Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


) İnsanda həzmin struktur-funksional təşkili, həzmin növləri



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə3/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   2   3   4   5   6   7   8   9   ...   92
 
MÜHAZIRE 2. İNSAN FİZİOLOGİYASININ ƏSASLARI 
Plan: 
1. İnsan fiziologiyası haqqında qısa məlumat. 
2. Həyat fəaliyyəti proseslərinin sinir və humoral tənzimi. 
3. Qan və qan dövranı orqanlari sistemi, qanın morfoloji tərkibi. 
4. Qanın laxtalanması.  
5. Qanın kimyəvi tərkibi və ürək-damar sisteminin fəaliyyəti. 
 
1) İnsan fiziologiyası haqqında qısa məlumat. 
İnsan  fıziologiyası  fıziologiya  elminin  ən  böyük  sahələrindən  biri  olub, 
müasir təbiətşünaslıq elmləri arasında mühüm yer tutur. Onun qədim inkişaf tarixi 
vardır  və  təbabətin  nəzəri  əsaslarından  biri  sayılır.  İnsan  fıziologiyasının  bir  sıra 
müddəaları,  heyvan  orqanizmlərinin  həyat  fəaliyyəti  prosesləri  təcrübə  (eksperi-
ment)  yolu  ilə  öyrənilərkən  əldə  edilən  nailiyyətlərə  əsaslanır  və  heyvan  fıziolo-
giyasının əsas müddəalarına müəyyən dərəcədə uyğun gəlir. 


 
11 
 
İnsan fıziologiyası insan orqanizmi, onun üzv və toxumaları, üzvlər sistemlərinin 
həyat  fəaliyyətini  və  funksiyalarını,  onların  qarşılıqlı  əlaqə  və  təsirlərini,  idarə  və 
tənzim mexanizmlərini, orqanizm ilə xarici mühitin vəhdətini öyrənən elmdir. 
Fizioloji  funksiyalar orqanizmi təşkil edən hüceyrə, toxuma, orqan  və orqan-
lar  sistemlərinin  funksiyaları  kimi  təzahür  olunurlar.  İnsan  orqanizmində  iki  yüzə 
yaxın  müxtəlif  növ  hüceyrələrə  rast  gəlinir.  Fəaliyyət  göstərən,  eyni  funksiya  ye-
rinə  yetirən  hüceyrələrin  birləşməsindən  müxtəlif  növ  sinir  toxuması,  əzələ  toxu-
ması,  epiteli  toxuması,  birləşdirici  toxuma  əmələ  gəlir.  Bu  toxumalar  və  onların 
əsasında əmələ gələn orqanların və orqanlar sistemlərinin funksiyaları müxtəlifdir. 
Sinir  toxuması  sinir  siqnallarının  nəqli  və  yenidən  işlənməsi  funksiyasını,  əzələ 
toxumasının  yığılma  funksiyasını,  sümük  toxumasının  dayaq  funksiyasını,  epiteli 
toxumasının ötürücü və sekresiya funksiyalarını icra edir və ilaxır. 
İnsan  orqanizmində  olan  üzvlər  bir  və  ya  bir  neçə  funksiyanı  yerinə  yetirirlər. 
Qaraciyər qanın tərkibinə keçən bəzi zərərli maddələri zərərsizləşdirir, öd ifraz edir və 
sairə,  böyrəklər  sidiyin  ifrazını  təmin  edir,  ağciyərlər  tənəffus  vəzifəsini  həyata 
keçirirlər.  Eyni  və  ya  oxşar  funksiyaların  icrası  üçün  müəyyən  və  oxşar  orqanların 
sistemləri formalaşdırılır ki, onların vəzifəsi hər hansı həyat fəaliyyəti prosesini bütün 
mərhələlər  üzrə  bir-birindən  asılı  və  bir-birilə  əlaqəli  şəkildə  icra  etməkdir.  İnsan 
orqanizmində  sinir  sistemi,  sümük,  əzələ  sistemi,  tənəffüs  sistemi,  ürək-qan  damar 
sistemi, daxili sekresiya vəziləri sistemi, cinsiyyət orqanları sistemi və digər sistemlər 
və yanmsistemlər fəaliyyət göstərir. Quruluş (struktur) və funksiya dialektik vəhdətdə 
olan  anatomik  və  fızioloji  göstəricilərdir.  Orqanizmdə  funksiyasız  struktur  və  ya 
struktursuz funksiya olmur. İnsan orqanizminin quruluşu və ona xas olan funksiyalar 
fərdi  inkişaf  (ontogenez),  xüsusilə  də  doğulandan  sonrakı  inkişaf  (postnatal 
ontogenez)  dövründə  formalaşıb  yetkinləşir.  Quruluş  və  funksiyaların  fərqlənməsi, 
yetişməsi və fəallaşması prosesləri ontogenezdə zaman etibarilə müxtəlif (heteroxron) 
xarakter daşıyır: bəzi toxumalar, orqanlar və ya sistemlər fərdi inkişafda tez, digərləri 
isə  gec  formalaşıb  yetkinləşirlər.  Məsələn:  sinir  sistemi  və  onun  bəzi  elementar 
funksiyaları  hələ  döl  inkişafı  dövründə  yaranır.  Həzm  orqanları  doğulandan  sonra 
fəaliyyətə başlayır, cinsiyyət orqanları çox gec fəallaşırlar və ilaxır. 


