20
Hemoqlobin oksigen ilə asan birləşərək oksihemoqlobin yaradır. Toxumalar-
dan keçərək hemoqlobin O
2
-ni verir və CO
2
-ni qəbul edir və nəticədə yenidən
əmələ gəlmiş alqırmızı rəngli hemoqlobin yaradır.
1 mkl qanda 5 mln-a qədər eritrosit olur. Bu miqdar 3 mln-dan az olduqda,
orqanizmdə azqanlılıq yaranır.
Eritrositlər - qırmızı sümük iliyində bir neçə mərhələ keçirərək yetişir, qana
düşürlər və 128-130 gün yaşayırlar. Sonradan tərkiblərində dəmir ionları (Fe)
saxlayırlar. Eritrositlərin 60%-ni su və 40%-ni bərk maddələr təşkil edir.
Leykositlər - parçalanma, bölünmə funksiyasına malik nüvəsi və protoplazması
olan zəngin hüceyrələrdir. Onlar amöblər kimi bakteriyalara, mikroblara doğru
hərəkət edirlər və mikroorqanizmləri məhv edirlər. Onlar nüvəsinin quruluşuna görə
və protoplazmanın dənəvərliyinə görə fərqlənirlər. Leykositlərin sayı 1 mkl qanda
10000-12000 olduqda insan orqanizmində xəstəlik yaranır. Xərçəng xəstəliyi və ya
şüalanma zamanı onların sayı 3000-ə çatır ki, bu da xəstəlikdir.
Leykositlər qırmızı sümük iliyində limfa düyünlərində və dalaqda əmələ
gəlirlər. Sağlam adamda xörək qəbulundan sonra onlar miqdarca artır və yeyinti
leykositozu yaradırlar (xəstəlik).
Leykositlər mikroorqanizmlərdən müdafiə funksiyasına malikdirlər.
Qan lövhəcikləri (trombositlər) qanın laxtalanma prosesində iştirak edirlər. Onlar
trombokinaza fermentinə malikdirlər. Sağlam insanın 1 mkl qanında 400 minə qədər
trombositlər olur. Qanda 58% plazma və 12% formalı elementlər vardır.
Dostları ilə paylaş: