2) Həyat fəaliyyəti proseslərinin sinir və humoral tənzimi
İnsan orqanizmində həyat fəaliyyəti prosesləri əsasən üç səviyyəli tənzimləmə
mexanizmləri vasitəsilə idarə olunur. Ən aşağı səviyyəli tənzimləmə genetik,
fermentativ və metabolik tənzimlənmədir ki, bu da hüceyrələrdə baş verir. Hüceyrə
daxili tənzimləmədə zülallann sintezinin, funksional fəallığının və parçalanmasının
tənzimi başlıca rəl oynayır. Zülalların sintezi irsi informasiya daşıyıcıları olan dezok-
siribonuklein turşuları (DNT), ribonuklein turşuları (RNT) kimi yüksək molekullu
birləşmələrin və bu prosesdə iştirak edən xüsusi fermentlərin (biokatalizatorlar)
fəaliyyəti ilə tənzimlənilir. Hüceyrədə elə bir mühüm mübadilə (metabolik) proses və
ya hadisə, elə bir funksiya yoxdur ki, orada zülallar iştirak etməsin. Onlar hüceyrənin
quruluşunun formalaşmasında (struktur zülalları), metabolizmin idarə olunmasında
(ferment zülalları), xüsusi funksiyaların həyata keçməsində (spesifik zülallar),
müdafiə xassələrində (immun zülalları), həssaslığında (reseptor zülallar) və həyat
fəaliyyəti təzahürlərində fəal iştirak edirlər. Hüceyrələrdə şəkərlərin, yağların, amin
turşuların mübadiləsi, oksidləşmə bərpa prosesləri, enerji hasili, maddələrin
transmembran nəqliyyatı kimi mürəkkəb metabolizm hadisələri ferment zülallarının
tənzimləyicisi təsiri altındadır.
Ayrı-ayrı növ hüceyrələrdə metabolizmin idarə olunmasının mexanizmi və
xüsusiyyətləri az-çox fərqlənə bilər. Bu onların funksional vəzifələri ilə əlaqədar-
dır. Sinir hüceyrələrində idarə və tənzim prosesləri daha çox onlarda oyanıcıqlıq və
oyanmaların nəqli, oyanma siqnallarının hifz olunması və yenidən fəaliyyətə
salınması (hafızə prosesləri), sinir liflərinin böyümə və inkişafı, onların arasında
sinaptik əlaqələrin qurulması, neyromediatorların sintezi, azad olunması, parçalan-
ması və resintezi kimi hadisələrin nizamlanmasına xidmət edirlər.
Hüceyrə daxili həyatın tənzimlənməsində hüceyrələrin tənəffusünün və qidalan-
masının tənzimi mühüm yer tutur. Hüceyrənin tənəffüsü prosesi onun çoxsaylı və iri
orqanoidlərindən olan mitoxondrilərdə həyata keçir. Hüceyrə tənəffüsü orqanizmdə
bioloji enerjinin əsas mənbəyidir. Mitoxondrilərdə hasil olan adenozintrifosfat (ATF),
quanizintrifosfat (QTF) kimi makroerqik fosfat birləşmələri, xüsusilə ATF universal
bioloji (biokimyəvi) enerji mənbələri funksiyasını yerinə yetirirlər. Hüceyrədə elə bir
16
mühüm proses yoxdur ki, onun həyata keçməsinə enerji (ATF və ya QTF) sərf
olunmasın. Sinir hüceyrələrində (neyronlar) oyanmalann əmələ gəlməsi və nəqli
prosesləri, əzələ liflərində yığılma hadisələri çoxlu enerji sərfı ilə müşayiət olunur.
Hüceyrələrin funksional fəallığı hüceyrədaxili qidalanma tipi ilə sıx surətdə
əlaqədardır. Hər bir hüceyrə onu əhatə edən toxuma mayesi mühitindən mütəmadi
olaraq su, mineral duzlar, oksigen, qida maddələri və digər üzvi və qeyri-üzvi
birləşmələri mənimsəyir. Bunlar onun böyümə və inkişafı, həyat fəaliyyəti, çoxalması
və spesifık funksiyası üçün zəruri olan kimyəvi komponentlərdir. Orqanizm uzun
müddət qida qəbul etmədikdə, onun daxili qida ehtiyatları tükəndikdə, hüceyrəyə qida
maddələrinin daxil olması prosesləri zəiflədikdə və ya tam kəsildikdə hüceyrə
metabolizminin tənzimlənməsi mexanizmləri elə təhsis (korreksiya) olunur ki,
hüceyrədaxili mühitin (sitoplazma) nisbi sabitliyi (homeostatik vəziyyəti) kəskin
şəkildə dəyişilməsin.
Bu halda hüceyrənin qidalanması onun daxili üzvi tərkib hissələrinin, hətta
zülal, digər makromolekulyar birləşmələrin, subhüceyrə strukturlarının (orqanoidlər
və s.) deqradasiya və hidrolizi nəticəsində əmələ gələn qida əhəmiyyətli
metabolitləri hesabına həyata keçir. Bu prosesdə hüceyrədəki lizosomların hidrolitik
(parçalayıcı) fermentlərinin aktivliyi mühüm rol oynayır. Lizosomal fermentlər
hüceyrələrdə endogen qidalanmanı tənzimləyən əsas amillərdən biri sayılır.
Hüceyrənin funksiyalarının və daxili metabolizminin tənzimlənməsində onun
səth membranı (sitoplazmatik membran) mühüm rol oynayır. Bu yarımkeçirici qat
hüceyrə daxilinə və hüceyrədən onu əhatə edən mühitə müəyyən maddələrin seçici
(selektiv) keçiriciliyinə malikdir. Bəzi hüceyrələr üçün (məs: sinir və əzələ
hüceyrələri) membrandan içəri və xaricə yüklü ionların (Na
+
, K
+
, Ca
+K
, Cl
-
və s.)
ikitərəfli axını xüsusi əhəmiyyət kəsb edir. Xarici membranda fıksə olunmuş ion
nasosları bu prosesi tənzimləyir. Membranda olan reseptor maddələr hormonların
hüceyrə təsirini içəri ötürməklə hüceyrədaxili proseslərinin nizamlanmasında mühüm
rol oynayırlar. Burada bir mexanizm ondan ibarətdir ki, hormon molekulu reseptor
molekulası ilə birləşir, reseptor bu təsiri tsiklik adenozinmonofosfat (T-AMF)
vasitəsilə hüceyrədə kinaza ferment sistemlərini aktivləşdirir, axırıncılar isə
17
hüceyrədaxili metabolizmə, hətta membranın özündə gedən mübadilə proseslərinə
fəal təsir göstərirlər. Hüceyrə həyatının tənzimlənməsində hormonlar vasitəsilə olan
humoral kimyəvi tənzimləmə və sinir təsirləri vasitəsilə həyata keçən tənzimləmə
xüsusi əhəmiyyət kəsb edir və ümumi xarakter daşıyır. Bu mexanizmlər toxuma,
orqanlar və orqanizm səviyyəsində tənzimlənmənin əsasını təşkil edirlər. Hər iki
tənzimləmə vahid bir mexanizm-neyrohumoral tənzim mexanizmi kimi fəaliyyət
göstərir. Bu ona görə vahid və ya sıx əlaqədə işləyən mexanizm hesab olunur ki,
müxtəlif endokrin vəzilərin ifraz etdiyi hormonlar sinir toxumasına və onun
fəaliyyətinə müxtəlif səviyyələrdə təsir edir, mərkəzi sinir sistemi isə öz növbəsində
endokrin orqanlarının fəaliyyətini tənzimləyir.
Humoral və ya kimyəvi tənzimləmə sinir tənziminə nisbətən qədim və
ontogenezdə daha əvvəl fəallaşan nizamlayıcı mexanizmdir. Bədənin daxili mayeləri
(qan, limfa, hüceyrələrarası maye və ya toxuma mayesi, beyindaxili maye,
sitoplazma) onun maye mühitini təşkil edir. İnsan bədənində 5-6 1 qan, 20 1itr
toxuma mayesi var. Bu mühitin kimyəvi tərkibinin və funksional rolunun saxlanılması
neyro-endokrin sisteminin ümdə funksiyalarından biri sayılır. Qanda və digər
mayelərdə şəkərin, mineral duzların, suyun, sərbəst amin turşuların, oksigen və CO
2
qazının, eləcə də başqa maddələrin nisbi sabit səviyyələrinin mühafızə edilməsi
homeostatik tənzimlənmənin əsas vəzifələrindən birisidir. Bu prosesdə daxili
sekresiya vəzilərindən qana keçən və toxumanın özündə yerli təsir göstərən
hormonların rolu böyükdür. Böyrəküstü vəzilərin qabıq maddəsinin ifraz etdiyi
aldesteron, dezosikortikosteron kimi hormonlar hüceyrə və toxumalarda su-duz
mübadiləsini dəqiq tənzimləyirlər. Bu prosesdə böyrəklərin toxumasında əmələ gələn
renin və anqiotenzin hormonları da o mənada rol oynayırlar ki, onlar böyrəklərdə
qandan su, mineral duzlar və sidik məhsullarının azad olunması (fıltrasiya)
proseslərini tənzimləyirlər. Mədəaltı vəzin langerhans adacıqlarının hasil etdiyi
insulin və qlyukoqon hormonları, qanda şəkərin fızioloji norma səviyyəsini
tənzimləyir, insulin qandakı normadan artıq qlükozanın qaraciyərdə, əzələdə və digər
orqanlarda ehtiyat şəkər maddəsi-qlikogen halında yığılmasını, o biri hormon isə
qlikogenin təzədən qlükozaya çevrilməsi reaksiyalarını tənzimləyir və ilaxır.
18
Hormonların ümumi və xüsusi təsirləri ayırd edilməlidir. Bəzi hormonlar ümumi
mübadilə proseslərinə təsir etməklə orqanizmin böyümə və inkişafını, onun
reaktivliyi, müdafıə və adaptiv qabiliyyətini tənzimləyirlər (boy hornmonu, tiroksin,
adrenalin, hidrokortizon və s.). Digərlərinin spesifık təsirləri hədəf-orqanlar, hədəf-
hüceyrələr səviyyəsində baş verir (cinsiyyət hormonları, hipofızin trop hormonları və
s.). Hipofızin adrenokortikotron hormonu (AKTH) böyrəküstü vəzin qabıq
maddəsinə, folikulstimuləedici hormonu (FSH) cinsiyyət vəzilərinə tənzimləyici təsir
edir və ilaxır.
Hormonların təsiri sinir siqnallarının təsirlərinə nisbətən yavaş, çox hallarda
dəqiq ünvanlanmamış, uzunmüddətli və geniş əhatəli təsir kimi xarakterizə edilir.
Qanda və digər daxili mayelərdə hormonların miqdarı cüzi olsa da, bu səviyyənin
qorunub saxlanması homeostazın vacib şərtlərindən biridir.
Orqanizmin daxili və xarici mühitində baş verən fıziki, kimyəvi, mexaniki və
fızioloji dəyişikliklər bədəndə səpələnmiş və sinir sistemi ilə sıx bağlı olan
reseptorlar tərəfındən qəbul edilib mərkəzi sinir sisteminə ötürülürlər. Mərkəzi
sinir sistemi, onun ayrı-ayrı yarımsistemləri - vegetativ, somatik, simpatik və
parasimpatik sistemləri, yüksək ixtisaslaşmış funksional mərkəzləri reseptorların
hissi siqnalları əsasında icraedici orqanların (əzələ, vəz və s.) cari funksional
vəziyyətlərini daim tənzimləyirlər.
Sinir təsirləri, hormonal təsirlər kimi proses və funksiyaları aktivləşdirir və ya
ləngidə bilir. Bir çox hüceyrələr bilavasitə sinir təsirlərinə məruz qalmırlar. Məsələn,
qanda oksigen daşıyan leykositlər sinir siqnallarını bilavasitə ala bilməz. Bəzi
hüceyrələr (məs: əzələ lifləri) hissi və hərəki sinir lifləri ilə bilavasitə bağlıdır və
birbaşa sinir təsirləri altında fəaliyyətə gəlirlər. Eyni bir orqana sinir təsiri əks ola
bilər. Simpatik və parasimpatik sinir təsirləri eyni orqan üçün antaqonist xarakter
daşıyırlar. Birincilər ürəyə stimuləedici təsir göstərirsə, ikincilər ləngidici təsir
göstərirlər. Mədə-bağırsaq sistemində simpatik təsirlər ləngidici, parasimpatik
təsirlər isə stimuləedici effektə malikdirlər. Somatik sinir sistemi əsasən əzələ
fəaliyyətini, dəri funksiyalarını və xarici duyğu üzvlərinin aktivliyini tənzimləyirlər.
19
Vegetativ sinir sistemi daxili üzvlərin, o cümlədən tənəffüs, ürək-qan-damar, həzm,
ifrazat, endokrin sistemlərinin fəaliyyətinin tənzimlənməsində başlıca rol oynayır.
Dostları ilə paylaş: |