  öz  mahiyyəti  etibarilə  digər  həyat 
proseslərindən  fərqlidir.  Ona  görə  də  fiziologiya  elmində  qidalanmanın  təbii 
əsaslarının  və  onu  həyata  keçirən  bioloji  mexanizmlərin  öyrənilməsinə  həmişə 
böyük maraq göstərilmişdir. Qidalanma və onun rasional təşkili insanın sağlamlığı 
üçün  vacib  şərtlərdən  biri  olduğuna  görə  səhiyyə  və  tibb  aləmində  bu  məsələlər 


 

 
daim  diqqət  mərkəzində  olmuşdur.  Son  dövrlərdə  qida  fiziologiyası,  kütləvi 
qidalanmanın  gigiyenası  və  sanitariyası,  ərzaq  məhsullarının  əmtəəşünaslığı,  iaşə 
məhsullarının texnologiyası, qida gigiyenası kimi elmi və tətbiqi xarakterli sahələr 
formalaşmışdır. Qida fiziologiyası bir fənn kimi müvafiq ixtisaslı ali və orta ixtisas 
məktəblərində tədris edilir. 
Qida fıziologiyası ümumi fıziologiyanın sürətlə inkişaf edən, böyük nəzəri və 
praktik əhəmiyyəti olan sahələrindən biridir. Fiziologiya orqanizmin, onun  üzv  və 
sistemlərinin  həyat  fəaliyyəti  proseslərini  və  funksiyalarını,  onlarm  bir-biri  ilə  və 
xarici mühitlə qarşılıqlı əlaqə və təsirlərini öyrənən elmdir. 
Qida  fıziologiyası  orqanizm  tərəfındən  qida  maddələrinin  qəbulu,  həzm 
zamanı sorulması, quruluş (struktur) elementlərinə və enerji mənbəyinə çevrilməsi 
proseslərini  öyrənir.  Bu  elmin  əsas  vəzifəsi  orqanizmin  qida  maddələrinə  olan 
gündəlik  tələbatları,  qidanın  normal  həzmi  və  sorulması  şəraiti,  hüceyrələr 
səviyyəsində  mənimsənilməsi  yolları  və  dərəcəsi,  qida  rasionlarınm  fızioloji 
əhəmiyyəti, qida çatışmamazlıqları zamanı baş verən dəyişikliklər kimi  məsələləri 
təcrübi (eksperimental) və nəzəri olaraq araşdırmaqdan ibarətdir. 
Qida  maddələri  və  insanın  bu  maddələrə  olan  ehtiyacı  haqqında  əsas 
təsəvvürlər  mövcud  tarazlaşdırılmış  (balanslaşdırılmış)  qidalanma  təlimi 
(konsepsiyası)  ətrafında  cəmləşir.  Bu  təlimin  əsas  prinsipi  qida  məhsullarında 
fızioioji  cəhətdən  tam  dəyərli  olan  qida  maddələrinin  müəyyən  və  zəruri 
nisbətlərinin  saxlanması  əsasında  rasional  qidalanmanın  təşkili  məsələsidir. 
Əhalinin  rasional  qidalanmasmın  vəziyyəti  cəmiyyətin  sosial,  iqtisadi  və  tibbi 
problemləri  və  onların  həlli  səviyyəsi  ilə  bilavasitə  bağlı  məsələdir.  Qida 
fiziologiyası  sahəsində  aparılan  araşdırmalar  və  əldə  edilən  hazırki  nailiyyətlər 
kütləvi  qidalanmanın  (ictimai  iaşənin)  təşkili  və  fəaliyyəti  kimi  mühüm  bir  sosial 
problemin qoyuluşu və həllinə bilavasitə təsir göstərir. 
Qida  məhsullarının  kimyəvi  tərkibi,  onların  gündəlik  qəbulu  normaları, 
qidalanma rejimi, qarşılıqlı olaraq əvəz edilə bilən qida məhsulları və maddələrinin 
düzgün  müəyyənləşdirilməsi  və  seçilməsi,  qidanın  hazırlanmasının  mütərəqqi 


 

 
texnologiyalarının  tətbiqi  məsələləri  də  qida  fıziologiyası  elminin  diqqət 
mərkəzində durur. 
Qidalanma  və  onun  bioloji  əhəmiyyəti,  qidanın  kimyəvi  və  ya  mikrobioloji 
təhlükəsizliyi,  qidalanmanın  gigiyenası  və  sanitariyası,  qida  sənayesinin  və  iaşə 
müəssisələrinin  texnoloji  bazası,  əhalinin  qida  məhsullarına  olan  ehtiyaclarının 
vaxtlı-vaxtında  ödənilməsi  ilə  əlaqədar  biliklərdən,  qida  sənayesi  və  iaşə 
müəssisələri işçilərinin sahələrdə peşə hazırlığı kimi əldə edilmiş nailiyyətlərindən 
çox  asılıdır.  Qida  fiziologiyasının  elmi  araşdırmaları  və  tövsiyyələri  qida 
məhsullarının  istehsalı  və  yenidən  emalına,  onların  tərkibində  qidalı  və  digər 
faydalı maddələrin qorunub saxlanılması məsələlərinin həllinə kömək edir. Bu həm 
də rasional qidalanmanın düzgün təşkili üçün əhəmiyyət kəsb edir. 
Rasional  qidalanma,  düzgün  təşkil  edilmiş  elə  qidalanmadır  ki,  qəbul  edilən 
hazır  məhsullarda  qida  maddələrinin  insan  orqanizminin  fızioloji  tələbatlarına 
uyğunluğunu təmin etməklə yanaşı, eyni zamanda onların mənimsənilməsi və sərf 
edilməsi prosesləri arasında müəyyən tarazlığın olmasını və orqanizmin böyümə və 
inkişafı  ilə  əlaqədar  olaraq,  qidaya  olan  əlavə  ehtiyaclarının  ödənilməsini  nəzərdə 
tutur.  Rasional  qidalanma  insan  həyatının  yaş,  peşə,  istehsalat,  iqlim,  coğrafı 
mühit, məişət və fərdi xüsusiyyətlərinə müvafıq olaraq qurulmalıdır. Qidalanmanın 
bioloji  (fızioloji)  rolu  onun  tibbi  aspektləri  baxımından  da  qiymətləndirilməlidir. 
İnsanın  sağlamlığına,  ömrünə,  əmək  qabiliyyətinə  və  xarici  mühitin  əlverişsiz 
amillərinə  uyğunlaşmasına,  adaptasiyasına  təsiri  məsələsi  isə  qida  fıziologiyası 
elmini  tibb  elmləri  ilə  əlaqələndirən  əsas  məsələlərdəndir.  Qidalanma  insanın 
sağlamlığını  müəyyənləşdirən  mühüm  təbii  amillər  sırasına  aiddir.  Orqanizmin 
həyat  fəaliyyəti,  onda  baş  verən  qurulma  və  bərpa  prosesləri,  onlara  sərf  olunan 
enerji və tikinti materialı bilavasitə qidalanmadan asılıdır. 
Qida fıziologiyası qidanın kimyəvi tərkibi, enerji dəyəri, sutkalıq normaları və 
qidalanmanın  rejimi  kimi  məsələləri  araşdırmaqla  bərabər,  müxtəlif  qida 
çatışmamazlıqları  ilə  əlaqədar  baş  verən  fızioloji  və  patoloji  dəyişiklikləri  də 
nəzərdən keçirir. Uzunmüddətli tam və ya natamam qidalanma, azkalorili qidalarla 
qidalanma  bir  tərəfdən  orqanizmin  həyat  fəaliyyətini  və  mövcudluğunu  təhlükə 


 
10 
 
altına  qoyan  mühüm  eksperimental-stressor  amillər  kimi,  digər  tərəfdən  isə 
müəyyən  xəstəlikləri  aradan  qaldıran  və  yaxud  onların  inkişafını  zəiflədə  bilən 
tibbi  vasitə  kimi  xarakterizə  edilir.  Aclıq  amilinin  mənfı  təsirinin  normal 
qidalanma  yolu  ilə  aradan  qaldırılmasının  mümkünlüyü  isə  qida  fıziologiyasının 
əsas müddəalarından biridir. 
Dövlətin  milli  siyasətində  əhalinin  fızioloji  normalar  hüdudunda  lazım  olan 
qida ilə təmin edilməsi həmişə əhəmiyyətli (prioritet) məsələ kimi qiymətləndirilir. 
Hər bir insan və vətəndaş normal qidalanma hüququna malikdir ki, bu hüququn da 
əsas təminatçısı dövlət və fərdin özüdür. Qida fiziologiyası elmi qidaianmanın elmi 
əsaslarının və potensialının formalaşmasında böyük rol oynayır. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin