Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


) Orqanizmdə maddələr mübadiləsinin qorunmasında qidanın rolu



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə28/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   24   25   26   27   28   29   30   31   ...   92
 
4) Orqanizmdə maddələr mübadiləsinin qorunmasında qidanın rolu. 
Acqalma 
Yaşlı sağlam (normal) insan orqanizmi əhatə olunduğu xarici mühit şəraiti ilə 
tarazlıqda  olur.  Bu  orqanizmin  həyat  fəaliyyəti  üçün  zəruri  şərtdir.  Yaşlı 
orqanizmdə  maddələr  mübadiləsinin  normal  balansı,  qəbul  edilən  qida  ilə  sərf 
edilən enerji arasındakı nisbətlə müəyyən olunur. 


 
46 
 
Qidalanma  eyni  zamanda  orqanizmin  daxili  maye  mühitində  (qan,  limfa,  be-
yin-onurğa beyin  mayesi, toxuma və ya hüceyrələrarası maye, hüceyrədaxili möh-
təviyyat və s.) üzvi və qeyri-üzvi maddələr tərkibinin nisbi sabitliyinin, homeosta-
tik stasionar vəziyyətinin qorunub saxlanmasında mühüm rol oynayır. Qəbul edilən 
qida  ilə  sərf  edilən  enerji  arasında  nisbət,  habelə  daxili  mühitin  nisbi  sabitliyi 
müəyyən  şəraitlərdə  pozula  bilər.  Normal  qidalanma  orqanizmdə  enerji  və  onun 
ehtiyatlarının  tənzimlənmiş  şəkildə  sərf  olunması  üçün  şərtdir.  Bu,  daxili  mühitin 
kimyəvi tərkibinin tənzimlənməsinə də aiddir. Fizioloji aclıq üçün də bu səciyyəvi 
olan  bir  haldır.  Amma  hər  iki  şəraitdə  enerji  sonrakı  qidalanma  nəticəsində  bərpa 
olunur. Uzunmüddətli acqalma zamanı isə toxuma və hüceyrələrin metabolizminin, 
quruluş və funksiyalarının dönməz dəyişiklikləri, homeostazm pozulması baş verir 
və  bu  ölümlə  nəticələnə  bilər.  Sistematik  olaraq,  normadan  artıq  qidalanma  isə 
əksinə,  orqanizmin  toxuma  depolarında  qida  maddələri  (şəkər,  yağ)  ehtiyatlarının 
dolması, orqanizmdə piylənmə kimi arzuolunmaz patoloji  vəziyyətin  yaranmasma 
səbəb  olur.  Maddələr  mübadiləsinin  tənzimindəki  tarazlığın  pozulmasında  rast 
gəlinən  bu  kimi  kənar  mənfı  vəziyyətlər,  qidalanmanın  düzgün  qurulmasının 
vacibliyini bir daha təsdiq edir. 
Maddələr  mübadiləsində  baş  verən  ağır  dəyişikliklərin  qarşısı,  tənzimləyici 
mexanizmlər  tərəfındən  qabaqcadan alınır.  Hüceyrə,  toxuma,  üzv  və  üzvlər  sistemi 
və  bütöv  orqanizm  səviyyəsində,  daxili  mühitin  nisbi  sabitliyini  qoruyub  saxlayan 
fermentativ, hormonal və sinir mexanizmləri vardır və onlar maddələr mübadiləsini 
tənzimləməklə orqanizmin ümumi stasionar vəziyyətini nizamlayırlar. Homeostazın 
qoruyub  saxlanılmasında  daxili  sekresiya  vəzilərinin  (endokrin  üzvlərinin)  ifraz 
etdiyi  metabolik  hormonların  xüsusi  rolu  vardır.  Metabolizmin  assimilyasiya 
(anabolik)  tərəfı  daha  çox  hipofız  vəzin  boy  hormonu  (somatostatin),  qalxanvari 
vəzin tiroksin hormonu, mədəaltı vəzin insulin hormonu, cinsi vəzilərin estrogen və 
androgen  hormonları  tərəfındən  tənzimlənilir.  Dissimilyasiya  (katabolik)  tərəfinin 
tənzimində  isə  mədəaltı  vəzin  qlyukoqon  hormonu,  böyrəküstü  vəzilərin  kate-
xolalein (adrenalin, noradrenalin) və qlükokortikoid steronu (kortizon, hidrokortizon 
və  s.)  hormonları  mühüm  əhəmiyyətə  malikdirlər.  Sinir  və  humoral  tənzimləmə 


