1
QİDA FİZİOLOGİYASI FƏNNİ
AZƏRBAYCAN BÖLMƏSİ
MUHAZİRE 1. QİDA FİZİOLOGİYASININ QISA İNKİŞAF TARİXİ
Plan
1. Qida fiziologiyasinin qisa inkişaf tarixi
2.Qida fiziologiyasi kursunun predmeti və vəzifələri
1. Qida fiziologiyasinin qisa inkişaf tarixi
Qida fıziologiyası nisbətən cavan elm olmaqla, onun bəzi nəzəri və təcrübi
əsasları XIX əsrdə formalaşmağa başlamışdır. Fizika, kimya, fıziologiya və təbabət
sahəsində əldə edilmiş nailiyyətlər, bu sahələrdə canlı orqanizmlərə, onların
qidalanması proseslərinə şamil edilə bilən bəzi qanunların və ölçmə metodlarının
kəşfı qida və qidalanma haqqında ilk elmi təsəvvürlərin yaranmasına səbəb
olmuşdur. R. Mayer, C.Coul, H. Helmhols, M.V. Lomonosov, Y. Libix və digər
alimlərin adları ilə bağlı olan bəzi fıziki-kimyəvi qanunlar-enerji, maddə və
hərəkətin çevrilməsi və saxlanılması qanunları canlı orqanizmdə, ətraf mühit ilə
canlı orqanizm arasında maddələr və enerji mübadiləsi proseslorinin bioloji
mahiyyətini dərk etməyə kömək etmişdir. X1X əsrin ikinci yarısında M. Rubner və
başqa tədqiqatçılar qida maddələrinin kalori (enerji) dəyərliliyi haqqında təsəvvür
yaratmış, bədəndə enerji mübadiləsinin kəmiyyət göstəricilərini ölçmək və
hesablamaq üçün effektli metodlar təklif etmişlər. Kalorimetrik üsulun yaradılması
və onun daha da təkmilləşdirilməsi qida fıziologiyasının inkişafında mühüm
mərhələ kimi qeyd olunmalıdır.
Bu dövrdə bəzi tədqiqatçılar qida çatışmazlığı hallarının fızioloji və patoloji
nəticələri haqqında ilk elmi mülahizələr irəli sürmüşlər. Kimyaçı alimlər və qida
texnologiyası mütəxəssisləri tərəfindən qidanın kimyəvi tərkibinin öyrənilməsi,
2
əsas qida maddələrinin müəyyən edilməsi, orqanizmin normal böyümə və inkişafı
üçün ilk növbədə lazım olan qida maddələrinin - zülal, şəkər və yağların
əhəmiyyəti məsələləri gündəliyə qoyulmuşdur.
Böyük rus alimi İ.M. Seçenovun qida fıziologiyası elminin inkişafında xüsusi
xidmətlərini isə onun XIX əsrin sonlarında dərc etdirdiyi bir sıra elmi
materiallardan, orqanizmdə baş verən proseslərin retlektor mexanizmi ilə bağlı
fıkirlərindən izləmək mümkündür.
XX əsrin başlanğıcında fızioloq alim İ.P.Pavlov heyvanlarda (itlərdə) qidanın
həzmi proseslərinin öyrənilməsinə həsr olunmuş ilk fundamental tədqiqatlar
aparmışdır. İ.P.Pavlov həzm fıziologiyasının banisi hesab olunur. Qidanın ağız
boşluğunda, mədə və bağırsaqlarda həzm olunmasına təsir göstərən həzm
şirələrinin və onların ifrazı proseslərinin təcrübədə xüsusi eksperimental üsullarla
(məs: fıstula metodu və s.) öyrənilməsi nəticəsində İ.P.Pavlov qidalanmaya dair bir
sıra mühüm qanunauyğunluqlar kəşf etmişdir. O, göstərmişdir ki, həzm prosesləri
qidanın kəmiyyət və keyfıyyət göstəricilərindən, xarakterindən, orqanizmə təsir
göstərən şərti və şərtsiz amillərdən, heyvanın qida davranışından xeyli asılıdır.
Qida fıziologiyası sahəsində İ.P.Pavlovun klassik tədqiqatları indi də yüksək
qiymətləndirilir. Onun bu sahədə dərc etdirdiyi kitabları və elmi materialları
vərəqlədikcə bunun bir daha şahidi oluruq.
