QARAQOYUNLU TAYFALARI HAQQINDA
142
Alpaut tayfası
Pir Məhəmməd bəy bu tayfanın böyük əmirlərindəndir. Pirbudaq Mirzanın ölümündən sonra Bağdad
hakimi oldu. Həsən padĢah onu mühasirəyə aldı və heç nə edə bilmədi. Elə o vaxtlar—872-ci ildə
(2.VIII.1467— 21.VII.1468) vəfat etdi.
Bu tayfanın böyük əmirlərindən biri Rüstəm bəy Təvaçidir
143
ki, Səncəq döyüĢündə
144
əsir düĢdü.
12
Bu tayfanın böyük əmirlərindən biri də Pir Məhəmməd bəy Sanidir ki, Həsən padĢahın əmirlərindən idi
və Tərcan döyüĢündə dedi ki: «mən Həsən padĢaham»! Ona görə Sultan Məhəmmədin əmri ilə Tokat qalasında
dustaq edildi
145
.
Bu tayfanın əmirlərindən biri də Qaraxan bəydir ki, Qara Yusifin adından Həmədan hakimi idi.
BaĢqa birisi Sərxan bəydir. O da Qara Yusifin böyük əmirlərindən idi.
Daha biri—Yaqub bəy Mirza Ġskəndərin böyük əmiri idi.
BaĢqa birisi Məhmad bəydir ki, Sultan Xəlil zamanında böyük əmir idi.
Baharlu tayfası
Onların böyük əmiri ƏliĢəkər bəydir ki, CahanĢah padĢahın adından uzun illər Həmədan, Vorucerd və
Nəhavənd
146
hakimi olmuĢdur. CahanĢah onu Rüstəm Tərxan və baĢqa yaxın adamları ilə birlikdə Həsən
padĢahla döyüĢə göndərdi və (o), Mardində əsir düĢdü
147
, o həzrət onu azad etdi və yenidən Həmədan hakimi
oldu.
Onun övladları Pirəli bəy, Yarəli bəy və Bayram bəy də böyük əmirlər idilər. Pirəli bəy Səncəq
döyüĢündə Həsən padĢah tərəfindən tutuldu və o həzrət onu azad etdi. Ondan sonra CahanĢahın kor edilmiĢ oğlu
(Əbu) Yusif Mirzanı taxta çıxardı və Nuzul
148
Ģəhəri ətrafında Lur-i kuçek
149
hakimi ilə vuruĢdu və onu öldürdü.
Axırda (həmin) Ģəhər yaxınlığında Həsən padĢahın oğlu Uğurlu Məhəmməd tərəfindən məğlub edildi və Sultan
Hüseyn Mirzaya (Bayqaraya) pənah apardı.
Bu tayfanın böyük əmirlərindən biri ġahvəli bəydir ki, Səncəq döyüĢündə öldürüldü.
BaĢqa birisi ƏliĢəkər (bəyin) nəvəsi Bayram xandır
150
ki, Humayun padĢahın
151
əmir əl-ümərası idi. Onun
ölümündən sonra Cəlaləddin Əkbəri
152
taxta çıxardı və bütün (zəruri) tədbirləri gördü. Axırda paxılların fitnəsi
ilə onların arasına düĢmənçilik düĢdü və (Bayram xan) çox vuruĢlardan sonra Həccə yollandı və yolda hindlilər
tərəfindən öldürüldu.
Onun oğlu layiqli xidmətlərinə görə xanlar xanı (xan-xanan) oldu
153
və Cəlaləddin Əkbər padĢah ona
Sultan Hüseyn Mirza Səfəvinin
154
oğlu Rüstəm Mirza ilə birlikdə Dəkən ölkəsini
155
tutmağı həvalə etdi və o
tərəflərin əksəriyyətini tutdu; hazırda o məmləkətin hökmdarıdır.
Cagirlu tayfası
Onların böyük əmiri Əmir Bəstamdır ki, illərlə Qara Yusif Türkmanla vuruĢdu və axırda onun əmir əl-
ümərası oldu. (Onun) oğlanlarından Əmir Bayəzid CahanĢah padĢahın divan əmiri (əmir-i divan) idi və
ölümündən sonra qardaĢı Əbülfəth bəy onu əvəz etdi.
Bayəzid bəyin oğlu Ömər bəy CahanĢahın böyük əmiri idi və Həsənəlinin məğlubiyyətindən sonra Əbu
Səidin xidmətinə keçdi və axırda Həsən padĢah tərəfindən əsir tutuldu.
Əli bəy CahanĢahın böyük əmiri idi və Səncəq döyüĢündə Həsən padĢahın qoĢununun əlinə keçib
öldürüldü.
Qaramanlu tayfası
Əmir Qaraman Qara Yusif zamanında bütün əmirlərdən böyük idi və ġirvan padĢahı Sultan Ġbrahimlə
döyüĢdə
156
qəhrəmanlıqlar göstərmiĢdi.
Piri Qaraman Mirza Ġskəndərin böyük əmiri idi və ondan üz döndərib CahanĢaha qoĢuldu.
Bəxtiyar bəy CahanĢah zamanında ona pənah gətirdi. Buna görə Həsən padĢah Sufi Xəlil Mosulluya
Süleyman bəy Pornak və Əli bəy Ağacəri kimi böyük əmirlərlə birlikdə onu aradan götürməyi tapĢırdı. Sufi
Xəlil qəflətən onun üstünə hücum çəkdi və Bəxtiyar bəyi iki yüz nəfər mülazimi ilə birgə qətlə yetirdi.
Və baĢqa birisi Bayram bəydir ki, I ġah Ġsmayıl zamanında Bəlx valisi idi və o həzrətin bacısının əri idi.
Nəcm-i Sani ilə birlikdə Qicduvanda həlak oldu.
Onların əmirlərindən biri də Yarməhəmməd bəydir. (O), Qara Yusif zamanında böyük əmir idi.
Sədlu tayfası
Onların böyük əmiri Pirhüseyn bəydir ki, ƏləĢkerd döyüĢündə
157
Mirza ġahruxun mülazimləri tərəfindən
öldürülmüĢdü.
Hüseyn Sədlu CahanĢahın adından Astrabad hakimi idi və Sultan Hüseyn Mirza Bayqara ilə vuruĢub
həlak oldu.
BaĢqa biri Saru Pirəlidir. CahanĢah Bağdadı fəth edəndə, o, Dəclədə boğuldu. Onun oğlanları Mirsübhan
bəy və Əmir bəy Həsən padĢahın əmirlərindən idilər.
13
Pirhüseyn bəyin övladlarından Alovxan bəy ġah Təhmasib zamanında kiçik əmir idi.
Fərhad xan Bayram bəyin övladlarından idi və I ġah Abbasın zamanında
158
yüksək sultanlıq rütbəsinə
çatdı, bir müddət tam əzəmət və istiqlal ilə fələk vüqarlı padĢahın xidmətində ixtiyar və iqtidar sahibi idi.
Səltənətin əsas dayağı idi və onun düzgün rəyi olmadan hakimlərin təyini və çıxarılması, mühüm iĢlərin icrası
baĢ vermirdi. Yüksək «Övlad» («fərzənd») ləqəbinə layiq görülmüĢdü və heç bir xoĢbəxtin təsəvvür edə
bilməyəcəyi ali bir rütbəyə və möhtərəm mənsəbə yetiĢmiĢdi. Bütün iĢlərdə və cəmi məsələlərdə etibar və
etimad nöqtəsi olmuĢdu. Axırda vəfasız fələk öz köhnə adətini göstərdi və onu kiçik bir təqsirlə asiman saraylı
padĢahın gözündən saldı.
Tale mənhus olub bəxt dönəndə ulduzlar və fələklər də öz təsirini göstərib iĢini sona yetirdilər. Ġzzət və
dövdət tacı ilə fəxr edən baĢını nizəyə keçirib Heratın bazar və məhəllələrində gəzdirdilər
159
.
Bu qəziyyə 1007-ci ilin məhərrəm ayında (4.VIII.— 2.IX.1598) Heratda I ġah Abbas Xorasanı
özbəklərdən azad edəndə baĢ vermiĢdi və «fəth-e heri Ģod» ifadəsi onun tarixini göstərir
160
.
(Fərhad xanın) qardaĢı Zülfüqar xan hazırda mötəbər xanlardan biridir və səxavətinin çoxluğu ilə öz
təbəqəsindən və taylarından seçilir və üstündür. I ġah Abbas onu Ruma səfir göndərdi və o, faydalı təsiri olan
həmin səfərdə səy və mərdanəlik göstərdi. Yuxarılar və aĢağılar arasında həmin səfirlik məlum və məĢhur, insaf
sahiblərinin dili və ağzında məzkurdur. Hal-hazırda Ərdəbilin hakimliyi ona tapĢırılmıĢdır.
Hacılu tayfası
ġahəli bəy (...) əmirlərdən olmuĢdu və 909-cu ildə (26.VI.1503—13.VI.1504) Vəramində Hüseyn Kiya
Çəlavi
161
tərəfindən öldürülmüĢdü.
Və bu tayfanın əmirlərindən biri Kor Seyiddir.
Bayburtlu tayfası
Bu tayfa Ərzincan yaxınlığında yerləĢən Bayburtdandır və onların böyük əmiri Qaraca Ġlyasdır ki, I ġah
Ġsmayılın cülusunun əvvəllərində onun hüzuruna gəlmiĢdi
162
.
Varsaq tayfası
Onların əsli indi Qaraman kimi məĢhur olan yunan Ģəhərlərindəndir. I ġah Ġsmayıl vaxtında onlardan
böyük əmir olmayıb. Onların kiçik əmirləri Musa bəy, Həsən Xəlifə—Xaf
163
hakimi, Mustafa bəy və Durhəsən
Xəlifə olmuĢlar.
Evoğlu (tayfası)
Bu tayfadan böyük əmir olmayıb. (Onlar) Səfəvi xanədanının müridlərindəndir və əksərən o həzrətin
mətbəxində xidmət etmiĢlər.
Qaracadağlu tayfası
Bu tayfanın böyük əmiri ÇavuĢ Mirzadır ki, I ġah Ġsmayıl vaxtında əmir olmuĢdur.
Və bu tayfanın (əmirlərindən) biri Xəlifə Ənsardır
164
.
KÜRD TAYFALARI HAQQINDA
Bu tayfada böyük padĢahlar olmuĢdur, o cümlədən, Nəcməddin Əyyubun oğlu Sultan Səlahəddin Yusif
165
ki, iyirmi altı il Misir, ġam, Hələb və Diyarbəkrdə hökmranlıq etmiĢ, Ģücaətli, səxavətli və ədalətli padĢah
olmuĢdur, 589-cu ilin səfər ayında (6.II.— 6.III.1193) DəməĢqdə vəfat etmiĢdir.
O diyarda hökmranlıq etmiĢ həmin sülalə budur: Məlik Əziz Osman, Məlik Mənsur Məhəmməd, Məlik
Əfzəl Nurəddin Əli, Məlik Adil Əbubəkr, Məlik Saleh, Məlik Nəcməddin Əyyub, Məlik Müəzzəm TuranĢah;
həmən ölkələrdə onların hökmranlığı 81 il olmuĢdur
166
.
Belə deyirlər ki, Əyyubilər adlanan Misir sultanlarının əcdadı kürd qəhrəmanlarından ġadi adlı birisi imiĢ.
(O), Sultan Məsud Səlcuqinin
167
vaxtında Tikrit qalasının
168
komendantı təyin edildi və öldükdən sonra Ģərəfli
oğlanları Nəcməddin Əyyub və Əsədəddin ġirkuh o iĢi icra etdilər, ta o vaxta qədər ki, Əsədəddin bir nəfəri
öldürdü və orada qalmağı məsləhət bilməyib Nurəddin Mahmud ibn Ġmadəddin Zəngiyə
169
pənah apardılar və
Ģahın sevimlisi və qoĢunun baĢçısı oldular.
Misir Ġsmaili dövləti zəifləməyə baĢlayanda o zaman Misir hüdudlarına basqın edən türklərin təhlükəsini
dəf etmək üçün Nurəddin Mahmuddan kömək istədi və o, dəfələrlə Əsədəddini müzəffər qoĢunla köməyə
14
göndərdi. Əsədəddin axırıncı dəfə Azid Ġsmailinin
170
vəziri ġaburu (ġapuru) öldürdü və yerinə keçdi. Ġki aydan
sonra o da axirət dünyasına köçdü. QardaĢı oğlu Səlahəddin Yusif ibn Nəcməddin Əyyub onu əvəz etdi və 567-
ci ildə (4.IX.1171—22.VIII.1172) Azidin ölümündən sonra bütün Misirin və onun ətrafının valisi oldu, baĢqa
iddiaçıları aradan götürdü. Nurəddin Mahmud Zəngidən xahiĢ edib atası Nəcməddin Əyyubu Misirə gətirdi.
Nəcməddin Əyyub Yaqub kimi hicran çəkmiĢ gözlərini Misirdə sultanlıq edən əziz Yusifin görüĢü ilə
iĢıqlandırdı
171
. (Səlahəddin) atasının məsləhətinə görə, Nurəddin Mahmud Zəngiyə xidmət yolundan çıxmırdı,
Nurəddin də o torpaqları ona güzəĢtə getdi.
Səlahəddin cahangirlik qılıncını sıyırıb az bir müddətdə o vilayəti din və dövlət düĢmənlərindən
təmizlədi. O qədər səxavətli idi ki, səltənətin geniĢliyinə, məmləkətin böyüklüyünə və qənimətlərin bolluğuna
baxmayaraq, 589-cu il səfər ayının 7-də (12.II.1193) səhər keçinərkən, onun xəzinəsində 47 dirhəmdən artıq pul
yox idi.
Deyirlər, Azidin xəzinəsindən Səlahəddin Yusifin əlinə keçən qiymətli Ģey bir zümrüd əsa və gözəl xətlə,
yazılmıĢ yüz min nüsxə nəfis kitab olub.
Misir, ġam və Yəmən yüz ilə yaxın Əyyubilərin hakimiyyəti altında olmuĢdur və onların çoxu gizli
sultanlıq xalatı geymiĢlər. Axırı 662-ci ildə (4.XI.1263—23.X.1264) süqut edib qulamlara çevrildilər və 923-cü
ildə (24.I.1517—12.I.1518) Rum padĢahı Sultan Səlim onların sonuncusu olan Qansuhu
172
məğlub etdi və o
məmləkət rumluların (osmanlıların) əlinə keçdi.
LUR TAYFALARI HAQQINDA
Luristan təxminən 300-cü ildə (18.VIII.912—7.VIII. 913) o diyarın hakimi olmuĢ iki qardaĢın adı ilə iki
hissəyə bölünmüĢdür: Bədr—Böyük Lurun valisi, Mənsur—Kiçik Lurun valisi. Uzun müddət Luristanın
hakimliyi onların əlində idi.
Onların böyük padĢahı Nəsirüddövlə ibn Mərvan
173
; əlli iki il Cəzirə
174
və Diyarbəkrdə sultanlıq etmiĢ və
453-cü ildə (26.I.1061—14.I.1062) vəfat etmiĢdir. Ondan sonra övladları Nəsr, Səid və Mənsur o diyarda
hakimlik etmiĢlər
175
.
Və onların böyük əmirlərindən biri Bitlis
176
padĢahı ġərəfəddin xanın oğlu ġəmsəddin xandır
177
.
Kiçik əmirlərdən (biri) Hası bəy Dünbülidir ki, Xoyda Ġskəndər paĢa ilə vuruĢda həlak oldu
178
.
15
ĠKĠNCĠ HĠSSƏ
SOL TƏRƏFDƏ (CĠNAHDA) OLAN TAYFALAR HAQQINDA
Ustaclu (tayfası)
Onlar I ġah Ġsmayılın zühurunun əvvəllərində Ərzincan yaxınlığında öz köçləri ilə xoĢbəxt orduya
qoĢuldular. Onların böyük əmirləri çoxdur. O cümlədən:
Xan Məhəmməd yeddi il I ġah Ġsmayılın adından Diyarbəkr hakimi idi, az bir qoĢunla dəfələrlə zülqədr
ordularını məğlub etmiĢdi və 920-ci ildə (26.II.1514—14.II.1515) Çaldıran döyüĢündə həlak oldu.
Onun qardaĢı Qara xan ondan sonra Diyarbəkr əmir əl-ümərası oldu və 922-ci ildə (5.II.1516—23.I.1517)
Mardin (yaxınlığındakı) Qoruqtəpədə «Bığlı ÇavuĢ» adı ilə məĢhur olan Mustafa paĢa ilə döyüĢdə öldürüldü
179
.
Bu tayfanın böyük əmirlərindən biri Çayan Sultandır
180
ki, Hüseyn bəy Lələ çıxarıldıqdan sonra I ġah
Ġsmayılın əmir əl-ümərası oldu və 930-cu ildə (10.XI.1523—28.X.1524) vəfat etdi.
Onun qardaĢı Köpək Sultan vəkillik mənsəbi üstündə Div Sultan Rumlu ilə vuruĢub 933-cü ildə
(8.X.1526—26.IX.1527) ġəhrurda (ġərurda) öldürüldü
181
.
Bu tayfanın böyük əmirlərindən biri I ġah Ġsmayılın bacısı oğlu və ġah Təhmasibin bacısının əri Abdulla
xandır. Çuhə Sultanın ölümündən sonra Hüseyn xan ġamlu ilə Ģərikli ġah Təhmasibin əmir əl-ümərası oldu,
sonra isə ġirvan hakimi oldu və az bir qoĢunla Qasım bəy ġirvanini
182
məğlub etdi və 974-cü ildə
(19.VII.1566—7.VII.1567) dünyadan köçdü. (O), siyasətcillikdə Ģahın bütün əmirlərindən seçilirdi.
BaĢqa biri MəntəĢa Sultandır ki, ġah Təhmasib zamanında Azərbaycan əmir əl-ümərası idi və ġah
Təhmasib ona «lələ» deyə müraciət edirdi. 953-cü ildə 4.III.1546—20.II.1547) qəflətən vəfat etdi.
BaĢqa biri Bədr xandır ki, ġah Təhmasibin divanbəyi idi, ġahqulu Xəlifədən sonra qoĢunun sərdarı oldu
və Astrabad yaxınlığında özbək Əli Sultanla vuruĢub əsir düĢdü
183
. Axırda o bəladan (əsirlikdən) xilas oldu və
Qəzvin Ģəhərinə gəldi. Amma (Ģahın) kimiya təsirli nəzərini cəlb etmədi, ona görə çox məyus oldu və elə o
dövrdə vəfat etdi.
BaĢqa birisi Qazaq Sultanın oğlu—Çayan Sultanın qardaĢı oğlu—ġahqulu Sultandır ki, uzun illər ġah
Təhmasibin adından MəĢhəd hakimi idi və 958-ci ildə (1551) ġah Təhmasib onu çağırıb Ġsmayıl Mirzanın
184
lələsi təyin etdi. Hüseyncan Sultan Rumlunun vəfatından sonra Çuxursədin əmir əl-ümərası oldu və ġah
Təhmasib onu Ruma səfir göndərdi
185
. Oradan qayıtdıqdan sonra Qəzvin Ģəhərində axirətə köçdü. ġah Təhmasib
onun qoĢununu Məhəmmədi xana—boyunun qısalığına görə Ģah ona «Toxmaq xan» ləqəbi vermiĢdi
186
.
Onun qardaĢı ġahəli Sultan uzun illər Astrabad hakimi idi və az bir qoĢunla özbək Əli Sultanı məğlub etdi
və axırda Reydə fani dünyadan əbədi aləmə köçdü.
BaĢqa birisi Sədrəddin xandır ki, Astrabad hakimi və Ġsmayıl Mirzanın lələsi idi. Axırda əmirlikdən azad
edildi. Öz səxavəti ilə bütün əmirlərdən seçilirdi.
BaĢqa biri də Məhəmməd xan AsayiĢoğludur ki, Astrabad hakimi idi.
BaĢqa birisi Əhməd Sultan Sufioğludur ki, I ġah Ġsmayılın vaxtından Cam döyüĢünün baĢ verdiyi 935-ci
ilə (15.IX.1528—4.IX.1529) qədər
187
Kerman hakimi idi. Əvvəlcə Çuhə Sultan və baĢqa əmirlərlə birlikdə
məğlub oldu və özbəklər kəsibə
188
baĢladılar. Qəziyyə əksinə dönüb Übeyd xanın çiyninə ĢeĢpər dəyəndə,
vuruĢdan əl çəkib Kuckunci xan və Canıbəy xanla Mərvə qədər dayanmadı. Həmin günün axĢamı Çuhə Sultan
geri dönüb Ģahın düĢərgəsinə gəldi və Əhməd xan Kermanadək heç bir yerdə atının cilovunu çəkmədi. Buna
görə ġah Təhmasib onu azad edib Kermanın idarəsini Mustafa bəy SaruĢeyxlu-ƏfĢarın oğlu ġahqulu bəyə
tapĢırdı, çünki o həmin döyüĢdə mərdlik göstərib on yeddi yara almıĢdı. ġah Təhmasib onun qamətini sultanlıq
xalatı ilə bəzəyib Kermana yola saldı.
Bu tayfanın böyük əmirlərindən biri ġahqulu Sultan Yekandır. Uzun illər Herat hakimi və Ģahzadə
Məhəmməd Xudabəndənin lələsi idi. II ġah Ġsmayılın taxta çıxdığı ildə onu Heratda öldürüb malını qarət
etdilər
189
.
ġah Təhmasibin vəfat ilində
190
bu tayfadan hakim olan digər əmirlər aĢağıdakılardır:
Məhəmməd xanın nəticəsi və MəntəĢa Sultanın nəvəsi Murad xan Lahican valisi idi.
Piri bəy Rey hakimi idi.
Məhəmməd Sultan Çuxursəd əmir əl-ümərası idi.
MəntəĢa Sultanın oğlu Temir xan Sistan hakimi idi.
Vəli bəy Xorasan mahallarından birində idi.
Hüseyn bəy YüzbaĢı sarayda idi.
Allahqulu Sultan və Ġbrahim bəy Xorasanın bəzi mahallarına hakim idilər.
Pirqulu bəy də Xorasanda idi.
Mahmud bəy NiĢaburda idi.
Çıraq Sultan və Mustafa bəy Xoy Ģəhərində idilər.
16
ġahqulu Sultan Yekanın oğlanları MürĢüdqulu Sultan və Ġbrahim Sultan Xorasanda istiqlal bayrağı
ucaltdılar. MürĢüdqulu Sultan Türbət qalasını
191
tutdu. ġanlı Sultan Məhəmməd padĢah (Xudabəndə) Xorasana
gəldi. O, itaətsizlikdən və üsyandan dəm vurdu və müzəffər əsgərlər Türbət qalasını bir müddət mühasirədə
saxladıqdan sonra sülh təklif etdi. Bu cürət nəticəsində günbəgün iĢləri həddini aĢdı və ona gətirib çıxardı ki,
Əliqulu xan ġamlu və Xorasanda olan digər əmirlərlə döyüĢəsi oldu və qələbə küləyi ona tərəf əsdi və o vaxt 15
yaĢında olan I ġah Abbası Ģamlu əmirlərinin əlindən alıb MəĢhədə yollandı
192
. QardaĢı Ġbrahim xan Ustaclunu
orada qoyub köçbəköç paytaxt Qəzvinə gəldi, sikkə və xütbələr həzrəti-əlanın xoĢbəxt ləqəbləri ilə—Allah-taala
onları ucaltsın!—bağlanıb bəzədildi və bu həqirin «Əsəhh ət-təvarix»də yazdığı kimi, Ġraqı (Ġraqi-Əcəmi) digər
qiyamçı və itaətsizlərdən azad etdikdən sonra özbək Abdulla xanın Xorasana hücum xəbəri yetiĢdi. Ətraf-
əknafda olan əsgərləri toplayıb I ġah Abbasla birlikdə Xorasana yollandı. Həddən artıq müstəqillik qazandığı
üçün Keyvanın (Saturi) qulamlıq etdiyi o Ģahın (Abbasın) əmri ilə Bistam çəmənliyində öldürüldü
193
və
MəĢhədin idarəsi Ümmət xana tapĢırıldı.
Bu tayfanın böyük əmirlərindən biri Həmədan valisi Həsən xandır.
BaĢqa birisi Mahmud Sultan Sufioğlunun oğlu Əlixan Sultandır.
Zülqədr tayfası
Bu tayfa Əlbistan və MərəĢdə yaĢayır
194
və özlərinin müstəqil padĢahları olub; məsələn, Məlik Aslan,
Nəsirəddin, Süleyman və Əlaüddövlə
195
.
Onların çoxu Ģanlı Səfəvi xanədanının müridləridir. I ġah Ġsmayılın cülusunun əvvəllərində onların böyük
əksəriyyəti aləmin pənahı olan dərgaha gəldilər və ġirazın idarəsi onlara tapĢırıldı. ġirazda hakimlik etmiĢ
Ģəxslərin adları belədir: Sultan Xəlil, Əli Sultan, Murad Sultan, Həmzə Sultan, Qazi xan, Ġbrahim xan, Əli
Sultan Tatioğlu, ġahvəli Sultan, Bərxurdar Sultan, Məhəmmədcan Sultan, Vəli Sultan.
Bu tayfanın böyük əmirlərindən Məhəmməd xan Zülqədroğlu ibn Kor ġahrux ibn Əlaüddövlə paĢa
Zülqədr ġah Təhmasibin yanında böyük nüfuza malik idi və 940-cı ildə (23.VI.1533—12.VII.1534) Rum
padĢahı Sultan Süleyman Ġrana gələrkən, o, Sultaniyyədə onun ordusuna qoĢuldu və onun adından Ərzənərrüm
(Ərzrum) hakimi oldu. Orada bir qala tikdi və axırda Rumelidə
196
vəfat etdi.
Bu tayfanın baĢqa bir böyük əmiri ġahqulu Xəlifədir. Əvvəlcə ġah Təhmasibin qorçisi idi, Dəlu ġeyxinin
öldürülməsindən sonra eĢikağası oldu. Məhəmməd bəy Ərdivanoğlunun vəfatından sonra ġah Təhmasibin
möhrdarı
197
oldu. Astrabadda sancıdan öldü.
Onların böyük əmirlərindən biri ġahrux xandır. O da II ġah Ġsmayılın və Sultan Məhəmməd padĢahın
vaxtında möhrdarlıq mənsəbi ilə ĢərəflənmiĢ və əzizlənmiĢdi
198
.
BaĢqa biri Ümmət xandır ki, türkman və təkəlu döyüĢündə
199
məğlub olandan sonra Yəzdə getdi və orada
qorçibaĢı Qulu xan ƏfĢarın vəziri Məqsud bəyin əli ilə öldürüldü.
BaĢqa biri Əli xandır ki, Sultan Məhəmməd padĢah onu ġiraza hakim göndərdi. Zülqədr əyanları ondan
üz döndərdilər, onun vəkili və kürəkəni olan Mehdiqulu bəy onu öldürüb xan oldu.
Bu tayfanın böyük əmirlərindən biri Yaqub xandır. Mehdiqulu xan Qəzvində MürĢüdqulu xan Ustaclunun
göstəriĢi ilə öldürüldükdə, I ġah Abbas Fars vilayətinin idarəsini ona həvalə etdi. Elə ki, o, Yəzd döyüĢündə
BəktaĢ xana qalib gəldi və tam istiqlal və təsvirolunmaz təntənə ilə Farsa qayıtdı, Ġstəxr qalasının
200
möhkəmliyinə güvənib üsyan və itaətsizlikdən dəm vurmağa baĢladı, qalaya həddən artıq ehtiyat və azuqə
daĢıyıb yığdı. I ġah Abbas o tərəfə yollandıqda, o, qorxub və ümidsizləĢib qaladan çıxdı, bir neçə gündən sonra
öldürüldü və cəsədini onunla qalaya çəkilmiĢ 150 əyanı ilə birlikdə həmin gün tamaĢa göstərən kəndirbazın
kəndirindən asdılar və o vilayətin idarəsi Bünyad xana tapĢırıldı
201
.
Hazırda bu tayfanın əmirlərindən Nədir xan möhrdardır.
ƏfĢar tayfası
«ƏfĢar»—yəni «ovda çevik olan». Onlar Oğuz xanın oğlu Yıldız xanın övladlarıdır. Qədimdən Ġranda
olmuĢlar və bir qismi ġamdan gəlmiĢdir.
Atabəy Məhəmməd Cahan Pəhləvan ibn Eldənizin
202
zamanında ġumlə ƏfĢar Xuzistan valisi idi və
onunla çəkiĢirdi, 590-cı ildə (27.XII.1193—15.XII.1194) ölmüĢdü.
Həsən padĢahın və digər Ağqoyunlu sultanlarının zamanında Mənsur bəy ƏfĢar Kuhkiluye
203
hakimi idi.
(O), Qasım bəy Pornakı məğlub etmiĢdi. Əbədi qızılbaĢ dövləti vaxtında ġahrux xan, Əlvənd xan, Mahmud xan,
Rüstəm xan və Xəlil xan Kuhkiluye hakimi olmuĢlar.
BaĢqa biri Danə bəydir ki, I ġah Ġsmayıl zamanında böyük əmir idi və 916-cı ildə (10.IV.1510—
30.III.1511) Mərv (yaxınlığındakı) Tahirabad (kəndində) özbək Qənbər bəy və Canvəfa Mirza ilə döyüĢüb həlak
oldu.
Onların böyük əmirlərindən biri Mustafa Sultanın oğlu ġahqulu Sultan Kerman hakimidir.
17
Yaqubsultan bəy də onların əmirlərindəndir.
BaĢqa biri Sevindik bəy qorçibaĢıdır ki, ġah Təhmasibin yaxın adamlarından idi
204
.
ġah Təhmasibin vəfat etdiyi ildə Qulu Sultan— Kerman hakimi, Xəlil xan—Kuhkiluye hakimi, Hüseyn
Sultan—Fərah
205
hakimi (idi), Xosrov bəy, ġahəli bəy və Əliyar bəy—Xorasan mahallarında, Həmzə bəy—
Azərbaycanda və Məhəmməd bəy Farsda idi.
Sultan Məhəmməd padĢahın vaxtında Qulu Sultan qorçibaĢı oldu
206
və Kermanın idarəsi onun əmisi
uĢaqlarından biri olan Vəli Sultana tapĢırıldı. Xacə Ġxtiyarəddin Əbdülqadir Kermaninin saxtakarlıqla əldə
edilmiĢ dövlətinin və Ağa Kəmalinin oğlu Ağa Zeynəddinin əmlakının ələ keçirilməsi Vəli Sultanın oğlu BəktaĢ
bəyə həvalə edildi
207
. BəktaĢ bəy bacarıqlı və hiyləgər adam olduğu üçün əlindən gələn üsullarla Xacə
Əbdülqadirin qızını aldı. Xacə və onun ağıllı, dəyanətli, cavan oğlu Mirza Məhəmməd Müzəffər bu itkiyə
dözməyib Kəbəni ziyarət bəhanəsi ilə çıxıb getdilər. BəktaĢ bəy onların hər il on min tümən gəlir verən
mülklərini, Kermanın digər zadəganları və sultanlarının əmlakı ilə birlikdə öz əlinə keçirdi və atasına
sultanlıqdan yalnız quru ad qaldı və get-gedə iĢi o yerə çatdı ki, seyidlər seyidi və səadət mənbəyi, islam
məmləkətlərinin seçilmiĢi və insan tayfalarının yolgöstərəni Əmir Qiyasəddin Məhəmməd «Mirmiranın
208
qızına evləndi və Yəzdi (də) əlinə keçirib özünü xan və sultan adlandırdı.
Qulu xan QorçibaĢının oğlu Yusif xan Əbərkuh hakimi idi və həlim, səxavətli, dərviĢ təbiətli adam idi,
alimlərə və Ģairlərə iltifat göstərirdi, ağıllı adamlarla bir saatlıq söhbəti yüz illik hökmdarlığa bərabər tuturdu.
BəktaĢ xan onu arabir Yəzdə dəvət edir və onunla söhbət edirdi, Əbərkuh da onun (BəktaĢ xanın) hökmranlığı
altında idi. Və paytaxt Ġsfahanın darğası Yuli Sultanı da vədə və hədələrlə aldadıb (öz tərəfinə çəkmiĢdi).
I ġah Abbas Ġbrahim xan Zülqədrin oğlu Yaqub xanı Farsa hakim təyin etdikdən sonra (Yaqub xan yola
düĢüb) Yəzdə çatdıqda, BəktaĢ xan onu qarĢıladı və istəyirdi ki, o, (dincəlmək üçün) düĢsün və söhbət zamanı
mülazimləri ilə birgə həbs etsin. O, (Yaqub xan) onların istəyindən duyuq düĢüb yorğunluğunu bəhanə
gətirərək, Əhəristanda
209
yerləĢən Baği-GülĢəndə dayandı, həmin günün axĢamı icazəsiz və vidalaĢmadan Farsa
yollandı. Orada müstəqil olan kimi qoĢun toplayıb 10—12 min nəfərlə Yəzdə tərəf yeridi. BəktaĢ xan yanında
olan süvari və piyadaları cəm edib min nəfərlə onun qarĢısına çıxdı və Yəzdin 4 fərsəxliyində yerləĢən Çəmtəft
düzənliyində düĢmən qoĢunlar üz-üzə gəldilər. BəktaĢ xan mərdliklə vuruĢsa da, bəxti müsaid olmadığı üçün
məğlub oldu və geri qayıtdı. Yaqub xan onu təqib etdi. O, (BəktaĢ xan) Mirmiranın (Əmir Qiyasəddinin) hündür
hasarları olan evində gizləndi. Yaqub xan Əhəristanda düĢərgə saldı və bir neçə nəfəri onu gözətləməyə saxladı.
O, (BəktaĢ xan) gecə istədi ki, evin arxasında olan qapıdan çıxıb Kermana getsin. Onu gözətləyən Ġbrahim bəy
Alıcı Zülqədr onunla rastlaĢıb tanıdı və istədi ki, onu tutub (Yaqub) xanın yanına aparsın BəktaĢ xan qəzəblənib
o qədər vuruĢdu ki, (axırda) həlak oldu.
Bu hadisədən sonra Yaqub xan Yusif xanı Kermanı idarə etməyə göndərdi və bu zaman Vəli xan sarayda
qorçibaĢı idi. Əliqulu xan Geramilu-ġamlu Yəzd qalasında idi—BəktaĢ xan onu mühasirədə saxlayırdı. O, bu
mühasirədən xilas olub Yəzdin müstəqil darğası oldu və bir həftə sonra Yaqub xan Yəzddən köç edib Farsa
yollandı.
Yusif xan Kermana çatıb BəktaĢ xanın tikdirdiyi dağ qalasını möhkəmləndirdi. (Lakin) lazımi fərman
verilmədən Kerman hakimi olduğu üçün I ġah Abbas əmr etdi ki, o vaxt Fars valisi olan Fərhad xan qorçibaĢı
Vəli xan ƏfĢarla və indi yüksək xanlıq mənsəbinə layiq görülmüĢ və Fərah, Ġsfizar, Ğur və o ətrafın
210
hakimi
olmuĢ Ġsmayılqulu Sultan Alplu-ƏfĢarla birlikdə Kermana gedib Yusif xanı həbs etsin və Kerman əyalətinin
yarısı Vəli xana, yarısı Ġsmayıl xana mənsub olsun.
Fərhad xan və (adları çəkilmiĢ) Ģanlı əmirlər Kermana gəldilər. Yusif xan qalaya sığındı və bir həftə sonra
onu dincliklə qaladan çıxardılar. Fərhad xan saraya yollandı və Vəli xanla Ġsmayıl xan Kermanda sultanlıq
taxtına oturdular
211
.
(Bu zaman) özbəklər Xorasanı tamamilə tutmuĢdular və Tun və Cunabəd
212
hakimi Süleyman Xəlifə
Türkman və Qain hakimi Sultanəli Xəlifə onlar tərəfindən öldürülmüĢ, Mustafa xan Kəngərlu Təbəs
qalasında
213
mühasirəyə alınmıĢdı; onların (özbəklərin) ağalığı Yəzdə və Kermana qədər gedib çıxırdı. Buna
görə I ġah Abbas əmr etdi ki, Vəli xan və Ġsmayıl xan Mustafa xana kömək üçün ora getsinlər. Onlar qoĢunu və
camaatı yığıb Təbəsə yollandılar və düĢmənlər üz-üzə gəldilər. Ġsmayıl xan döyüĢdə mərdlik və Ģücaət göstərdi,
onun səyi nəticəsində özbəklər məğlub oldular, çoxlu əsir və axtarma
214
əfĢar igidlərinin əlinə keçdi. Sağ-
salamat və qənimətlərlə paytaxta yollandılar.
I ġah Abbas Ġsmayıl xanı Ģahanə nəvaziĢ və iltifatlarla Ģərəfləndirib baĢıuca etdi, Vəli xan qoca olduğu
üçün Kerman mülklərini ona tiyul verdi və icazə verdi ki, Kermanın bir guĢəsində əbədi dövlətə dua etməklə
məĢğul olsun. Və Kermanın idarəsi Gəncəli xan Zigə tapĢırıldı. Əvvəllər Əmir xan ƏfĢarın tiyulu olan
Kazerun
215
və onun ətrafı Ġsmayıl xana verildi. 1007-ci ildə (4.VIII.1598—23.VII.1599) I ġah Abbas Xorasanı
(özbəklərdən) azad edəndə, Hüseyn Sultan ƏfĢarın tiyulu olan Fərah və Ġsfizar da o həzrətə (Ġsmayıl xana)
tapĢırıldı və (sonra) Ğur əyalətinin idarəsi də buna əlavə edildi. Hazırda orada sultanlıq taxtında oturub, əsgərlər
və rəiyyət onun dövlətindən xoĢhal, oturaq və köçəri onun səxavətindən firavan yaĢayırlar.
18
Bu tayfanın böyük əmirlərindən biri Astrabad valisi Ġskəndər xandır. Bistamda öz əcəli ilə öldü və
vəsiyyətinə görə MəĢhədin bir fərsəxliyində yerləĢən Toroqda dəfn olundu.
Bu tayfanın əmirlərindən biri də Ġskəndər xanın qardaĢı Bədr xandır ki, qardaĢının ölümündən sonra
Astrabad hakimliyi ona verildi. I ġah Abbas onu qorçibaĢı təyin etdi və Bistam çəmənliyində yenə o həzrətin
göstəriĢi ilə ġahqulu Sultan Piyada Türkmanla birlikdə qətlə yetirildi.
BaĢqa biri Əmiraslan Sultan ƏrəĢlu-ƏfĢardır. Onun oğlu Təhmasibqulu xan Azərbaycanda ġah Sultan
Məhəmmədin qorçibaĢısı idi və I ġah Abbas zamanında Həmədan hakimi olmaq Ģərəfinə layiq görüldü.
BaĢqa biri ġuĢtər
216
hakimi ġahverdi xandır. O, cilovdarbaĢı Murad bəy ġamlu tərəfindən öldürüldü.
BaĢqa biri Fərah hakimi Yekan Sultan, (daha sonra) Hüseyn Sultan və Xosrov Sultandır ki, Heratda
ġahqulu Sultan Yekanı öldürdü.
BaĢqa biri Kuhkiluye hakimi Həsən xandır. I ġah Abbas onu Ələmut qalasında həbs etdi və orada öz əcəli
ilə öldü.
BaĢqa birisi Ġskəndər xan Səmiran
217
və Kuhkiluyenin bir hissəsinin hakimi idi və ġah Qələndər
DehdəĢtdə
218
onun tərəfindən öldürülmüĢdü.
Dostları ilə paylaş: |