 
47 
 
mexanizmləri bəzi metabolik prosesləri spesifık olaraq idarə edir, onlarda tarazsızlıq 
(disbalans) yarandığı hallarda korreksiyaedici, uyğunlaşdırıcı (adaptiv) təsir göstərir. 
Maddələr  mübadiləsinin  hüceyrələr  səviyyəsində  kimyəvi  tənzimlənməsində 
anabolik  və  katabolik  fermentlərin  rolu  da  böyükdür.  Qida  maddələrinin  (amin-
turşuları,  yağ  turşuları  və  mono-  və  disaxaridlər)  mürəkkəb  sintez  proseslərinə 
qoşulmasını,  onların  çevrilmələrini  və  ümumi  plastik  mübadiləni  tənzimləyən 
anabolik fermentlər (müxtəlif sintetazalar, transferazalar və s.) və qida maddələrinin 
oksidləşməsi  (parçalanması)  hesabına  bioloji  enerjinin  hasilini  tənzimləyən 
katabolik fermentlər (müxtəlif oksidazalar, hidrolazalar və s.) birlikdə ümumi meta-
bolizmin ayrı-ayrı reaksiyalar zənciri səviyyəsində tənzimlənməsini təmin edirlər.  
Orqanizmdə  gedən  mübadilə  proseslərinin,  o  cümlədən  kimyəvi  dəyişikliklər 
və adaptasiya hadisələrinin qarşılıqlı əlaqəsini və vəhdətini təmin edən əsas prinsip, 
müxtəlif  qida  maddələri  və  toxuma  komponentlərinin  enerjisinin  ekvivalentliyi 
ideyasına  əsaslanır.  O  zaman  ki,  əsas  "yanacaq"  növləri  (karbohidratlar  və  yağlar) 
vasitəsilə orqanizmə daxil olan kalori, orqanizm tərəfındən sərf olunan kaloridən az 
olarsa, onda orqanizmdə həm qida vasitəsilə daxil olan zülallar, həm də öz məxsusi 
zülalları  parçalanmağa  başlayır;  bu  orqanizmin,  onun  əzələ  və  orqanlarının  haldan 
düşməsinə  gətirib  çıxarır.  Bu  kimi  vəziyyət  uzunmüddətli  tam  aclıq  zamanı  yarana 
bilər.  Qısamüddətli  və  ya  fızioloji  acqalmadan  fərqli  olaraq  uzunmüddətli  və  ya 
pataloji  acqalma  orqanizmin  elə  vəziyyətidir  ki,  bu  zaman  xarici  qidadan  məhrum 
olan  orqanizm  "özü-özünü"  yeyir,  başqa  sözlə, o  endogen qidalanmaya  keçir  və  bu 
yolla  öz  energetik  tələbatlannı  təmin  edir.  Acqalma  zamanı  ağır,  fatal  vəziyyət  baş 
verənə  qədər  orqanizmin  metabolizmində  bir-birilə  bağlı  olan  səciyyəvi  dəyişiklik 
və proseslər inkişaf edir. 
Dolu  bədənli  sağlam  adam  birdən-birə  yeməkdən  məhrum  olarsa  və  bu  hal 
günlərlə davam edərsə, onun orqanizmində aşağıdakı kimi mənfı dəyişikliklər mü-
şahidə  edilir.  Qanda  şəkərin  (qlükoza)  miqdarı  tezliklə  aşağı  düşür  və  bu,  insulin 
hormonunun az, qlyükoqon hormonunun  isə çox ekssekresiya olunmasına, qaraci-
yərdə  ehtiyat  şəkər  kimi  saxlanılan  qlikogenin  sürətlə  parçalanmasına  (qlikogeno-
liz)  gətirib çıxarır. Əgər orqanizm bir sutka ərzində qida qəbul etməzsə, onun qli-


 
48 
 
kogen  ehtiyatı  təxminən  tükənir.  Aclığın  ikinci  sutkasında  isə  orqanizmdə  yeni 
proseslər  silsiləsi  meydana  gəlir.  Yağları  parçalayan  lipaza  fermentlərinin  fəallaş-
ması ilə əlaqədar olaraq yağ depolarındakı mürəkkəb yağlardan çoxlu yağ turşuları 
əmələ  gəlir  və  qaraciyərdə  oksidləşir.  Yağ  depolarından  (dərialtı  piy  təbəqəsi,  da-
xili orqanlar üzərində yığılan piyliklər) səfərbər olan yağ turşularının oksidləşməsi 
hesabına periferik toxumaların, qaraciyərin və digər daxili orqanların enerjiyə olan 
tələbatı ödənilir. Piy toxuması bir neçə gün, hətta həflə ərzində orqanizmi enerji ilə 
təmin edə bilər. Orqanizm ilk həftələr ərzində uzunmüddətli aclığa uyğunlaşdıqca, 
qaraciyərdə  yağların  oksidləşməsi  nəticəsində  əmələ  gələn  keton  maddələrinin 
miqdarı  kəskin  olaraq  artır,  piruvat,  oksalasetat  kimi  madddələrin  çatışmazlığı 
üzündən  Krebs  tsikli  (limon  turşusu  və  ya  üç  karbonlu  maddələr  tsikli)  vasitəsilə 
bir  sıra  vacib  metabolitlərin  axını  zəifləyir.  Ürək  və  beyin  kimi  orqanlar  öz  enerji 
tələbatlarını  keton  maddələri  hesabına  ödəməyə  uyğunlaşmağa  başlayırlar.  Əgər 
keton maddələri istifadə olunmadan artıq əmələ gələrsə, onda orqanizmdə metabo-
lik asidoz yaranır, aclıq davam etdiyi hallarda enerji üçün toxuma zülallarının sərf 
edilməsi başlanır. İlk olaraq, mədə-bağırsaq toxumasınm, mədəaltı vəzin, sonra di-
gər  daxili  orqanların  (qaraciyər,  dalaq),  daha  sonra  əzələlərin  və  nəhayət,  beynin 
labil  və  funksional  zülalları  parçalanır.  Aminturşuların  katabolizmi  sürətlənir  və 
orqanizmin  enerji  ehtiyacları  artıq  onların  hesabına  təmin  edilir.  Uzun  müddətli 
aclığın  son  mərhələlərində  beyin  öz  enerji  təminatını  periferik  orqanlarda  gedən 
katabolik  proseslər  nəticəsində  əmələ  gələn  energetik  substratların,  ən  çoxu  isə  p-
oksibutiratın  oksidləşməsi  hesabına  ödəyir.  Eyni  zamanda  əzələ  toxumasının  küt-
ləsi, orqanizmin ümumi fəallığı və enerji sərfi azalır. Nəhayət, bütün növ qlikogen, 
yağ  və  mobil zülal ehtiyatları tükəndikdə, orqanizm, hətta ürək, ağciyər, qan  və s. 
bu  kimi  həyata  vacib  olan  toxumaların  struktur  zülallarını  sərf  edir.  Kollaps 
nəticəsində ölüm baş verir. 
Tam  acqalma  zamanı  insan  orqanizminin  yaşama  müddəti  yaşlılarda  65-70 
gün  hesab  edilir.  Cavan  orqanizm  yaşlı  orqanizmə  nisbətən  tez  tələf  olur.  Qoca 
adamlar  cavanlarla  müqayisədə  acqalmaya  daha  dözümlüdürlər.  Çünki  onlarda 
maddələr  mübadiləsi,  onsuz  da  çox  yavaş  həyata  keçir.  Qadınlar  kişilərə  nisbətən 


 
49 
 
aclığı  daha  yüngül  keçirirlər.  Hesab  edilir  ki,  orqanizmin  piy  ehtiyatları  nə  qədər 
çox olarsa, onun acqalma müddəti bir o qədər uzun çəkə bilər. Lakin eyni köklüyə 
malik olan  müxtəlif adamlar, aclıqdan eyni şəraitdə ən  müxtəlif  müddətlərdə tələf 
ola  bilər.  Bu,  görünür  orqanizmin  aclığa  fərdi  dözümlülüyündən,  onun  sinir 
sisteminin  xüsusiyyətindən,  maddələr  mübadiləsinin  və  digər  fiınksiyalarının 
səviyyəsi və xarakterindən asılıdır. 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin