17
bəsi düşməndən təmizləndi. Hadrutun işğaldan azad edilməsi ilə Şuşaya gedən
yol açılırdı. Hadrutun azad edilməsi müharibənin taleyini müəyyən etdi. Oktyab
-
rın 17-də müzəffər Azərbaycan ordusunun Cəbrayıl,
Hadrut və Xocavənd is
-
tiqamətlərindən mühasirəyə aldığı Füzuli şəhəri də düşməndən tam azad edildi.
Xüsusi Təyinatlı Qüvvələr doğma Şuşanı azad etməkdə qərarlı idi.
Onlar
cəmi 400 nəfərlik dəstə ilə düşmənin ağlına belə gəlməyəcək bir istiqamətdən –
sıldırım qayalıqlardan dırmaşaraq şəhərə daxil oldular. Yalnız
yüngül silahlarla
silahlanmış igidlərimiz 4 tərəfdən düşmənin içərisinə sızaraq əlbəyaxa döyüşdə
düşməni məhv etdilər. 2020-ci il noyabrın 8-də Şuşa düşmən tapdağından azad
edildi. Şuşanın azad edilməsi müharibənin taleyini həll etdi. Noyabrın 9-da Si
-
lahlı Qüvvələrimiz 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad etdi.
Dostları ilə paylaş: