Çeynəmə mərkəzi - ağıza qida düşdükdə, reflektori olaraq onun çeynənilməsi aktını
işə salır. Bu, əmmə refleksinə nisbətən daha mürəkkəb reflektori prosesdir. Ağız şirəsi ifrazı mərkəzi - qidanın ağıza düşməsi ilə əlaqədar olaraq ağız suyu vəzilərinin
fəaliyyətini reflektori artırır və qidanın xarakterindən asılı olaraq onu dəyişir. Udma mərkəzi - ağız və udlaq boşluqlarının əzələlərinin vəziyyətini reflektori olaraq
dəyişdirir və udma aktını həyata keçirir. Mədə şirəsi ifrazı mərkəzi - qida ağız və
mədə boşluqlarına düşdükdə, mədə şirəsinin ifrazını tənzimləyir. Mədənin boşalması