55
Qandakı zülalın - hemoqlobinin də rolu böyükdür. Gözün qişasında olan zülal
isə işığı qəbul etməyi təmin edir.
Nukleoproteidlər orqanizmdə zülal sintezini tənzim etməklə, nəsildən-nəsilə
keçmək amillərini daşıyırlar.
Zülallar çatışmadıqda orqanizm tərəfindən vitaminlər, mineral maddələr tam
istifadə olunmurlar. Bunların çoxu isə ferment sistemlərinin tərkibinə daxildirlər.
Bir sözlə, zülal mübadiləsi həyatın əsasını tənzimləyir.
Müəyyən olunmuşdur ki, qan plazması və qaraciyərdə zülali maddələrin
yeniləşməsi 15-20 gündə, dəri və skeletdə (sümükdə) isə 158 gün ərzində baş verir.
Dostları ilə paylaş: