3) Qan və qan dövranı orqanlari sistemi, qanın morfoloji tərkibi. İnsanın qan dövranı sistemi böyük və kiçik qan dövranı adlanan 2 şöbədən
ibarətdir.
Qan, orqanizmin maye mühiti olub, böyük və kiçik qan dövranına aid
damarlarda aşağıdakı funksiyaları yerinə yetirir: -nəqliyyat rolu (O
2
və tullantıları);
-daimi (sabit) mühit saxlama rolu; -müdafıə rolu (antitellər və antitoksinlər
yaradır); -tənzimedici rolu (hormonların köçürülməsinin köməyi ilə bütün
prosesləri tənzim edir).
Qidanın həzm olan son məhsullarının əsas hissəsi qana sorulur. Bundan əlavə,
qan orqanizmdə hərəkət etməklə orqan və toxumalara qida maddələrini və oksigeni
çatdırır. Qan, həmçinin həyat fəaliyyəti məhsullarının hüeeyrələrdən çıxarılıb ifrazat
orqanlarına verilməsini də təmin edir. Qan vasitəsilə, həmçinin orqanizmdə həyat
fəaliyyəti proseslərinin hormonal tənzimi də həyata keçirilir. Qanda eyni zamanda
orqanizmin bir sıra müdafiə funksiyaları inkişaf edir ki, bunların da köməyi ilə
orqanizmdə daxil olan mikrobların məhv olunması təmin edilir. Qanın ən mühüm
xüsusiyyətlərindən biri də orqanizmdə olan bütün hüceyrə və toxumaların kimyəvi
tərkibi və fıziki-kimyəvi xassələrinin sabit vəziyyətdə saxlanmasında iştirak etməsidir.
Qan - plazmalardan və formalı elementlərdən təşkil olunmuşdur.
Plazma - qanın fibrinogen zülalı ilə birlikdə formalı elementlərinin qanşığı
şəklində olan maye hissəsidir. Fibrinogen zülalı ayrıldıqda qan laxtalanır.
Qanın qırmızı rəngdə olan aşağı təbəqə hissəsi formalı elementlər adlanır.
Onlar qanda 3 cür hüceyrələr: qırmızı qan kürəcikləri (eritrositlər), ağ qan
kürəcikləri (leykositlər) və trombositlər (qan lövhəcikləri) şəklində yerləşirlər.