Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə49/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   45   46   47   48   49   50   51   52   ...   92
PP vitamini və ya nikotin turşusunun amidi maya göbələklərində, qaraciyər-
də və böyrəkdə, ətdə, düyüdə geniş yayılmışdır. Onun çatışmazlığı zamanı insanda 
yorğunluq, apatiya, yuxusuzluq, selikli qişaların pozğunluğu, dərinin qızarması  və 
şişməsi,  sinir  sisteminin  işində  dəyişikliklər,  qulaqlarda  səs-küy,  baş  ağrıları  və 
digər  patoloji  əlamətlər  yaranır.  Bu  vitaminə  olan  gündəlik  tələbat  15-20  mq-a 
bərabərdir. 
PP  vitamini  (niasin)  orqanizmin  oksidləşmə-bərpaedici  proseslərində  iştirak 
etməklə, koferment qrupların tərkibinə daxil olur. Mədənin, mədəaltı vəzin, qaraci-
yərin fəaliyyət funksiyasını artırır. O, həmçinin zülal mübadiləsində də iştirak edir. 
Orqanizmdə PP vitamini B
6
 vitamininin iştirakı ilə triptofandan əmələ gəlir. 
PP avitaminozu (pellaqra xəstəliyi) mədə-bağırsaq pozulmalarına gətirib çıxa-
rır. Bu vitaminə olan gündəlik tələbat norması kişilər üçün orta hesabla 18-25 mq-
a,  qadınlar  üçün  isə  14-22  mq-a  çatır.  Fiziki  və  əsəb-psixika  gərginlikləri  zamanı 
"PP"-yə olan tələbat da çoxalır. Onu 5 mq-dan artıq miqdarda qəbul etdikdə (əlbət-


 
77 
 
tə, məhsullarla), dəri kapillyarlarının genişlənməsinə, onların qızarmasına və istilik 
əmələ gəlməsinə səbəb olur. 
Məhsullarda  olan  miqdarı  orta  hesabla  mal  əti  üçün  3,3  mq%,  dana  əti  üçün 
4,l  mq%,  qoyun  ətində  4,5  mq%,  donuz  ətində  2,3  mq%,  balıq  ətində  2,2mq%, 
yumurtada  0,2  mq%,  quş  ətində  3,1-4,7  mq%,  pomidorda  0,42mq%,  paxlalılarda 
2,3 mq%, çörəkdə 0,67 mq% -ə çatır. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin