1. Qida məhsulları və qida maddələrinin həzmdə iştirakı
İnsanın qidalanması üçün tələb olunan qida məhsullarının demək olar ki,
hamısı bitki və heyvan mənşəlidir və onların növləri qidalılıq dəyərləri olduqca
25
müxtəlifdir. İnsanın qidasının əsas hissəsini taxıl, meyvə, tərəvəz, ət, süd, balıq və
yumurta məhsulları təşkil edir. Dünya əhalisinin böyük əksəriyyəti üçün qida
məhsulları kimi çörək, düyü və ət ümdə əhəmiyyətə malikdirlər.
Qida məhsulları, tərkibindəki qida maddələrinə görə fərqlənirlər. Orqanizm
üçün bu maddələrin ayrı-ayrılıqda əhəmiyyəti eyni deyildir. Qida maddələrinə
zülallar, karbohidratlar və yağlar aiddir. Bunlar mürəkkəb üzvi birləşmələr olub,
bitki və heyvan orqanizmlərində sintez olunurlar. Zülallar amin turşulardan,
karbohidratlar bəsit şəkərlərdən (qlükoza, fruktoza və s.), yağlar isə qliserin və yağ
turşularından əmələ gəlirlər. Fizioloji mənada qida maddələri kimi məhz amin
turşuları, bəsit şəkərlər və yağ turşuları hesab olunurlar. Zülallar, karbohidratlar və
yağlar həzm olunduqda bu maddələr əmələ gəlir və onlardan mürəkkəb qida
maddələrinin (zülal, karbohidrat, yağ) sintezi üçün orqanizmdə yenidən istifadə
edilir. Sözün geniş mənasında qida maddələri dedikdə, buraya zülal, şəkər və
yağlardan başqa su, mineral duzlar, vitaminlər kimi maddələri də əlavə etmək olar.
Amma yadda saxlamaq lazımdır ki, bu maddələr kalori (enerji) əldə etmək
nöqteyi-nəzərdən qida əhəmiyyəti daşımırlar.
İnsan qidasının əsas karbohidrat mənbəyini bitkilər təşkil edirlər. Taxıl
(buğda, arpa, düyü, qarğıdalı və s.), kartof və düyü məhsulları karbohidratlarla çox
zəngindirlər. Paxlalı bitkilər, bitki zülalları, günəbaxan, zeytun, pambıq və s. bu
kimi bitkilər isə bitki yağları ilə zəngindirlər. Heyvanat mənşəli zülallar və yağlar
ən müxtəlif heyvan orqanizmlərindən tədarük edilir və mənimsənilirlər. Adları
çəkilən və müxtəlif mənşəli qida maddələri tikinti və enerji materialları kimi
orqanizm üçün eyni əhəmiyyət daşımırlar. Karbohidrat və yağlar əsasən eneıji
mənbəyi, zülallar və yağlar əsasən tikinti materialları kimi əhəmiyyətlidirlər.
İnsan orqanizmi canlı təbiətdən aldığı bitki və ya heyvan mənşəli mürəkkəb üzvi
qida maddələrini elə olduğu kimi də mənimsəyib istifadə edə bilmir. Onun hüceyrələri
yalnız müxtəlif zülal, karbohidrat və yağların parçalanması nəticəsində hasil olan amin
turşuları, sadə şəkərləri və yağ turşularını qəbul edib mənimsəyir, yəni onlardan sintez-
tikinti, enerji hasili və digər məqsədlər üçün istifadə edirlər. Sintez proseslərində insan
orqanizmi bitki və ya heyvan mənşəli maddələrdən özünə xas olan, özü üçün səciyyəvi
26
xarakter kəsb edən yeni zülal, karbohidrat, yağ və digər maddələri istehsal edir. Ona
görə də qidalanma zamanı qəbul etdiyi qida məhsullarının tərkibindəki mürəkkəb qida
maddələrini həzm proseslərinə (parçalanma, hidroliz) uğradır, alınan son məhsullar
(amin turşuları, sadə şəkərlər, yağ turşuları), habelə qidanın tərkibindəki və ya əlavə
qəbul edilən su və mineral duzlar isə sorulub hüceyrələrə daxil olurlar. Qida
məhsullarından mürəkkəb üzvi maddələrin ayrılmasına və onların orqanizmdə sonrakı
parçalanmasına həzm prosesləri deyilir. Qidalanma dedikdə isə buraya qida
məhsullarının əldə edilməsi, orqanizm tərəfındən onların qəbul edilməsi, həzmə
məruz qalması, son məhsulların sorulması, qan və digər toxuma mayeləri vasitəsilə
daşınması və hüceyrələr tərəfındən mənimsənilməsi prosesləri nəzərdə tutulur.
Dostları ilə paylaş: |