Azərbaycanın dövlət müstəqilliyinin bərpası 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası öz
suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün Milli ordu quruculuğuna başladı.
Müstəqilliyimizin ilk illərində, tarix boyu olduğu kimi, bu dəfə də ermənilər
ölkəmizə qarşı ərazi iddialarına əl atmış, nəticədə Dağlıq Qarabağdakı rayon
və kəndlərimiz mənfur qonşularımız tərəfindən işğal edilmilşdir. Lakin 1992-ci il
iyu nun 12-də ordumuz genişmiqyaslı uğurlu hücum əməliyyatı həyata keçirərək
Əsgəran rayonunun şimal və cənubunda bəzi yaşayış məntəqələrində nəzarəti
ələ keçirmişdi.
1994-cü ildə hərb tariximizə Horadiz əməliyyatı kimi daxil olan bu döyüşdə
qoşunlarımız Horadiz qəsəbəsi daxil olmaqla xeyli yaşayış məntəqəsini iş ğal-
dan azad etdi.
1994-cü ilin may ayında imzalanan atəşkəs razılaşmasından sonra ordu
quruculuğunda yeni mərhələ başladı. Ordumuzun maddi-texniki bazası möh
-
kəmləndirildi. Milli kadrların hazırlanmasına dair əhə miyyətli qərarlar qəbul
edildi və ordunun müdafiə qüdrətinin artırılması isti qamə tində vacib addımlar
atıldı. NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çər çivəsində əməkdaşlıq
başlandı. Bunun nəticəsidir ki, Azərbaycan Sülh mə ramlı Qüvvələri Kosovo,
Əfqanıstan və İraqda beynəlxalq əməliy yatlarda iştirak etmişdir.
2016-cı ilin aprel döyüşlərində ordumuzun qazandığı uğurlar mühüm hadisə
kimi hərb tariximizə yazıldı. Bölmələrimiz qarşılarına qoyulan döyüş tapşırıqla
-
rını qısa müddətdə uğurla yerinə yetirməklə cəbhə xəttinin konfiqurasiyasını və
psixoloji üstünlüyü xeyrimizə dəyişdi. Füzuli istiqamətində el arasında “Lələ-
təpə” adlandırılan Lələilahi dağının ələ keçirilməsi ilə həmvətənlərimizin Cocuq
Mərcanlı yaşayış məntəqəsinə qayıdışı təmin olundu. Horadiz şəhəri və ətraf
kəndlər düşmənin hətta artilleriyası üçün əlçatmaz oldu.
Lələilahi dağı Layih
ə