Rus fızioloji məktəbinin banisi sayılan İ.M.Seçenovun mərkəzi sinir sistemi-
nin fəaliyyəti ilə əlaqədar elmi tədqiqatları, qan dövranı, həzm və beyin fiziologi-
yası sahəsində böyük rus fizioloqu İ.P.Pavlovun apardığı tədqiqatlar "Qida fıziolo-
giyası"nın sonrakı inkişafında mühüm rol oynamışlar. Təsadüfı deyildir ki, bu
alimlərin hər ikisı məhz həmin elmi nailiyyətlərinə görə Nobel mükafatına layiq
görülmüşlər.
Əhalinin müxtəlif qrupları və ya kontingentləri üçün qidanın normalaşdırıl-
ması, qidada zülal, şəkər, yağ, vitamin, mineral duzlar və s. kimi əsas kompo-
nentlərin optimal normaları və nisbətlərinin müəyyənləşdirilməsi məsələsi də elmi
şəkildə öyrənilməyə başlanmışdır. Bu sahədə M.N. Şaternikov, O.P. Molçanov,
3
İ.P. Razenkov, N.M. Lunin, A.V.Palladin, A.A. Pokrovski kimi alim və həkimlərin
böyük xidmətləri olmuşdur.
Akademik A.A.Pokrovski qida biokimyası, fıziologiyası və patologiyası sahə-
lərində geniş elmi tədqiqatların təşkilində mühüm rol oynamışdır. Hələ keçmiş so-
vet dövlətinin mövcudluğu dövründə SSRİ Tibb Elmləri Akademiyasmın nəzdində
və A.A.Pokrovskinin bilavasitə rəhbərliyi altında "Elmi-Tədqiqat Qida İnstitutu"
fəaliyyət göstərmişdir. İnstitut əhalinin müxtəlif kontingentlərı üçün qidaya olan
tələbatların elmi əsaslar üzərində yaradılmış yeni normativ göstəricilərinin işlənib
hazırlanmasında mühüm rol oynamışdır.
XX əsrin sonlarından akademik A.M.Uqolev və onun şagirdlərinin apardığı
elmi-tədqiqat işləri qida fıziologiyası elmini daha da inkişaf etdirmişdir. Bu ba-
xımdan A.M. Uqolevin "Adekvat qidalanma nəzəriyyəsi və trofologiya" adı altında
dərc etdirdiyi monoqrafıya və bu istiqamətdə elmi məqalələrinin rolunu xüsusilə
qeyd etmək lazımdır. Burada adekvat qidalanma nəzəriyyəsinin əsas postulatları
işıqlandırılmaqla, klassik tarazlaşdırılmış qidalanma nəzəriyyəsinə onun tərkib
hissəsi kimi baxılır.
Bunlardan əlavə, XX əsrin əvvəllərindən 90-cı illərə qədər fəaliyyət göstərən
Moskvadakı "Ümumittifaq İctimai İaşənin Elmi-Tədqiqat İnstitutu" (indiki Ümum-
rusiya Qidalanma İnstitutu), Ukraynada "İctimai İaşənin Elmi-Tədqiqat İnstitutu"
(Ukrnitop) və digər elm idarələri də əhalinin qidalanması ilə bağlı elmi məsələlə-
rin, iaşə müəssisələrində kütləvi qidalanmanın və pəhriz qidalanmasının təşkili ilə
əlaqədar elmi biliklərin işlənib hazırlanmasında böyük rol oynamışlar. Prof.
D.İ.Lobanov, prof. E.P.Kozmina, prof.V.S. Baranov, akad. M.İ.Belyayev, prof.
A.İ.Mqlinets, dos. Q.N.Lovaçeva, dos. N.R.Uspenskaya, prof. M.İ.Peresiçnıy kimi
alimlərin və onların şagirdlərinin apardığı elmi-tədqiqat işlərinin nəticələri də
"Qida fıziologiyası" elminin gələcək inkişafında xüsusi qeyd olunmalıdır.
İnsanın qidalanması bioloji və sosial problem olduğundan bu məsələ beynəl-
xalq səviyyədə, bir sıra mötəbər beynəlxalq təşkilatların bilavasitə təkidi və iştirakı
ilə vaxtaşırı müzakirə edilmiş və indi də edilir. Ümumdünya Səhiyyə Təşkilatının
illik hesabatlarına görə dünya əhalisinin ancaq yarıya qədəri normal qidalanma
4
imkanlarına malikdir. Hətta, bəzi inkişaf etmiş ölkələrdə belə əhalinin qidalanma
normaları və çeşidinin orqanizmin zülala və enerjiyə olan tələbatlarına tam cavab
vermədiyi faktları qeyd edilmişdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) bəzi
beynəlxalq departamentləri (Kənd Təsərrüfatı və Ərzaq Komitəsi, Səhiyyə Təşkila-
tı və s.) xətti ilə Cenevrədə (1984 və 1990-cı illərdə) və Romada (1987-1992-ci
illərdə) keçirilən konqreslərdə əhalinin qidalanması problemləri, bu sahədə aparı-
lan elmi-tədqiqat işləri və eksperimentlərin analizləri, ölkələrin milli siyasətində
qidalanma məsələlərinə münasibət, dövlət başçılarına müraciətlər ön planda dur-
muş və geniş şəkildə müzakirə edilmişdir.
Qida fıziologiyasının inkişafı və nailiyyətləri fərdi və kütləvi qidalanmanın
düzgün qurulması, qida məhsullarının emalı, qidaların hazırlanması və onlardan
istifadə edilməsi qaydalarının qida texnologiyasının və çeşidinin yaxşılaşdırılma-
sına, orqanizmin sağlamlığının mühafızə edilməsinə, qidalanmanın əhəmiyyətinin
geniş əhali kütlələri tərəfindən dərk olunmasına xidmət edir.
Fiziologiya sahəsində qədim elmi fıkirlərə isə orta əsrin təbabət korifeylərin-
dən olan Ə1 Razinin "Mənsuri” adlı əsərində, Abu Farabinin tibbə aid olan "İnsan
bədəninin orqanları haqqında”
traktatında, Əbu Əli İbn-Sinanın məşhur "Tibb
elminin qanunlan" kitabında və digər mənbələrdə rast gəlinir.
O dövrdə yaşamış azəri alimlərindən Ömər Osman oğlu və Dürrü Razi, son-
rakı dövrlərdə yaşayıb yaratmış fransız və alman, italyan alimlərindən Rene De-
kart, Vilyam Harvey, İ.Müller, Luici Qalvani, Rusiyada M.V.Lomonosov və
V.A.Basovun əsərlərində də fiziologiyanın gələcək inkişafına təkan verən çoxlu el-
mi məlumatlar vardır. Bütün bunlar barədə və digər alimlər haqqında daha geniş
məlumatları, fıziologiya üzrə müasir dövrün görkəmli Azərbaycan alimi prof. Faiq
Cəfərovun yazmış olduğu "İnsan fıziologiyası" dərsliyinin "Fiziologiyanın inkişaf
tarixi" bölməsindən toplamaq olar.
Əlbəttə, tarixən fıziologiyanın inkişafında kimya və fızika sahəsində aparılmış
elmi-tədqiqatların da böyük rolu olmuşdur. Bunlar da öz növbəsində sonralar
müstəqil bir elm sahəsi kimi formalaşmış "Qida fiziologiyası"nın inkişafına gətirib
çıxarmışlar.
5
Azərbaycan Respublikasında da qida fıziologiyası sahəsində xeyli önəmli
elmi-tədqiqat işləri aparılmış və bu sahədə elmi müşahidələr yenə də davam
etdirilir. Ölkənin milli siyasətində əhalinin ərzaq xammalı və qida məhsulları ilə
təmin edilməsi məsələsi daim öz aktuallığını saxlayır.
Orta əsrlərdə təbabət elmlərinin, o cümlədən fıziologiyanın təkamülündən
söhbət açıldıqda hərtərəfli ensiklopedik biliyə malik olan məşhur İbn Sinanın
(Avisenna) «Tibb elminin qanunları» əsərini nəzərdən qaçırmaq olmaz. Buradakı
qida və qidalanmaya aid fıkirlər, qida maddələrinin (məhsullarının) dad xüsusiy-
yətləri və onların təsnifatı haqqında toplanıb dəqiqləşdirilmiş elmi məlumatlar və
digər müddəalar qida fıziologiyası və qida gigiyenası elmlərinin, hətta qida
texnologiyası elmlərinin gələcək inkişafında müstəsna rol oynamışdır. İbn Sinanın
bu əsəri haqqında ədəbiyyatlarda çoxsaylı məlumatlar və şərhlər vardır. Şərq
aləminin digər qolu sayılan qədim Tibet təbabəti elminin fıziologiyaya, xüsusilə
qida fıziologiyasına aid olan mənbələrindən qısa məlumatlann verilməsi də,
fıkrimizcə daha məqsədəuyğun olardı.
Min illər ərzində formalaşmış qədim Tibet təbabətinin ən qiymətli əsərlərin-
dən olan "Jud-şi" və "Vaydurya-onbo" traktatlarında sağlam və xəstə orqanizm
haqqında olan elmi və praktiki məsləhətlərin çoxu bu gün də fıziologiya elmi üçün
çox əhəmiyyətlidir. Heç şübhəsiz, təkcə şərq alimləri deyil, avropalılar da təbabətin
sonrakı inkişafında burada olan dəyərli məlumatlardan bəhrələnmişlər. XIX əsrin
görkəmli təbiblərindən sayılan, milliyyətcə monqol olan P.A.Badmayevin bu dövr-
də yazmış olduğu şərhlərlə rus dilinə tərcümə etdiyi "Tibet təbabəti elminin əsas-
ları Jud-şi" kitabında bunlar haqqında ətraflı söhbət açılmışdır. Burada insan
fıziologiyasının əsasları ilə əlaqədar əsaslandırılmış elmi fikirlərlə yanaşı, ən
maraqlısı ayrı-ayrı qida məhsullarının orqanizm üçün fızioloji əhəmiyyəti,
müalicəvi təsir mexanizmləri barədə çox geniş məlumatlar vardır.
Qida və qida maddələrinin həzmdə iştirakı, öd ifrazı, su mübadiləsi və qan
damarlarının fəaliyyətində rolu, bütövlükdə orqanizm üçün əhəmiyyəti haqqında
ətraflı söhbət açılır.
6
Qidalanma, qida maddələri, içkilər, həyat tərzi və ilin mövsümünün qidalan-
maya və müalicəyə təsiri, qida qarışığının həzm zamanı mədə şirəsinin təsiri ilə
dəyişilməsi, onun dadının dəyişilməsi, öd və vəzilər, onların fəaliyyəti, qidalanma-
nın pozulmasına təsir edən amillər, sinir sisteminin fəaliyyəti və ona təsir edən
amillər, qan və əzələlər, yağ toxuması və sümük, beyin və onun fəaliyyəti, beynin 4
arteriyanın köməyi ilə qidalanması və digər elmi məlumatlar, qidalanmanın pozul-
ması nəticəsində orqanizmin müxtəlif orqanlarında baş verən çatışmazlıqlar və s.
haqqında bu gün də araşdırmalar tələb edən çox qiymətli fıkirlər təkcə müasir elm
aləmində deyil, kütləvi oxucu kütləsində də təəccüblə yanaşı, həsəd hissləri oyadır.
Tibet dilində yazılmış olan, Tibet təbabətinin əsas qanunauyğunluqlarını əks
etdirən "Jud-şi" traktatı üçün şərhlərdən ibarət olan "Vaydur-onbo" traktatında insan
orqanizmi üçün normalar və patologiyalar üzrə qaydalar, nəzəri konsepsiyalar
toplanmışdır. 4 cilddən ibarət olan bu traktatda təkcə dərman vasitələrinin tətbiqinə
aid deyil, müvafıq həyat tərzində və pəhriz şəraitində insan sağlamlığının tarazlığını
təmin edən üç fızioloji sistem ("rlunq", "mkxris" və "badkan" terminləri adı altında)
haqqında və onların funksional xarakteristikası vacibliyindən məlumatlar verilir.
Qidanın orqanizmdə mənimsənilməsi və sorulması zamanı yeddi ardıcıl çev-
rilmələrin baş verdiyi göstərilir. Bu isə toxuma quruluşlarının yaranması, onların
assimilyasiya prosesində iştirakı fıkirlərinin izah olunması cəhdini göstərir. Burada
eyni zamanda, əsas fızioloji sistemlərin fəaliyyətində sinir sisteminin tənzimləyici
rolundan, maddələr mübadiləsi ilə əlaqəsindən danışılır, qanın fızioloji yaxud pato-
loji proseslərdə iştirakı dərəcəsi (səviyyəsi) və formalarından söhbət açılır.
"Vaydurya-onbo" traktatının 6-cı fəslində o vaxtki təbabət elminin quruluşu ağac
şəklində təsvir olunur ki, bölmələr, başlıqlar, fəsillər bu ağacın gövdələri, budaqları
və yarpaqları kimi göstərilir. Məsələn, doqquz gövdənin olması təbabət elmində 9
əsas bölmənin - orqanizmin normal vəziyyəti, dəyişilmiş (xəstə) vəziyyəti və s. bu
kimi bölmələrin mövcudluğuna oxşadılır.
Beləliklə, fıziologiyanın bu günkü səviyyəyə gəlib çatması və onun böyük bir
elm sahəsi kimi təşəkkül tapmasında orta əsr şərq aləminin mövcud əsərləri və
təcrübədə əldə olunmuş nailiyyətləri böyük rol oynamışdır.
7
Dostları ilə paylaş: |