Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə15/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   11   12   13   14   15   16   17   18   ...   92
4) Mədədə həzm. 
Ağız  boşluğunda  çeynənilmiş  və  ağız  suyu  ilə  isladılmış  qida  horrası  və  ya 
loxması  əvvəlcə  udlağa,  sonra  isə  qida  borusu  ilə  mədəyə  daxil  olur.  Qida 
borusunun həzmdə rolu ancaq qidanın hissə-hissə mədəyə ötürülməsindədir. Onun 
ritmik  peristaltik  hərəkətləri  reflektor  təbiətə  malikdir  və  qidanın  boru  boyunca 
hərəkətini  təmin  edir.  Qida  borusunun  xəstəlikləri,  qidalanma  və  həzm  prosesinə 
çox  mənfi təsir göstərirlər. Qida borusunun xərçəngi bütün xərçəng xəstəliklərinin 
3-4%-ni təşkil edir.  


 
29 
 
Qidanın  mədədə  həzmi  mühüm  əhəmiyyət  kəsb  edir.  Mədə,  içərisi  boşluq 
olan əzələ orqanı olub, insanda əsasən üç hissədən - yuxarı və ya kardial, orta və ya 
fundal və aşağı və ya pilorik şöbələrdən ibarətdir. Onun tutumu orta hesabla 2-2,5 
litrə  bərabərdir.  Mədənin  divarı  üç  qatlıdır:  xarici  serroz  təbəqə,  orta  əzələ  qatı, 
daxili  selikli  qişa.  Əzələ  qatı  boylama  və  uzununa  yerləşən  saya-əzələ  liflərindən 
ibarətdir.  Onların  nizamlı  yığılıb-boşalmaları  mədə  divarının  ritmik  peristaltik 
hərəkətini təmin edir. Selikli qişa, silindrik epitel hüceyrələrdən əmələ gəlib, mədə 
divarının bütün daxili səthini örtür. 
Epitel  təbəqə  burada  çoxlu  qanşıqlar  əmələ  gətirir  ki,  onlarda  da  külli 
miqdarda  vəz  hüceyrələri  -  mədə  vəziləri  formalaşmışdır.  Bu  vəzilər  mütəmadi 
olaraq mədə şirəsini ifraz edirlər. 
Mədə şirəsi rəngsiz, şəffaf maye olub, turş reaksiyaya malikdir. (pH 1,5-4), o 
əsasən  xlorid  turşusunun  (HCl)  sulu  məhlulundan  (10%-li  məhlul),  həzm 
fermentlərindən  və  mukopolisaxaridlərdən  ibarətdir.  Beynəlxalq  biokimya 
ittifaqının  fermentlər  üzrə  komissiyasının  rəsmi  təsdiqinə  görə  mədə  şirəsində 
zülalları  parçalayan  4  ferment  mövcuddur.  Proteolitik  və  ya  peptid  hidrolazlar 
(proteazalar)  qrupuna  aid  olan  bu  fermentlər  aşağıdakılardır:  pepsin-b,  rennin 
(ximozin)  və  qastriksin.  Bu  fermentlər  müxtəlif  substrat  spesifıkliyinə  malikdirlər 
və ayrı-ayrı pH  - optimumlarında təsir  göstərirlər. Onlardan əlavə,  mədə şirəsində 
yağlara  təsir  edən  lipaza  fermenti  də  aşkar  edilmişdir.  İnsanın  mədə  şirəsində 
pepsin  və  qastriksin  fermentləri  mühüm  yer  tutur  və  mədə  şirəsinin  proteolitik 
fəallığının 95%-i qədəri onların payına düşür. 
Mədə şirəsinin  ifrazı (sekresiyası)  fazalı  xarakter daşıyır.  Birinci  faza şərtsiz  və 
şərti reflekslərdən ibarət mürəkkəb reflektori reaksiyadır. Bu reaksiya yemək vaxtı baş 
verir. İkinci faza sinir- humoral və ya sinir-kimyəvi fazadır ki, onun baş verməsi qana 
daxil olan bəzi kimyəvi, başlıca olaraq hormon maddələrin mədə reseptorlarına və ya 
sinir  sisteminə  təsiri  ilə  əlaqədardır.  Mədə  simpatik  və  parasimpatik  sinirlər,  azan 
sinirin qolları ilə ən sıx innervasiya olunan orqanlardan biridir. Onun əzələ və selikli 
qişalarında  zəngin  məhəlli  sinir  kələfləri  (intermural  sinir  kələfləri)  vardır.  Mədə 
divarında çoxlu  mexano, -xemo,  -osmo, -termo  və s.  reseptorlar  yerləşir ki, onlar da 


 
30 
 
mədənin  həzm  və  hərəkət  fəaliyyəti  üçün  zəruri  olan  hissi  siqnalları  mərkəzi  sinir 
sisteminə,  onun  müvafiq  mərkəzlərinə  yollayırlar.  Mədə  toxumasında  bəzi  yerli 
mərkəzi təsirə malik olan hormonlar da hasil olur ki, onlar qana keçərək sinir-humoral 
yolla mədə fəaliyyətinə tənzimləyici təsir göstərirlər.  
Yaşla  əlaqədar  olaraq,  mədə  divarının  selikli  qişasının  morfoloji  və  fızioloji 
vəziyyəti  dəyişilir.  Yaşlı  və  ahıl  adamlarda  mədə  fəaliyyətinin  zəifləməsi,  mədə 
şirəsinin tərkibinin və miqdarının, onun aktivliyinin kəskin dəyişilmələri müşahidə 
olunur.  Bir  sıra  amillər  (alkoqol,  nikotin,  psixi  stresslər  və  s.)  mədənin  fızioloji 
qıcolmasına,  onda  müəyyən  xəstəliklərin  (mədə  xərçəngi,  qastrit,  mədə  xorası, 
mə'də  yarası  və  s.)  baş  verməsinə  zəmin  yaradırlar.  Yaşdan  asılı  olaraq  mədə 
şirəsinin  həcmi  daha  tez  dəyişilir.  Məs:  10-20  yaşlarında  olan  sağlam  gənclərdə 
mədə şirəsinin həcmi 109 ml/saat təşkil edirsə, 41-50 yaşlarında bu 77 ml/saat, 61-
70  yaşlarında  isə  51  ml/saat  qiymətlərinə  qədər  aşağı  düşür.  Bu  mədədə  həzmin 
keyfıyyət intensivliyinə və miqyasına mənfı təsir göstərir. 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin