Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


Qidu qəbulu dövrlərindən asılı olaraq, qida maddələri və enerjinin rasionda



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə70/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   66   67   68   69   70   71   72   73   ...   92
Qidu qəbulu dövrlərindən asılı olaraq, qida maddələri və enerjinin rasionda 
bölüşdürülinəsi üçün məlumatlurın hesablanması forması 
 
Qida qəbulu vaxtı 
Zülallar 
Yağlar 
Karbohidratla

Kalorilik 
(rasionun 
energetik 
dəyəri) 
Cəmi 
heyvan
at 
mənşəli 
Cəmi 
heyvanat 
mənşəli 
 







kkal 
1-ci səhər yeməyi  
2-ci səhər yeməyi  
Nahar yeməyi  
Günorta yeməyi 
 
 
 
 
 
 
 
 
CƏMİ: 
100 
60 
100 
70 
 
100 
 
100 
 
4). Qidalanma rejimi, gündəlik qidanin tərkibi və kaloriliyinin normalaş-
dırılması 
İnsan  orqanizminin  qidalanması  təbii  və  ya  süni  olaraq  müəyyən  olunan 
qayda  ilə  tənzimlənilir.  Qidalanma  qaydası  və  ya  rejimi  rasional  qidalanmanın 
mühüm  tərkib  hissəsidir.  Qidalanma  rejimi  özünə  qida  qəbulunun  təkrarları, 
onların  arasındakı  vaxt  fasilələri,  yemək  vaxtı  və  hər  dəfə  yeyilən  yeməklərdə 
kalori  məsələlərini  əhatə  edir.  Dünyanın  bir  çox  ölkələrində  əhali  arasında  geniş 
yayılmış,  fızioloji  və  nisbi  nöqteyi-nəzərdən  optimal  sayılan  qidalanma  rejimi 
qidanın gün ərzində dörd dəfə qəbul edilməsidir. Yaşayış, iş və ya təhsil şəraitinin 
müxtəlifliyini nəzərə aldıqda gündə 3 dəfə qidalanmanı məqbul hesab etmək olar. 
Qida  rejimi,  onun  ardıcıllıq  və  tarazlığı  pozulduqda,  ilk  növbədə  mərkəzi  sinir 
sisteminin  və  həzm  orqanlarının  fəaliyyəti  pozula  bilər.  Qidalanma  tərzini  və  onun 
rejimini  insanlar  adi  halda  özləri  müəyyənləşdirirlər.  İctimai  iaşə  müəssisələrində, 
tibb  və  maarif  şəbəkəsi  sistemlərində,  sanatoriya,  uşaq  bağçaları  və  s.  yerlərdə 
qidalanmanın  rejimi,  mürəkkəbliyi  və  digər  göstəriciləri  qanuni  qəbul  edilmiş 
müəyyən normativlər əsasında tənzimlənilir. Hər bir şəxs qida qəbulunu ən azı 20-30 


 
114 
 
dəqiqə  ərzində  həyata  keçirməlidir.  Qidanın  mümkün  qədər  yavaş  qəbulu  təmin 
olunmalıdır.  Bu  zaman  həzm  şirələrinin  ifrazı,  qidanın  miqdarı,  fiziki-kimyəvi 
xassələri,  iştahın  səviyyəsi  kimi  amillərdən  asılılıq  nəzər  alınmalıdır.  Qidanın  təkrar 
qəbulu  arasında  keçən  müddət  3  saatdan  çox  olmamalıdır.  Bu  da  qəbul  olunan 
qidanın mədə və bağırsaqda tam həzm və sorulması üçün zəruri olan vaxt intervalıdır. 
Fizioloqlar  təcrübi  olaraq  öyrənmişlər  ki,  günün  hansı  saatlarında  qidanın 
qəbul  edilməsinin  əhəmiyyəti  vardır.  Nəzəri  və  eksperimental  dəlillərlə  sübut 
edilib ki, insanın hər gün dörd dəfə qidalanması qəbul edilən zaman xörəklərə görə 
kaloriliyin  düzgün  paylanmasının  əhəmiyyəti  daha  böyükdür.  Qidalanmanın  elmi 
əsaslarının  öyrənilməsi  ilə  məşğul  olan  mütəxəssislərin  fikrincə,  insanın 
qidalanması  vaxtı,  rejimi,  qidanın  kaloriliyi  aşağıdakı  ümumi  göstəricilərə  görə 
müəyyənləşdirilmişdir: birinci səhər yeməyi səhər saat 8-9-da; günorta saat 13-14-
də,  kalorisi  45%;  axşam  yeməyi  saat  19-20-də,  kalorisi  25%.  Günün  müəyyən 
vaxtlarında  qəbul  edilən  yeməklərin  kaloriliyi  bir  yeməyin  kaloriliyini  azaldıb 
digərini artırmaq şərtilə dəyişdirilə bilər. Gündə  üç dəfə  yemək qəbulunu  nəzərdə 
tutan qidalanma  rejimində səhər yeməyinin kalorisi  ümumi sutkalıq kaloriliyin ən 
azı 30%, nahar yeməyinin kalorisi 45%, axşam yeməyininki isə 25%-ni təşkil edir. 
lakin bütün gündəlik qida rejimində son qida qəbulu yatmazdan qabaq, 1,5-2,0 saat 
əvvəl olmalıdır. 
Səhər  yeməkləri  arasında  isti,  sulu,  asan  həll  olunan,  zülal  və  şəkərlə  zəngin 
xörəklər  üstünlük  təşkil  etməlidir.  Nahar  və  ya  günorta  yeməyinin  xörəkləri 
müxtəlif  çeşidli  və  enerji  ilə  daha  zəngin  olmalıdır.  Bu  halda  rasionda  müxtəlif 
meyvə-tərəvəz  məhsulları,  şirələr,  salatlar,  ət  xörəkləri  daha  geniş  yer  tutmalıdır. 
Axşam  yeməkləri  arasında  süd,  xurma  və  tərəvəz  xörəklərinin  daha  çox  olması 
tövsiyə  edilir.  Bu  halda,  kofe  və  şokolad  kimi  məhsullardan  istifadə  edilməsi 
məsləhət  görülmür.  Onlar,  yatan  zaman  mədə  və  bağırsağın  fəaliyyətini 
gərginləşdirir və orqanizmin oyanacaqlığını artıra bilirlər. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin