5) Orqanizmin qida maddələrinə və enerjiyə olan tələbatı Termodinamika nöqteyi-nəzərincə insan orqanizmi açıq sistemlərə aid edilir.
Çünki o, daima xarici mühitlə həm maddələrlə, həm də enerji ilə təmasda olur.
Hələ 1780-ci ildə A.Lavuazye canlı orqanizmlərdə istiliyin ölçülməsini işləyib
hazırlamışdır (şəkil 1). Onun kalorimetri bilavasitə fasiləsiz üsulla ayrılan istiliyi
qeydə almışdı. İntensiv mübadilə proseslərinin birbaşa ölçülməsi, ona ilk dəfə
enerjinin saxlanması qanununu canlı orqanizm üçün tətbiq etməyə imkan vermişdi.