82
lazımdır ki, orada itburnu olması görünməsin. Bundan başqa, itburnunun həlimin-
dən də istifadə etmək olar. Bu həlimi belə hazırlamaq olar: bütöv giləmeyvələrdən
bir xörək qaşığı götürür, üzərinə 1 stəkan su tökür və 10 dəqiqə ərzində
qaynadırlar. Sonradan 22-24 saat ərzində 1 və 1 2 stəkan şəklində belə məhluldan
istifadə edirlər. Onun tərkibində ən azı 50-100 mq-a qədər C vitamini olur. C
vitamininin tələbini ödəmək üçün müəssisələrdə daha çox işlədilən şəkəri və duzu
da vitaminləşdirmək olar. Belə şəkərdən, məsələn, kütləsi 16 qr olan qənddən isti-
fadə etdikdə, orqanizm ondan 35 mq-a qədər askorbin turşusu alır. Bundan başqa,
narın üyüdülmüş (Na və Cl olan) duzları vitaminləşdirdikdə, əgər belə duz rütubət
çəkməzsə, onda olan C vitamini tərkibdə 3 aya qədər qala bilər. Xörək duzunda C
vitamininin daha çox miqdarda saxlanması üçün ona bir qədər kartof nişastası
əlavə etmək lazımdır (94% duz + 5% nişasta + 1% askorbin turşusu şəklində).
Dostları ilə paylaş: