C vitamini və ya askorbin türşusu bitkilərdə, xüsusilə də giləmeyvələrdə,
itburnuda, limonda, kələmdə çoxdur. C avitaminozu zamanı insanda skorbut və ya
sinqa adlanan xəstəlik baş verir. Bədənin ümumi zəifliyi, təngənəfəslik, ürək
fəaliyyətinin artması, qan damarlarının zəifləməsi, qan sızmaları, damaqda iltihab
və qansızılma halları desnaların çürüməsi və laxlaması, daxili orqanlarda pozğun-
luqlar C avitaminozu üçün xarakterik olan simptomlardır. İnsan orqanizminin bu
vitaminə olan gündəlik tələbatı 50-100 mq-a çatır.
Askorbin turşusu oksigenin müxtəlif radikal formaları ilə qarşılıqlı əlaqəyə
girib orqanizmə radioprotektor təsiri göstərir. Onun çatışmazlıği orqanizmin təbii
bioloji müdafıə sisteminin aktivliyinin aşağı düşməsinə gətirib çıxarır. Bununla da
onun ətraf mühitin zərərli təsirinə qarşı müqaviməti azalır və xəstəliklərin
artmasına səbəb olur. Ona görə də son illər əhalinin “Bafıvit-l”, “Vitus-1” kimi
həblər şəklində (tabletlər) polivitamin kompleksləri ilə təminatı məsələsinə xüsusi
fikir verilir. Bunların tərkibində C vitamini ilə yanaşı vitamin A, B
1
, B
2
, pantoten
turşusu, B
6
, B
12
, E, PP kimi vitaminlər də vardır ki, onlar da aktiv inqredientlər
rolunu oynayırlar.