 
12 
 
Hər hansı bir toxuma, orqan və ya orqanlar sistemi başlıca olaraq bir mühüm 
funksiyanı aparmaq üçün fəallıq göstərir. Lakin orqanizm həyati vacib bir davranış 
aktı  və  ya  funksiyanı  yerinə  yetirmək  məcburiyyətində  qaldıqda,  bir  neçə  orqanın 
və  ya  orqanlar  sisteminin  funksiyaları  müvəqqəti  olaraq,  verilmiş  davranış  aktı 
başa çatana, məqsədəuyğun faydalı nəticə alınana qədər birgə fəallaşırlar. Fizioloq 
P.K.Anoxin  bu  cür  birgə  aktiv  fəaliyyət  göstərən  və  müxtəlif  sistemlərin  birliyi 
kimi  çıxış  edən  fızioloji  mexanizmləri  funksional  sistem  adlandırmışdır.  Məsələn, 
qida  davranışı  zamanı  sinir,  həzm,  ürək-damar,  tənəffüs  və  hərəkət  aparatları, 
müdafıə  reaksiyaları  zamanı  sinir,  dayaq-hərəkət,  tənəffus,  ürək-damar  sistemləri 
sanki sinxron olaraq və ya ardıcıl şəkildə birlikdə fəallaşırlar. 
İnsanda  sinir  sistemi  özünün  ən  yüksək  inkişaf  səviyyəsinə  çatmışdır. 
Mərkəzi  sinir  sistemi  (baş  və  onurğa  beyin)  öz  sinirləri  vasitəsilə  bütün  duyğu 
üzvləri,  daxili  və  xarici  orqanlar  ilə  əlaqədədir.  İnsanda  baş  beyinin,  xüsusilə  də 
baş  beyin  böyük  yarımkürələri  və  onun  qabığının  yüksək  inkişafı  bu  orqanın 
funksiyalarının xeyli mürəkkəbləşməsinə səbəb olmuşdur. 
Baş  beyin  qabığı  bütün  hiss  üzvlərindən,  hərəkət  aparatından  və  daxili  orqan-
lardan  gələn  siqnalların  analiz  və  sintezində,  ali  sinir  və  psixi  fəaliyyətin  müxtəlif 
xassələrinin  (yaddaş, qavrama, təfəkkür,  nitq, şüur  və s.) təzahüründə başlıca rol oy-
nayır.  İnsanın  ali  sinir  fəaliyyəti  orqanizmin  xarici  mühitlə  sıx  qarşılıqlı  əlaqələrinin 
tənzimlənməsində,  vegetativ  (tənəlfus,  qidalanma,  çoxalma,  ifrazat)  və  somatik 
(hərəkət,  xarici  hissiyyat, nitq  və s.)  funksiyalarının  idarə olunmasında birbaşa və ya 
dolayı olaraq iştirak edir. Baş beyinin fəaliyyətində şərtsiz və şərti reflekslər  mühüm 
yer  tuturlar.  Beyinin  qabıqaltı  və  ara  beyin  törəmələri  orqanizmin  davranış  və 
emosional  reaksiyalarının  təşəkkülündə  və  həyata  keçməsində  fəal  iştirak  edirlər. 
Beyinin  kötük  (lülə)  hissəsinin  törəmələri  (uzunsov  beyin,  beyin  körpüsü  və  orta 
beyin)  bir  sıra  həyati  vacib  funksiyaları  -  tənəffus,  ürək-damar  fəaliyyəti,  həzm 
prosesləri, bəzi hərəkət aktlarını idarə edən funksional mərkəzlər hesab olunurlar. 
Beyincik  hərəkət  aparatının  tonusu  və  fəaliyyətini  idarə  edən  və  əlaqələndirən 
mühüm  mərkəzdir.  Qabıqaltı  törəmələrindən  olan  hipotalamus  orqanizmin  qidalan-
masına  xüsusilə  fəal  təsir  göstərir.  Burada  "aclıq",  "toxluq",  "susuzluq"  hissləri  ilə 


 
13 
 
sıx  bağlı  olan  vegetativ  mərkəzlər  yerləşmişdir.  Hipotalamusun  ifraz  etdiyi  neyro-
hormonlar  bilavasitə  baş endokrin  vəzi  olan  hipofızə,  hipofız  isə  öz  növbəsində  ön 
paydan  qana  ifraz  etdiyi  trophormonlar  vasitəsilə  müəyyən  periferik  endokrin  üzv-
lərə (qalxanvari vəzi, böyrəküstü vəzi, cinsiyyət vəziləri) aktiv təsir edir. Onurğa be-
yin  sinirləri  bədənin  baş  hissəsi  istisna  olmaqla  qalan  bütün  hissələrini  -  dərini, 
əzələləri, daxili üzvləri sinirləşdirir və reflektor reaksiyalarda mühüm rol oynayırlar. 
Əsas  sinir  prosesləri  -  oyanma  və  ləngimə  beyin  fəaliyyətinin  tərkib  hissəsidir. 
Beyindaxili  əlaqələrin  formalaşmasında  müxtəlif  sinir  hüceyrələri  və  onların 
çıxıntıları arasında əmələ gələn sinaptik rabitələrin rolu xüsusilə böyükdür. Sinir lifləri 
ilə  yayılan  oyanma  siqnallarının  sinapslardan  keçməsi  mexanizmləri  xüsusi  vasitəli 
neyromediatorların (asetilxolin, noradrenalin, serotonin və s.) təsirləri ilə əlaqədardır. 
Sinir  siqnalları  (impulslar)  elektrokimyəvi  təbiətə  malikdir  və  sinir  membranasından 
Na
+
  və  K

ionlarının  qarşılıqlı  hərəkətləri  sayəsində  yaranır.  Beyinin,  o  cümlədən, 
onun ayrı-ayrı strukturlarının və hüceyrələrinin (neyronların) bioelektrik potensialları 
beyin fəaliyyətini əks etdirən mühüm göstəricilərdən birisidir. Bu potensialiarı xüsusi 
cihazlar  (elektronsefaloqraf)  vasitəsilə  qeydə  alıb  təhlil  etməklə  beyinin  və  ya  onun 
hissələrinin fəaliyyəti haqqında mühakimə yürüdülür. 
İnsan  orqanizmi  üçün  sinir  sistemi  kimi  daxili  sekresiya  vəziləri  (hipofız, 
epifız,  qalxanvari  vəzi,  mədəaltı  vəzi,  böyrəküstü  vəzilər,  cinsiyyət  vəziləri)  də 
mühüm  rol  oynayırlar.  Onların  ifraz  etdiyi  hormonlar  orqanizmin  bütün  həyat 
fəaliyyəti  proseslərinə  bilavasitə  və  ya  dolayı  olaraq  aktiv  təsir  göstərirlər. 
Hormonlar  funksiyaların kimyəvi tənzimləyiciləri kimi  məlumdurlar. Onların əsas 
təsir "hədəfləri" hüceyrələrdə gedən maddələr mübadiləsi prosesləridir. Onlar şəkər 
və  zülal  mübadiləsinə,  su  və  duz  və  digər  mübadilələrə,  o  cümlədən  orqanizmin 
genetik  aparatına,  sinir  sisteminin  fəaliyyətinə  stimuləedici  təsir  göstərirlər. 
Cinsiyyət  və  böyrəküstü  vəzilərinin  hormonları  orqanizmin  baladoğma  və 
müdafıə-uyğunlaşma funksiyalarının həyata keçməsində mühüm rol oynayırlar. 
İnsanda tənəffüs  funksiyası  üçün  yüksək dərəcədə ixtisaslaşmış orqanlar (xa-
rici və daxili tənəffus yolları, ağciyərlər) sistemi inkişaf etmişdir. İnsanda ağciyər-
lərin  hava  tutumu  əmək  və  idman  fəaliyyətinin  növündən  asılı  olaraq  xeyli  də-


 
14 
 
rəcədə (4000-6000 sm
3
) arta bilər. Tənəffüs sistemi orqanları atmosfer havasından 
molekulyar  oksigenin  (O
2
)  qana  daxil  olmasına  və  qanda  yığılmış  karbon  qazının 
(CO
2
)  havaya  xaric  olmasına  xidmət  edirlər.  İnsanın  dəqiqə  ərzində  14-16  dəfə 
yerinə yetirdiyi ritmik reflektor tənəffus aktları nəticəsində onlar toxuma (hüceyrə) 
tənəffusü  (qida  maddələrinin  oksidləşməsi  prosesləri)  üçün  sərf  olunan  O
2
-ni 
toxumalara  mütəmadi  olaraq  çatdırır  və  oksidləşmə  prosesləri  nəticəsində  əmələ 
gələn və bədən üçün zərərli olan CO
2
-ni elə də orqanizmdən xaric edirlər. 
İnsan orqanizmində ürək və qan-damar sistemi bir neçə həyati vacib funksiya-
nı  yerinə  yetirir.  Əslində  bu  funksiyalar  qan  və  onun  hərəkəti  ilə  əlaqədardırlar. 
Ürək və qan damarları qanın hərəkətini təmin edən orqanlardır. Qanın tənəffus, qi-
dalanma,  təmizləmə,  müdafıə,  daşıyıcı  və  ifrazat  funksiyaları  məlumdur.  O,  həm 
də orqanizmin daxili maye mühitinin əsas tərkib hissəsidir. Ürək və qan damarları-
nın  fasiləsiz  ritmik  reflektori  hərəkətləri  sayəsində  qan  bu  qapalı  sistemdə  daim 
dövran edir. Kiçik qan dövranı (venoz qanın ürəkdən ağciyərlərə və geriyə hərəkə-
ti)  venoz  qanın  O
2
-lə  zənginləşməsinə  və  CO
2
-dən  təmizlənməsinə  xidmət  edir. 
Böyük  qan  dövranı  (arterial  qanın  ürəkdən  orqanlara  və  orqanlardan  isə  venoz 
qanın  geriyə  hərəkəti)  qida  maddələrinin  və  O
2
-nin  toxuma  və  hüceyrələrə  daşın-
masına, böyrəklər vasitəsilə bəzi tullantı məhsullarından (sidik cövhəri, sidik turşu-
su və s.) azad olmasına xidmət edir. Ürək və qan damarlarının fəaliyyəti vegetativ 
sinir  sisteminin  simpatik  və  parasimpatik  mexanizmləri  vasitəsilə  tənzimlənilir. 
Simpatik  oyanmalar  ürəyin  fəaliyyətini  sürətləndirir  və  qüvvətləndirir,  parasim-
patik təsirlər isə əksinə, onu zəiflədir və ləngidir. 
İnsanın  ürəyi  dəqiqədə  orta  hesabla  70-75  dəfə  yığılıb-boşalır  və  hər  yığılma 
zamanı aorta damarına 70 ml-ə qədər qan qovur. Qanın ürəkdən zərbə ilə qovulması 
və  qan  damarları  divarının  qanın  hərəkətinə  göstərdiyi  müqavimət  sahəsində  aşağı 
(minimal)  və  yuxan  (maksimal)  qan  təzyiqi  fərqləri  əmələ  gəlir  ki,  bu  göstərici 
insanda  orta  hesabla  80-120  mm  civə  sütununa  bərabərdir.  Qanın  orqanlar  arasında 
normal paylanması və qanın fıziki-kimyəvi tərkibinin nisbi sabitliyi orqanizmin bütün 
funksiyalarının  icra  olunması  üçün  vacib  şərtlərdən  birisidir.  Qan  bədəndə  humoral 
(hümora-maye deməkdir) tənzimlənməni həyata keçirən mühüm vəsilədir. 


 
15 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin