Mosullu tayfası
Onların böyük əmiri (Bək) TaĢ bəyin oğlu Əmir bəydir ki, Həsən padĢahın əmir əl-ümərası idi. Sultan
Əbu Səidin əmirləri ilə mühüm döyüĢlər etmiĢ, Tokatı yandırmıĢdı və onun oğlu Gülabi bəy də böyük əmir idi.
BaĢqa biri Əmir bəyin qohumu Sufi Xəlildir. Yaqub padĢahın vaxtında böyük əmir idi. PadĢahın
vəfatından sonra əksər bayanduri Ģahzadələrini öldürdü və axırda Van qalası ətrafında Süleyman bəy Bijən
tərəfindən qətlə yetirildi.
Bu tayfanın böyük əmirlərindən biri də Əmir xandır. ġah Təhmasibin adından Bağdad valisi idi və
Zülfüqar bəy onu öldürdü.
BaĢqa birisi Zülfüqar bəy ibn Noxud Sultandır ki, Əmir xandan sonra Bağdad valisi oldu, ġah Təhmasibin
əleyhinə çıxdı və axırda öz mülazimi Əli bəy tərəfindən öldürüldü
72
.
BaĢqa biri Əmir xan ibn Məhəmmədi bəy ibn Gülabi bəy ibn Əmir bəy ibn BəktaĢ bəydir ki, Təbrizin
əmir əl-ümərası idi.
Bu tayfanın böyük əmirlərindən biri Məhəmməd xandır ki, KaĢan hakimliyi ona tapĢırılmıĢdı və oğlu
Dəlican xan da bacarıqlı əmir idi.
Və bu tayfanın böyük əmirlərindən biri Heydər Sultandır ki, uzun illər Qum hakimi idi. Oğlanları Ġbrahim
xan və Ədhəm Sultan da o çiçəklənən Ģəhərin hakimi olmaqla ĢərəflənmiĢdilər. ġah Təhmasib Ġbrahim xanı
Ruma səfir göndərdi.
Əmirlərdən biri də Sultan Məsum xandır ki, Savə əyaləti ona mənsub idi.
8
Pornak tayfası
Bu tayfanın böyük əmiri ġahəli bəy olub. O, Həsən padĢahın vaxtında böyük qüdrətə malik idi. Sufi Xəlil
Mosullu ilə vuruĢda öldürüldü
73
.
BaĢqa biri Mənsur bəydir ki, Yaqub padĢah vaxtında ġiraz əmirliyi ona mənsub idi.
Digəri Qasım bəydir ki, Mənsur bəydən sonra ġiraz hakimi oldu.
Bu tayfanın böyük əmirlərindən biri Mürtəzaqulu xandır ki, MəĢhədin əmir əl-ümərası idi. O, Mənsur
bəyin oğludur.
Və əmirlərdən biri Bağdad hakimi Barik bəy olub ki, I ġah Ġsmayılın zühuru zamanı Ġraqi-Ərəbin
hökmdarı idi.
BaĢqa birisi Həsən bəy ġəkəroğludur ki, Rüstəm padĢah vaxtında Muğan və Qaracadağın əmir əl-ümərası
idi. Əlvənd zamanında baĢqa əmirlərə baĢçılıq edərək Gərmazərdə
74
I ġah Ġsmayılın yolunu kəsmiĢdi, (lakin)
məğlub oldu və qaçıb canını qurtardı
75
. Onun oğlu Ġsfahan Sultan I ġah Ġsmayıl dövründə Mərv hakimi idi və
Əmir Nəcmlə
76
döyüĢdə öldürüldü.
Digər əmirlər Mürtəzaqulu xanın qardaĢları Kazım xan və Fərrux xandır ki, Damğan və Hezarcəribin
77
hakimliyi onların əllərində idi.
(Əmirlərdən biri də) Mürtəzaqulu xanın oğlu Məhəmmədqulu xandır ki, ġəbankarə
78
əyalətinin idarəsi
ona tapĢırılmıĢdı.
Və baĢqa biri Pirbudaq xandır ki, hazırda Təbriz hakimidir.
ġeyxavənd tayfası
Onlar Həzrət Sultan ġeyx Səfi əl-həqq və-d-dinin nəslindəndirlər
73
. Onların böyük əmiri Məsum bəy
Səfəvidir. (O), ġah Təhmasibin hakimiyyətinin əvvəllərində qorçi
80
idi, sonra bir müddət yüzbaĢılıq etdi, ondan
sonra Ərdəbil vəqflərinin mütəvəllisi oldu, daha sonra isə ġah Təhmasibin vəkili oldu və 976-cı ildə
(26.VI.1568—15.VI.1569) Həccə gedərkən yolda Sultan Səlimin göstəriĢi ilə öldürüldü
81
.
BaĢqa birisi Zeynalabdin bəydir ki, I ġah Ġsmayıl vaxtında böyük əmir idi və 918-ci ildə (19.III.1512—
8.III.1513) Nəcm-i Sani ilə birlikdə Qicduvan Ģəhərində həlak oldu
82
.
Çəpni tayfası
Bu tayfa Trabzon ətrafındakı Yuxarı Canik və AĢağı Canikdəndir (Canik-i ə'la və Canik-i süfla)
83
Onlar
Oğuz xanın oğlu Gün xanın nəslindəndirlər
84
. Bu tayfadan böyük əmir az çıxmıĢdır.
(Bu tayfadan olan) ġahəli Sultan əvvəlcə Süleyman Sultan Rumlunun mülazimi idi, axırda Van qalasının
hakimi oldu. 955-ci ildə (11.II.1548—29.I.1549) Sultan Süleyman Alkas Mirza ilə birlikdə Ġrana gələndə
85
(o),
Van qalasını Sultan Süleymana təslim etdi. Buna görə ġah Təhmasib onu inək dərisinə çəkdirdi (və o),
dünyadan köçdü və (Ģah) onun qoĢununu Süleyman bəy Çəpniyə tapĢırdı.
Və bu tayfanın baĢqa bir əmiri Məhəmməd bəy Cəlaloğludur ki, Gürcüstan padĢahı Ləvasanı
86
qətlə
yetirdi və axırda ġirvanda özünü öldürdü.
Bayat və Bozçalu tayfası
«Bayat»—yəni «dövlətli» və «nemətli». Bu tayfa Oğuz xanın oğlu Gün xanın övladlarındandır. Bu
tayfada böyük əmirlər az olmuĢdur.
(Onlardan) Süleyman bəy ġah Təhmasibin yanında böyük nüfuza malik idi, axırda o həzrətin əmri ilə kor
edildi.
Onların kiçik əmirləri Hacı Üveys və Seyf bəy olmuĢlar ki, Əsilməz Sultandan və onun oğlu Dondar
Sultandan sonra Bayatın əmirliyi onların əlinə keçdi.
Onların böyük əmirlərindən (biri) ġahverdi Sultandır və digəri Uğurlu Sultandır ki, ġahverdi xan Lur ilə
vuruĢub həlak oldu
87
, qardaĢı ġahqulu Sultan Kərəhrud
88
və onun ətrafının hakimidir.
(BaĢqa bir əmir) Məhəmməd Sultandır ki, hazırda NiĢabur Ģəhərinin əmirliyi ona mənsubdur.
Ərəbgirlu (tayfası)
Onlar Ərəbgir vilayətinin ÇimiĢkəzək (mahalındandır)
89
və I ġah Ġsmayıl—Allah ona Cənnət
bağçalarında yer versin!—vaxtında onlar arasında böyük əmir olmayıb.
9
Xınıslu tayfası
Bu tayfa Xınıs, Tərcan və Qarahisardandır
90
. I ġah Ġsmayıl vaxtında onların böyük əmiri Ərzincan valisi
Həsən bəy Eyqutoğlu idi.
(Onların böyük əmirlərindən) Div Sultan I ġah Ġsmayıl zamanında Bəlx
91
hakimi oldu, özbəklərlə mühüm
döyüĢlər etdi və bütün vuruĢlardan qalib çıxdı. Çaldıran döyüĢündən sonra ġah Ġsmayıl onu hüzuruna çağırdı.
Bir neçə dəfə Gürcüstana qoĢun çəkdi və qələbələrlə geri döndü. Dayan Sultan Ustaclunun ölümündən sonra
əmir əl-üməra oldu. ġah Ġsmayılın vəfatından sonra ġah Təhmasibi taxta çıxardı. 933-cü ildə (8.X.1526—
26.IX.1527) Çuhə Sultan Təkəlunun təhriki ilə öldürüldü
92
.
Əmir Sultan I ġah Ġsmayıl zamanında rumlu qorçilərin yüzbaĢısı idi
93
. O həzrətin vəfatından sonra ġah
Təhmasibin xəzinədarı oldu. Çuhə Sultanın qətlindən sonra təbil və bayraq sahibi olub
94
, Qum valisi təyin
edildi. Sultan Süleyman ikinci dəfə Ġraqa (Ġraqi-Əcəmə) gələndə
95
, o, Dərcəzin
96
yaxınlığındakı Vəsə kəndində
idi. Rumlularla (osmanlılarla) Ģiddətli döyüĢlər aparıb o həzrətin diqqətini özünə cəlb etdi və Qəzvin Ģəhərinin
hakimliyini aldı, Saucbulaq, PiĢkildərə, Ərəbsəidi, Simnani (kəndləri)
97
ona tiyul verildi və 944-cü ildə (10.VI.
1587— 29.V.1538) ġah Təhmasib Damğandan MəĢhədə qədər Xorasan əyalətlərinin əmir əl-üməralığını ona əta
etdi. O, 947-ci ildə (8.V.1540—26.IV.1541) Təbrizdə vəfat etdi.
(Bu tayfanın baĢqa bir əmiri) Zəif Yusifin oğlu Sufiyan Xəlifədir. Əslən Sivas Ģəhərindəndir.
Pəhləvanlıqda birinci idi və özbəklər ilə Ģiddətli döyüĢlər edib 943-cü ildə (20.VI.1536—9.VI.1537) NiĢabur
(yaxınlığındakı) Əbdülabad (kəndində) Übeyd xanla vuruĢda öldürüldü
98
.
Nurəli Xəlifə I ġah Ġsmayıl vaxtında Ərzincan hakimi idi. Rumlularla (osmanlılarla) mühüm döyüĢlər
etmiĢ, Tokat Ģəhərini yandırmıĢdı. 922-ci ildə (5.II.1516—23.I.1517) ÇimiĢkəzəkdə «Bığlı ÇavuĢ» adı ilə
məĢhur olan Mustafa paĢa ilə vuruĢda həlak oldu
99
.
Bu tayfanın böyük əmirlərindən biri Süleyman Sultandır. Div Sultanın mülazimi idi və onun
öldürülməsindən sonra, fərmana görə, onun yerinə keçdi, (9) 43-cü ildə (20.VI.1536—9.VI.1587) Vəramində
100
dünyadan köçdü. Onun oğlu Hüseyncan Sultan Əmir Sultan Rumlunun köməyi ilə Rey hakimi oldu, MəntəĢa
Sultan Ustaclunun ölümündən sonra Çuxursədin
101
əmir əl- ümərası oldu və o zaman Ġskəndər paĢa Ġrəvana
gəldikdə
102
, onunla vuruĢmadı və (9)58-ci ildə (1551) vəfat etdi. ġah Təhmasib onun qoĢununu Div Sultanın
oğlu Ədhəm bəyə həvalə etdi.
Bu tayfanın böyük əmirlərindən biri də ġirvan valisi Aras Sultan idi
103
.
BaĢqa birisi Yusifcan Sultandır ki, hazırda TurĢizin
104
və o ətrafın hakimidir.
Təkəlu tayfası
Bu tayfa MəntəĢa eli, Aydın eli, Sərxan eli, Həmid eli, Kermiyan və Ədasya diyarındandır və bu
vilayətlərə bir yerdə Təkə eli deyirlər
105
. 916-cı ildə (10.IV.1510— 30.III.1511) o diyardan aləmin pənahı olan
dərgaha gəldilər və Sultan Bayəzidin
106
əmirləri ilə mühüm döyüĢlər etdilər, bütün vuruĢlardan qalib çıxdılar.
Bu tayfanın mötəbər əmiri Yekan bəy I ġah Ġsmayılın dövründə böyük əmir idi
107
.
BaĢqa birisi Çuhə Sultandır ki, I ġah Ġsmayılın vaxtında Kəlhor
508
hakimi idi, Div Sultan Rumlunun
qətlindən sonra əmir əl-üməra oldu və 937-ci ildə (25.VIII.1530-14.VIII.1531) Gəndoman yaylağında
109
öldürüldü.
Bu hadisənin təfsilatı belədir:
Hüseyn xan ġamlu ġirazdan gələrək, Ģahın hədsiz lütfləri sayəsində tay-tuĢlarından seçildikdə, Çuhə
Sultanın paxıllığı tutub onu öldürmək fikrinə düĢdü.
110
Bu məqsədlə ziyafət təĢkil edib Hüseyn xanı dəvət etdi.
Bəzi qorçilər bu qəsddən onu (Hüseyn xanı) xəbərdar etdilər və o həmin ziyafətə getmədi. Elə ki, gecə düĢdü,
(Hüseyn xan) Ģamlulardan bir dəstə ilə Çuhə Sultanın çadırının üstünə hücum çəkdi. Çuhə Sultan onların
əlindən qaçıb özünü ġah Təhmasibin divanxanasına saldı. Hüseyn xan onu təqib etdi. ġahın çadırında o iki
yolunu azmıĢ əmir savaĢmağa baĢladılar və çəkiĢmə zamanı iki ox ġah Təhmasibin tacına dəydi.
(Həmin gün) keĢikdə olan zülqədr qorçiləri Ģamlularla birləĢdilər və Məsir adlı zülqədr qorçisi Çuhə
Sultanı ağır yaraladı və o öldü. Amma təkəlular onun ölümünü gizli saxladılar. DüĢərgənin yaxınlığında olan
Burun Sultan Təkəlunun oğlu Hüseyn Sultan köməyə gəldi, Ģamlular bu vuruĢdan qaçıb Ġsfahana yollandılar və
Ģamlulardan 300 nəfərə yaxını əsir tutulub təkəlular tərəfindən öldürüldü. Təkəlu əmirləri Çuhə Sultanın oğlu
ġahqubadı (onun yerinə) vəkil etdilər və orduda fəsad törətməyə baĢladılar. BaĢqa tayfalar, o cümlədən, ustaclu,
rumlu, zülqədr, əfĢar birləĢməyə məcbur oldular və bir neçə gün sonra Ġmamzadə Səhləli
111
yaxınlığında onlarla
təkəlu (tayfası) arasında döyüĢ oldu. ġah Təhmasib də o tayfanın qətlinə fərman vermiĢdi. Nəhayət, təkəlu
tayfası Kürdüstan yolu ilə min bir əziyyətlə qaçıb Bağdada getdi və oranın hakimi Məhəmməd xan
ġərəfəddinoğlu Quduz Sultanı
112
və bəzi baĢqa ixtilafçıları öldürüb baĢlarını ġah Təhmasibin sarayına göndərdi.
«Afət-e təkəlu» ifadəsi bu hadisənin tarixini göstərir
113
.
10
(Bu tayfanın baĢqa bir əmiri) Uləmadır ki, Azərbaycanda hakim idi və Çuhə Sultanın yerinə vəkil olmaq
istədiyi üçün yeddi min süvari ilə ġah Təhmasib saayına yaxınlaĢdı
114
. Elə ki, üsyan xəbəri Ģahın qulağına çatdı,
onun üstünə hücum etdi, Uləma qaçıb özünü Van qalasına saldı və xandqar ona zərli paltar və qızıl saplarla
tikilmiĢ əmmamə göndərdi və onu Ruma dəvət etdi. O, Sultan Süleymanın hüzuruna yetiĢən kimi onu Ġrana
hücuma keçməyə təhrik etdi və Sultan Süleymanın Ġrana ikinci yürüĢü onun səyi ilə olmuĢdu
115
. Uləma Rumda
(Türkiyədə) vəfat etdi.
Onların böyük əmirlərindən biri Məhəmməd xan ġərəfəddinoğludur. Əvvəlcə Çuhə Sultanın mülazimi
idi, Əxi Sultanın qətlindən sonra Qəzvin hakimi oldu və Zülfüqar Türkmanın öldürülməsindən sonra Ġraqi-Ərəb
valisi oldu. Sufiyan Xəlifə Rumlu öldürüldükdən sonra Ģahzadə Sultan Məhəmməd Xudabəndənin
116
lələsi oldu
və otuz ilə yaxın Heratda hakimlik etdi və o Ģəhərdə dünyadan köçdü. Onun oğlu Qazaq xan Herat hakimi oldu,
qoĢununun sayı on minə çatdı və ġah Təhmasibə qarĢı çıxdı. Əmirlər Herata gedib onu həbs etdilər və o, (9)72-
ci ildə (9.VIII.1564— 28.VII.1565) vəfat etdi.
Bu tayfanın əmirlərindən biri Çərkəs Həsənin oğlu Qazi xandır. Atası Urmi (Urmiya) hakimi idi və Div
Sultanın əmri ilə öldürülmüĢdü. (Qazi xan) Hüseyn xandan sonra Herat hakimi və Bəhram Mirzanın lələsi oldu,
axırda Ruma getdi
117
. Sultan Süleyman Ġraq hakimliyini ona əta etdi və (9)47-ci ildə (8.V.1540—26.IV.1541)
beĢ min nəfərlə o diyardan qaçıb ġah Təhmasibin hüzuruna gəldi və ġirvanın Bakı, Salyan və Mahmudabad
(Ģəhərlərinin) hakimi oldu
118
və Alkas Mirzanın təhriki, ġah Təhmasibin fərmanı ilə öldürüldü.
Burun Sultan uzun illər ġah Ġsmayılın adından MəĢhəd hakimi idi və Sultan Hüseyn Mirzanın nəvəsi
Məhəmməd Zaman Mirzanı
119
məğlub edib axırda Səksəncəkdə ustaclular tərəfindən öldürüldü
120
.
Və bu tayfanın baĢqa bir əmiri Əli Sultandır ki, uzun illər I ġah Ġsmayılın adından Qəzvin hakimi idi.
Axırda Bistamda özbək Übeyd xanla vuruĢda öldürüldü.
TÜRKMAN TAYFALARI
Onlar iki qola ayrılırlar: Qaraqoyunlu və Ağqoyunlu; və uzun illər Ġranda hökmranlıq etmiĢlər.
QARAQOYUNLU TAYFALARI
121
Onlar ƏrciĢ
122
ətrafında yaĢayırdılar və onlara «barani» də deyirlər.
Qara Yusif ibn Qara Məhəmməd: Son dərəcə cəsur, mərd və güclü olmuĢdur. Belə ki, Əmir Teymurla
(Teymurlənglə) dəfələrlə vuruĢmuĢdu və Sultan Əhməd Cəlairlə
123
birgə Ruma, oradan isə ġama getdi. Oranın
(ġamın) padĢahı Məlik ƏĢrəf Teymurun xoĢuna gəlmək üçün hər ikisini həbs etdi. O vaxt onun bir oğlu oldu,
adını Pirbudaq qoydular və Sultan Əhməd onu oğulluğa götürdü.
Əmir Teymurun ölümündən sonra
124
(Qara Yusif) həbsdən azad oldu. Onunla o vilayətə getmiĢ və
dağılıĢmıĢ min atlı yenidən toplaĢdı və (Qara Yusif) oradan qaçıb Fərat çayının sahillərinə qədər sərhəd tayfaları
və keĢikçiləri ilə 180 döyüĢ edib qalib çıxdı. 809-cu il cumadiüləvvəl ayının 1-də (14.X.1406) Naxçıvan
yaxınlığında Mirza Əbabəkr
125
ilə vuruĢub qələbə çaldı. Və ikinci dəfə Təbriz yaxınlığındakı Sərdrudda 810-cu
ildə (8.VI.1407—26.V.1408) Mirza Əbabəkrlə döyüĢdükdən və onun atası Mirza MiranĢahı
126
öldürdükdən
sonra bütün Azərbaycana, Ġraqi-Ərəbə və Ġraqi-Əcəmin bir hissəsinə hakim oldu. Axırda Mirza ġahrux onun
qarĢısını almaq üçün iki yüz min süvari ilə Reyə gəldi və paytaxtın mühafizəçiləri düĢməni məhv etmək üçün on
iki min dəfə «Ġnna fəthəna»
127
oxudular.
Qara Yusif ağır xəstə olmasına baxmayaraq, qeyrət göstərib Təbrizdən Ucana
128
getdi və orada (8)23-cü il
ziqədə ayının 7-də (13.XI.1420) cümə axĢamı vəfat etdi. Bu vaxt oğlanlarından heç biri yanında deyildi. Ordu
elə qarıĢdı ki, heç kəs qalmadı. Onu (...) qoyub dağılıĢdılar, (...) dəstəsi ora gəlib onun geyimini çıxardılar və
daĢ-qaĢla bəzədilmiĢ sırğalarına tamah saldılar, çıxarmağa imkan tapmayıb qulağı ilə birlikdə (kəsib) apardılar.
Onun (Qara Yusifin) altı oğlu var idi:
Birincisi, Pirbudaqdır ki, onu padĢah edib qarĢısında qızıl dəyənəklə dayanırdı, bu əsasla ki, sultan
oğludur. O, atasının sağlığında vəfat etdi və bundan sonra Qara Yusif öz adından sultanlıq etməyə baĢladı
129
.
Ġkincisi, ġahməhəmməddir ki, iyirmi üç il Bağdad hakimi olmuĢdu. 836-cı il zihiccə ayının 18-də
(5.VIII.1433) Baba Hacı Həmədani
130
tərəfindən öldürüldü.
Üçüncüsü, Əmir Ġsfahandır ki, Bağdadı qardaĢı ġahməhəmməddən zor ilə aldı və on iki illik
hakimiyyətdən sonra (8)48-ci il ziqədə ayının 28-də (8.III.1445) çərĢənbə axĢamı vəfat etdi.
Dördüncüsü, Əbu Səiddir ki, (8)38-ci ildə (7.VIII.1434—26.VII.1435) qardaĢı Ġskəndər tərəfindən
öldürüldü
131
.
(BeĢincisi), Qara Ġskəndər ibn Qara Yusif: son dərəcə Ģücaətli və cəsur idi. Atasının ölümündən sonra
taxta çıxdı. 824-cü il rəcəb ayının 27-də (28.VII.1421) bazar ertəsi ƏləĢkerddə
132
Mirza ġahruxla iki gün
döyüĢüb böyük Ģücaət və qəhrəmanlıq göstərdi. Axırda əldən düĢdüyü üçün qaçıb Ruma getdi və Mirza
(ġahrux) qayıtdıqdan sonra Azərbaycana gəlib taxta oturdu.
11
Ġkinci dəfə Mirza ġahrux onun üstünə qoĢun çəkdi və (8)32-ci il zihiccə ayının 17-də (17.IX.1429) Ģənbə
günü Səlmas yaxınlığındakı Zahir (kəndində) döyüĢ oldu. Ġskəndər iki gün qəhrəmancasına vuruĢdu, amma
bəxti müsaid olmadığından yenə məğlub olub Ruma yollandı və Mirza (ġahrux) getdikdən sonra yenə
Azərbaycana hakim oldu. Və (8)39-cu ildə (27.VII. 1435—15.VII.1436) Mirza (ġahrux) yenə onun qarĢısını
almaq üçün Reyə gəldi. Qara Yusifin oğlu Mirza CahanĢah onun hüzuruna getdi və (ġahrux) Ġskəndərin
fitnəsinin qarĢısını almağı ona həvalə etdi. (Misra): sərxoĢu saqinin qəmzəsinə tapĢır!
(Altıncısı), CahanĢah Mirza ibn Qara Yusif: Arabir Ģer yazmağa meyl edirdi və təxəllüsü «Həqiqi» idi.
Mirza ġahrux tərəfindən Azərbaycan valisi təyin edildi. TalıĢdakı Qızılağacda qıĢladı. QardaĢı Ġskəndər Rumdan
geri qayıdıb Sürməlu
133
qıĢlağından Təbrizə gəldi və oranı tutdu. CahanĢah onu dəf etməyə tələsdi və 840-cı ilin
əvvəllərində (1436) Mərənd yaxınlığındakı Sufiyan (qəsəbəsində) iki qardaĢ arasında döyüĢ oldu. Ġskəndər
Əlincəq qalasına qaçdı və orada (8)41-ci il Ģəvval ayının 25-də (20.IV.1438) onun cariyələrindən birinə aĢiq
olmuĢ oğlu ġahqubad tərəfindən öldürüldü
134
və onun meyidini Təbriz (yaxınlığındakı Vəlyankuhda yerləĢən
Əxi Sədəddin qülləsinə apardılar. Və əmisi onu (ġahqubadı) cəzalandırdı.
844-cü ildə (2.VI.1440—21.V.1441) (CahanĢah) Gürcüstana qoĢun çəkdi və qələbə qazandı. 851-ci ildə
(19.III.1447—6.III.1448) Diyarbəkrə—qardaĢı Ġskəndərin oğlu Əlvəndin üstünə yeridi. Oranın bəzi mahallarını
tutdu. 856-cı ildə (23.I.1452—11.I.1453) Ġraq vilayətini tutdu və 857-ci ildə (1453) Ġsfahanda kütləvi qırğın
törətdi. 859-cu ildə (22.XII.1454—10.XII.1455) Bağdadı tutdu və oranı qardaĢı Ġsfahan bəyin oğlunun əlindən
aldı
135
. (8)61-ci ildə (29.XI.1456—18.XI.1457) Xorasana yollandı, Heratı tutdu və Əlaüd-dövlə ibn
Baysunqur
136
ona pənah gətirdi. Bu zaman Sultan Əbu Səid Mavəraənnəhrdən onun üstünə yeridi və
Azərbaycandan Həsənəlinin qiyam xəbəri gəldi. CahanĢah onunla (Əbu Səidlə) sülh bağlamağa məcbur olub
geri qayıtdı
137
. Həsənəli qaçıb Bakı
138
qalasında gizləndi. Atası istəyirdi ki, onu yanına gətirib cəzalandırsın;
(yalandan) bildirdi ki: «onun günahından keçdim». (Amma) arvadı Bəyim qoymadı və axırda onu (Həsənəlini)
öz məmləkətindən qovdu.
O biri oğlu Pirbudaq ġirazda üsyan etdiyi üçün onu oradan çıxarıb Bağdada göndərdi və bu misranın
hərfləri həmin tarixi köstərir: «Həqiqi kam-e del yabəd ze ġiraz»
139
. O, (Pirbudaq) ora getdi, (amma), yenə də
atasına tabe olmaq istəmirdi. 869-cu ildə (3.IX.1464—23.VIII.1465) (CahanĢah) oranı (Bağdadı) mühasirəyə
aldı və bir ildən sonra tutdu və 870-ci il ziqədə ayının 2-də (16.VI.1466) bazar günü səhər qardaĢı Məhəmməd
(Mirza) Pirbudağı öldürdü.
873-cü ildə (22.VII.1468—10.VII.1469) (CahanĢah) Diyarbəkrə—Həsən bəyin (Uzun Həsənin) üstünə
qoĢun çəkdi və qıĢ çox sərt olduğu üçün MuĢ düzündən geri qayıtdı. O, gecələr oturmağa və gündüzlər yatmağa
adət etdiyi üçün Rum padĢahı onun adını «Yarasa» («ġəbpərə») qoymuĢdu. O, evdə yatdığı və qoĢunu baĢqa
düĢərgəyə yollandığı zaman Həsən bəy fürsət tapıb altı min süvari ilə onun üstünü aldı və həmin ilin rəbiüssani
ayının 12-də (30.X.1468) qaçarkən naməlum bir Ģəxs tərəfindən öldürüldü. Oğlanları Məhəmmədi və Əbu Yusif
əsir düĢdü. Məhəmmədi öldürüldü və o biri kor edildi. (CahanĢah) 808-ci ildə (29.VI.1405—17.VI.1406)
Mardin
140
(yaxınlığındakı) Mədrəsə (kəndində) anadan olmuĢdu.
Həsənəli ibn CahanĢah: Atası onu öz ölkəsindən qovduqda, o, Diyarbəkrə—Həsən bəyin yanına getdi
(və ondan) qayğı gördü. Dəfələrlə atasının hüzuruna qayıtmaq istəsə də, yenə qorxub Həsən bəyin yanına
gedirdi və yenə də hörmət görürdü. Axırda fitnəsi və xəyanəti məlum olanda, Həsən bəy onu qovdu və (o),
qardaĢı Pirbudağın yanına getdi. Atasının ölümündən sonra Təbrizə gəldi və xəzinəni öz tərəfdarı hesab etdiyi
bir dəstə rəzilin arasında bölüĢdürdü. QardaĢı Əbülqasım Kermanda qiyam qaldırdı və Ġsfahanı tutmaq istədi,
amma müvəffəq olmadı. Çarəsiz qalıb qardaĢına (Həsənəliyə) təslim oldu və onun əmri ilə öldürüldü. Və
atasının xeyirli iĢlər görmüĢ və «Müzəffəriyyə» sarayını tikdirmiĢ arvadı Bəyimi boğub öldürdü, onun
(Bəyimin) qardaĢları Qasım və Həmzəni qılıncdan keçirdi.
Xülasə, sanki bu nahaq qanların əvəzi olaraq, o əzəmətdə ordu Xoyda Həsən bəyin qoĢunu ilə üzləĢəndə
qorxudan xəndəklərdə gizləndi. Axırda Həsən bəyin mühafizəçiləri sapand daĢları ilə onları qaçmağa məcbur
etdilər. Həsənəli Bərdəyə—Qaramanlu tayfasının yanına qaçdı, oradan Ərdəbilə gəldi. Hər gün bir fitnə
törədirdi. Axırda Həsən bəy oğlu Uğurlu Məhəmmədi onun üstünə göndərdi və 873-cü ilin Ģəvval ayında
(14.IV.—12.V.1469) Həmədanda ələ keçib öldürüldü. Bununla o sülaləyə son qoyuldu
141
.
Dostları ilə paylaş: |