Qilman eyvazov iNTİqam əSGƏrov



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə4/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

HƏRBİ XİDMƏTİN 
ƏSASLARI
1. Ordu quruculuğu
2. Qoşun növləri
3. Ümumqoşun Nizamnamələrinin
ümumi müddəaları
4. Daxili Xidmət Nizamnaməsi
5. Sıra Nizamnaməsi
1
Layih
ə


9
Dünyada ən şərəfli peşə Vətəni
torpağı, dövləti qorumaq peşəsidir.
Ümummilli lider Heydər Əliyev
Layih
ə


M
maraqlı
X
Döyüşlərdə göstərdiyi şücaətlərinə görə bəzi tarixçilər 
Nadir şahı “Şərqin Napo leonu” və “İkinci Makedoniyalı İs­
gəndər” adlandırmışlar. 
X
Hakimiyyəti dövründə Nadir şah Əfşar ilk dəfə Xəzər də­
nizində hərbi donanma yaratmaq məqsədilə irəli sür­
müş və bu yolda əməli nəticələr əldə etmişdi. İngil­
tərədən mütəxəssislər dəvət edən Nadir şah iki hərbi 
kreyser də inşa etdirmişdir.
10
1. ORDU QURUCULUĞU
Millətin, xalqın böyüklüyü onun sayının çoxluğunda deyil. Dünya əhali si nin sayı 7 
milyarddan artıqdır. Bu qədər insan müxtəlif dillərdə danışır, müxtəlif ölkələrdə ya şa yır. 
Tarix boyu xalqlar öz ölkələrinin müdafiəsini təmin etmək üçün qüdrətli ordu 
yaratmaq məqsədilə hərb sənətinin inkişafına xüsusi diqqət yetirmiş və buna nail 
olmuşlar. Se vindirici haldır ki, biz də onların sırasındayıq.
Dövlətlərin uzunömürlü və qüdrətli olmasında ordunun rolu nədir?
Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Xalqı-
mız tarixi torpaqlarımızda zəngin mədəniyyət, dövlətçilik və hərb ənənələri 
yarat mış dır. Bu ərazilərdə Manna, Midiya, Atropatena, Albaniya və digər qüd
-
rətli dövlətlər mövcud olmuşdur. Onlar Azərbaycanın dövlət idarəçiliyi ənənələ
-
rinin formalaşmasında, iqtisadi-mədəni inkişafında və xalqımızın təşəkkülü 
prose sində mühüm rol oynamışdır.
Herodot “Tarix” əsərində Midiya hökmdarı Kiaksarın (e.ə. 625–585) hərbi 
islahatlar həyata keçirərək ordunu nizəçi, oxçu dəstələrinə böldüyünü, süvarilər 
dəstəsini piyadalardan ayırdığını, bununla da ordunu yenidən qurduğunu ya
-
zırdı. Görkəmli tarixçi, etnoqraf, professor Qiyasəddin Qeybullayev “Azər-
baycanın toponimiyası” əsərində Kiaksarı “ilk böyük türk” adlandırmışdır.
Orta əsrlərdə Şirvanşahlar, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu döv lətlə-
rində dövlətçilik ənənələri və ordu quruculuğu inkişaf etmişdir.
XV əsrin sonu – XVI əsrin əvvəllərində isə Azərbaycanın bütün tarixi tor-
paqları birləşdirilərək qüdrətli Səfəvilər dövləti yaradılmış, ana dilimiz dövlət dili 
səviyyəsinə qaldırılmış, dövlət işlərində və orduda, qismən də diplo ma tik yazış-
malarda işlədilməyə başlamışdır. 
Səfəvilər dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli sərkərdə 
Nadir şah 1739-cu ildə həmin imperatorluğun sərhədlərini, Dehli də daxil ol-
maqla, Şimali Hindistana qədər genişləndirmişdir.
Layih
ə


11
26 iyun 1918-ci il tarixində Azərbay
-
canı xarici müdaxilələrdən müdafiə et
-
mək, daxildəki düşmən qüv vələri zərər
-
sizləşdirmək üçün Azərbaycan Milli Or -
du su nun yaradılması haqqında qərar 
qəbul edilərək nizami ordu quruculu
-
ğuna başla nıldı. Yaradılan ilk kabinədə 
Azərbaycan höku mətinin hərbi naziri və
-
zifəsinə general Xosrov bəy Sultanov 
tə yin edildi. 
Çar Rusiyası dövründə keçmiş Tatar 
Süvari Alayının əsgərlə rindən formalaş
-
dırılmış Müsəlman korpusunun əsasında 
5000 nəfər şəxsi heyəti olan “Əlahiddə 
Azərbaycan korpusu” yara dıl mış dı. 
1918-ci ilin iyul ayının 11-də Milli Or
-
duya çağırış haqqında əmr verildi və 
24–29 yaşlı kişi cinsli vətəndaşlar səfər
-
bər edildi. Həmin ilin dekabr ayının 26-
da tam artille riya generalı Səməd bəy Mehmandarov hərbi nazir və zi fəsinə tə
-
yin edildi. O, xalqa müraciət edərək bildirdi ki, ölkəmizin bütün kişi cinsli 
və təndaş ları hərbi qulluq göstərməlidir.
Milli hərbi kadrların hazırlanması məqsədilə Hərbiyyə, İstehkamçılar, Hərbi 
dəmiryolçular və Hərbi feldşerlər məktəbləri yaradıldı. Əsgər və zabitlər üçün 
rütbələr tətbiq edildi. Qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti artıq 
30 min nəfər piyada və 10 min nəfər süvaridən ibarət nizami orduya malik idi.
su
al ta
p
şırıq
Layih
ə


Azərbaycan Əlahiddə Korpusu adlandırılan Qafqaz İslam Ordusu 1918-ci 
ilin iyununda Bakı Sovetinin bolşevik-daşnaklardan ibarət qoşununu Göyçay ət
-
rafında darmadağın edərək Bakı isti qa mətində 
azadlıq yürüşünə baş ladı. İyulun 20-də Şa
-
maxı, sentyabrın 15-də isə Bakı azad edildi.
1919-cu ildə Lənkəran bölgəsindəki rus 
hərbi dəstələri general Həbib bəy Səlimovun 
rəhbərlik etdiyi qüvvələrə təslim oldu. 
1920-ci ilin martında ermənilər Qarabağı 
Azərbaycandan qoparmaq üçün Əsgəran keçi
-
dini bağlayaraq Qarabağın dağlıq hissəsini blo
-
kadaya aldılar. Milli Ordumuzun Birinci Piyada 
Diviziyası düşməni darmadağın edərək özünün 
yük sək döyüş qabiliyyətini göstərdi. 
1920-ci il aprelin 28-də Azərbaycan Xalq 
Cümhuriyyəti Sovet Rusiyası tərə findən növbəti 
dəfə işğal edildi.
Azərbaycanın qəhrəman oğulları İkinci 
Dün y a müharibəsi illərində də böyük əzmkarlıq göstərdilər. Bu illərdə 123 nəfər 
Azərbaycan vətəndaşına Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. 
Hətta onların arasında həmin fəxri ada iki dəfə layiq görülənlər də olmuşdu. 
Bu isə həmvətənlərimizin hərb işindəki peşə karlığının bariz nümunəsidir.
Həbib bəy Səlimov
M
maraqlı
X
İkinci Dünya müharibəsində Berlinə ilk da xil olan 
azərbaycan lılar dan ibarət 416­cı Taqan roq diviziya sının 
hərbi qulluqçuları Məmmədov və Əh mədzadə leyte­
nant Rəşid Məci dovun rəhbərliyi ilə 1945­ci il may ayının 
2­də Qələbə bayra ğını Berlinin simvolu olan Branden­
burq qapılarının üzə rinə sanc mışlar. Reyxstaqın alınma­
sında göstər diyi rəşadətə görə diviziyanın digər döyüş­
çüsü Yusif Sadıqov isə Sovet İttifaqı Qəhrəmanı adına 
layiq gö rül müşdür.
X
1900­cü ildə Şuşada anadan olmuş Yaqub Quliyev İkinci 
Dünya müharibəsi illərində, 1942­ci il fevralın 11­də gene­
ral­mayor ali hərbi rütbəsi alan ilk azərbaycanlı olmuş­
dur. Türkmənistanın Mərv şəhər parkında bürünc hey­
kəli qoyulmuş və adına küçə salınmışdır. Bu qəhrəman 
azərbaycanlını qəl bən sevən türkmən xalqı ona “Bizim 
ulduzumuz”, “Türkmən ulduzu” kimi fəxri adlar vermiş­
lər. Gənc əsgərlər onun abidəsi önündə Hərbi and içirlər. 
Yaqubun adı türkmən xalqı üçün cəsarət rəmzidir.
12
Layih
ə



Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin