Qizilbaġlar tarġXĠ “tarġX-Ġ qezelbaġAN”



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix03.02.2017
ölçüsü0,54 Mb.
#7385
1   2   3   4

Qacar tayfası 

 

Bu tayfa qədimdə Gəncə və Bərdədə yaĢamıĢdır və bir qismi ġamdan gəlmiĢdir. 

Onların  böyük  əmiri  Piri  bəydir  ki,  I  ġah  Ġsmayılın  cülusunun  əvvəllərində  Osman  bəy  Mosullu  ilə 

vuruĢaraq  qalib  gəldi,  Sultan  Muradla  döyüĢdə  Əsilməz  bəy  Türkmanı  məğlub  etdi

219

  və  918-ci  ildə 



(19.III.1512—8.III.1513) Nəcm-i Sani ilə birlikdə Qicduvanda öldürüldü. 

BaĢqa  biri  Dəracə  Sultandır  ki,  «QudurmuĢ  xan»  adı  ilə  məĢhurdur.  Urfədə  Sultan  Murad  ibn  Yaqubu 

məğlub etdi və qətlə yetirdi və Mardin (yaxınlığındakı) Qoruqtəpədə Qara xan Ustaclu ilə birlikdə Mustafa paĢa 

«Bığlı ÇavuĢ»la döyüĢdə həlak oldu. 

BaĢqa  biri  ġahverdi  Sultan  Ziyadoğludur  ki,  ġah Təhmasib  ona  «Müsahib»  deyirdi  və  o, Ģanlı döyüĢlər 

etmiĢdi—Gürcüstan  padĢahı  Ləvasanı  öldürmüĢ,  Qorgin  və  Simaonu  məğlub  etmiĢdi

220

  və  Bargiridə



221

 

Süleyman bəy  kürdü də öldürmüĢdü. 



Bu tayfanın böyük əmirlərindən biri də Budağ xandır ki, ġah Təhmasibin təvaçisi idi. Ġki dəfə Qəndəharı 

qoyub  Ģahın  hüzuruna  gəlmiĢdi,  ona  görə  hörmətdən  düĢmüĢdü

222

.  Amma  NiĢaburda  özbək  Saru  Quzğanla 



mərdliklə vuruĢmuĢ və elə o vaxtlar vəfat etmiĢdi. 

BaĢqa  biri  Van  qalasının  hakimi  Göckə  (Gögçə)  Sultandır.  Sonra  Ġsmayıl  Mirzanın  lələsi  və  axırda 

NiĢabur valisi oldu. Astrabadda fani dünyadan əbədi aləmə köçdü. 

BaĢqa  biri  ġahverdi  Sultan  Ziyadoğlunun  oğlu  Xəlil  Sultandır  ki,  pəhləvan  bir  adam  idi.  Bir  neçə  il 

Astrabad  hakimi  oldu  və  dəfələrlə  Yaxa-Türkman  (tayfasını)

223


  məğlub  etdi.  Axırda  o  vəzifədən  çıxarılıb 

öldürüldü. 

Onun qardaĢı Ġbrahim bəy Arran əmir əl-ümərası idi və Gəncədə fani dünyadan əbədi aləmə köçdü. 

ġah Təhmasibin vəfat etdiyi ildə (bu tayfadan: olan) əmirlər: 

Yusif Xəlifə Gəncə hakimi idi

224


Mirza Əli Sultan orduda idi. 

Qubad bəy Xorasanda idi. 

Hüseyn bəy ġirvanda idi. 

Süleyman bəy paytaxt Qəzvində idi. 

Köçürdü: Məhəmməd RəĢid

1013 (30.V.1604—18.V.1605). 

 

 



19 

 

ġƏRHLƏR 



 

1

 Qur'an nəzərdə tutulur. 



2

 Burada  Məhəmmədin  öz  peyğəmbərliyini  sübut  üçün  göstərdiyi  mö'cüzələrdən  birinə  iĢarə  olunur. 

Məhəmmədə  inanmayanlardan  biri  gizlicə  yerdən  bir  ovuc  çınqıl  götürüb  deyir:  «Əgər  doğrudan  da 

peyğəmbərsənsə,  de  görüm,  ovcumdakı  nədir?»  Məhəmməd  soruĢur:  «Hansını  istəyirsən,  mən  deyim  sənin 

ovcundakı nədir. Ya sənin ovcundakı desin ki, mən kiməm?» O Ģəxs daha çətin görünən ikinci varianta razılıq 

verir. Məhəmməd  «Bismillah!» dedikdən sonra həmin Ģəxsin ovcundakı çınqıllar dilə gəlib: «La ilahə illəllah, 

Məhəmməd rəsul allah!» deyirlər. Bundan sonra camaatın böyük bir dəstəsi Məhəmmədə iman gətirir. 

3

 «Xeybərin fatehi» («fateh-e Xeybər») Əlinin ən çox  iĢlənən ləqəblərindən biridir. 



 Kövsər—cənnətdəki bulağın adıdır. «Kövsərin saqisi» dedikdə, Əli nəzərdə tutulur. 

 Tərsus—Türkiyənin cənubunda, Aralıq dənizi sahilləri yaxınlığında Ģəhər. 



6

  Səfəvi dövlətinin banisi I ġah Ġsmayıl (1501 — 1524) nəzərdə tutulur. 

7

  Ġstər Qaraqoyunlu və Ağqoyunlu, istərsə də ilk Səfəvilər dövründə dövlətin əsas imtiyazlı zümrəsi olan 



hərbçi  əyanlar  böyük  və  kiçik  əmirlər  olmaqla  iki  qrupa  bölünürdülər.  Müəllif  əsasən  böyük  əmirlərdən  bəhs 

edir. 


8   

Əmir əl-üməra («əmirlər əmiri») qoĢunun baĢ komandanı idi.  

 Cihan (Ceyhan) çayı sahilindəki döyüĢ 1507-ci ildə olmuĢdu. Saru Qaplan (əsl adı—Qasım bəy) MərəĢ 



və Əlbistan hakimi Əlaüddövlə Zülqədrin oğlu idi. O, Ağqoyunlu Sultan Muradın müttəfiqi idi. 

10

  Özbək  hökmdarı  ġeybək  xan  (Məhəmməd  xan  ġeybani)  1510-cu  ildə  Mərv  yaxınlığında  I  ġah 



Ġsmayılla  döyüĢdə  öldürülmüĢ,  bununla  da  Xorasan  qızılbaĢların  əlinə  keçmiĢdi.  «Fəth-e  Ģah-e  dinpənah» 

(«dinin  pənahı  olan  Ģahın  qələbəsi»)  ifadəsi  əbcəd  hesabı  ilə  həmin  hadisənin  baĢ  verdiyi  hicri  916-cı  ili 

(10.IV.1510-30.III.1511) göstərir. 

11

 Nəcm-i Sani dedikdə, 1510—1512ci illərdə I ġah Ġsmayılın vəkili olmuĢ Yar Əhməd Xuzani nəzərdə 



tutulur. Burada onun 1512-ci ildə özbəklərlə döyüĢdə məğlubiyyətinə iĢarə edilir. 

12

  Çaldıran  döyüĢü  1514-cü  il  avqustun  23-də  I  ġah  Ġsmayılla  osmanlı  I  Sultan  Səlim  (1512—1520) 



arasında baĢ vermiĢ və qızılbaĢların ağır məğlubiyyəti ilə nəticələnmiĢdi. 

13 


Sarutərcan Ərzrumdan cənub-qərbdə yerləĢirdi. 

14

 Taqiyə—osmanlı hərbçilərinin baĢlarına qoyduqları konusĢəkilli papaq. 



15

 Bu söz orijinalda da türkcə verilmiĢdir. 

16

  Hüseyn  xan  ġamlu,  mənbələrin  yazdığına  görə,  ġah  Təhmasibi  (1524—1576)  devirmək  və  lələsi 



olduğu  Sam  Mirzanı  (Təhmasibin  qardaĢı,  məĢhur  «Töhfeyi-Sami»  təzkirəsinin  müəllifi)  taxta  çıxarmaq 

istəyirmiĢ. 

17

 Astrabad—Ġranın Ģimalında, Xəzər dənizindən 36 km Ģərqdə yerləĢən Ģəhər və vilayət. 



18

 Firuzguh—Tehrandan Ģərqdə yerləĢən Ģəhər. 

19 

«Lələ»  yetkin  yaĢa  çatmamıĢ  Ģahzadənin  hamisi  və  tərbiyəçisi  idi,  onun  adından  bütün  iĢləri  idarə 



edirdi. Sam Mirzə Xorasan hakimi sayılırdı, odur ki, Xorasana vali təyin olunan əmir həm də onun lələsi olurdu. 

Bundan əvvəl DurmuĢ xan və Hüseyn xan ġamlu Mirzaya lələlik etmiĢdi. 

20

 Qəndəhar Əfqanıstanın cənubunda yerləĢir. 



21

  Zəhirəddin  Babur  (1483—1530)—Teymurləngin  altıncı  nəvəsi,  Fərqanə  hakimi  ÖmərĢeyx  Mirzanın 

oğlu  Hindistanda  Moğollar  dövlətinin  banisi  və  ilk  hökmdarı  (1526—1530).  Qəndəhar  Böyük  Moğollar 

dövlətinə  daxil  idi.  Ağzıvar  xan  bir  neçə  ay  Ģəhəri  mühasirədə  saxlamıĢ,  sonra  Baburun  oğlu  Kamran  Mirza 

böyük qüvvə ilə Ģəhər müdafiəçilərinin köməyinə gəlib onu darmadağın etmiĢdi. 

22

 Übeyd (Übeydulla) xan—ġeybani xanın oğlu və xələfi (1533—1539). Xəzər dənizindən cənub-Ģərqdə 



yerləĢən Bistam Ģəhəri yaxınlığındakı döyüĢ 1527-ci ildə baĢ vermiĢ və qızılbaĢlar məğlub olmuĢdular. 

23

 Ġsfərain—Xorasanda, Bucnurd yaxınlığında yerləĢən Ģəhər. 



24

 Bəhram Mirza I ġah Ġsmayılın oğlu, Təhmasibin qardaĢı idi. 

25

 Qum Ģəhəri Tehrandan cənub-qərbdə yerləĢir. 



26

 II ġah Ġsmayıl 1576-cı il avqustun 22-də taxta çıxmıĢdı. 

27

 1587-ci ilin yazında özbəklər II Abdulla xanın (1583-1598) baĢçılığı ilə Herata hücum etmiĢ, 9 ay 21 



gün Ģəhəri mühasirədə saxlamıĢdılar. Əliqulu xan ġamlu o zaman MəĢhəddə olan MürĢüdqulu xan Ustacluya və 

Abbas Mirzaya (gələcək I ġah Abbas) müraciət etmiĢ, lakin heç bir kömək görməmiĢdi. 

28

 Əbərkuh—Fars vilayətində Ġstəxrlə Yəzd arasında yerləĢən Ģəhər-qala. 



29

 Adətən, kim eĢikağasıbaĢı vəzifəsinə təyin edilirdisə, Rey və Tehran ona tiyul verilirdi. 

30

 Qain Ġranın Ģərqində yerləĢir. 



31

 Farava və MəĢhədvali Ģəhərlərinin yerini müəyyənləĢdirmək mümkün olmadı. 

32

  Sultan  Əbu  Səid  (1452—1469)  Orta  Asiyanın  Teymuri  hökmdarlarından  idi.  Onun  öldürülməsinin 



tarixçəsini müəllif sonrakı səhifələrdə nəql edir. 

20 

 

33



 Ağqoyunlu Uzun Həsən (1453—1478) nəzərdə tutulur. 

34

 Qaraqoyunlu  hökmdarı  CahanĢah (1405—1467) nəzərdə  tutulur. 



35

 Qəzvin Ģəhəri Tehrandan Ģimal-qərbdə yerləĢir. 

36

 Ağqoyunlu Sultan Yaqub 1478—1490-cı illərdə hökmdarlıq etmiĢdir. 



37

 Ağqoyunlu sülaləsinin hakimiyyəti 1468—1502-ci  illəri əhatə edir. 

38

 Qara Yusifin oğlu Ġskəndərlə (1420—1437) Teymurləngin oğlu ġahruxun (1405—1447) mübarizəsinin 



təfsilatı bir qədər sonra verilir. 

39

 MuĢ düzənliyi Van gölündən qərbdə yerləĢir. 



40

  Tarom—Ġranda  bu  cür  adlanan  iki  Ģəhər  vardır.  Onlardan  biri  Qəzvin  yaxınlığında,  digəri  isə  Fars 

vilayətində yerləĢir. 

41

 Səncəq (Səncaq)—Mehabaddan 24 km Ģərqdə yerləĢən kənd. 



42

  «Qaravul»  döyüĢ  baĢlamazdan  qabaq  düĢmənin  vəziyyətini  öyrənmək  və  əsir  ələ  keçirmək  üçün 

göndərilən kəĢfiyyat dəstəsinə deyilirdi. 

43

 CahanĢah Sultan Əbu Səidin müttəfiqi idi. 



44

  Amid—Diyarbəkr,  daha  doğrusu,  onun  mərkəzi  nəzərdə  tutulur.  Qara  daĢdan  tikildiyi  üçün  «Qara-

Amid» də deyilir. «Hamid», «Həmid» variantlarına da təsadüf olunur. 

45

 Həsənəli CahanĢahın oğlu idi. 1469-cu ildə öldürülmüĢdür. 



46

 Mahmudabad—Kürün sahilində, Salyandan Ģimalda yerləĢirdi. 

47

  ġirvanĢah  Fərrux  Yasar  (1462—1500)  əvvəlcə  Əbu  Səidin  müttəfiqi  idi  və  ona  ərzaqla  kömək 



göstərirdi. Sonra isə Uzun Həsənin tərəfinə keçmiĢdi. 

48

 Sultan Əbu Səid 1456/57-ci ildə Heratda ġahruxun arvadı GövhərĢad bəyimi edam etdirmiĢdi. Yadigar 



Məhəmməd Mirza ġahruxun nəticəsi idi. 

49

 Dövrün tanınmıĢ Ģairi və alimi Cəlaləddin Dəvani (1426—1502) nəzərdə tutulur. 



50

  «Məqtəl-e  Sultan  Əbu  Səid»  («Sultan  Əbu  Səidin  qətl  yeri»)  ifadəsi  əbcəd  hesabı  ilə  873-cü  ili 

(22.VII.1468—10.VII.1469) göstərir. 

51

 Uğurlu Məhəmməd Uzun Həsənin, Əbu Yusif isə CahanĢahın oğlu idi. 



52

 «ġəh-e dinpərvər-e adil» («ədalətli və dinə hamilik edən Ģah») ifadəsi əbcəd hesabı ilə hicri 882-ci ili 

(1477—78) göstərir. 

53

 Xərrəqan—Həmədandan Ģimalda yerləĢən yaĢayıĢ məntəqəsi. 



54

  Müəllif  Qansuh  dedikdə,  yəqin  ki,  1498—1500-cü  illərdə  hökmranlıq  etmiĢ  məmluk  sultanı  Zahir 

Qansuhu nəzərdə tutur. Lakin o, səhv edir. Göstərilən dövrdə Misir hökmdarı ƏĢrəf Seyfəddin Qaitbay (1468—

1496)  idi.  Misir  sultanının  davatdarının  (davatdar—katib;  sultanın  xüsusi  göstəriĢlərini  yerinə  yetirən  yüksək 

rütbəli  əmir)  adı  əslində  YaĢbək  olmuĢdur.  Onun  «BaĢ»  adlanmasının  səbəbi,  görünür,  bundadır  ki,  YaĢbək 

Misir qoĢununun ali baĢ komandanı («baĢ əl-əsgər») idi. 

55

 Ruha—Anadolunun cənubunda, Cəzirədən Ģimalda yerləĢən qala-Ģəhər. 



56

 Savə Tehrandan cənub-qərbdə yerləĢir. 

57

 Əxiska (Axaltsixe) və Xatun (Atskuri) qalaları Tiflisdən cənub-Ģərqdə yerləĢirdi. 



58

 Təbrizdəki səkkizbucaq formalı «HəĢt behiĢt» sarayı nəzərdə tutulur. 

59

 Sultan Yaqub 896-cı il səfər ayının 11-də (1490-cı ilin dekabrın 24-də) vəfat etmiĢdir. Bəzi mənbələrin 



məlumatına görə, o, anası tərəfindən zəhərlənib öldürülmüĢdur. 

60

 Qazi Ġsa Sədr (Səfiəddin Savəci) Sultan Yaqub sarayının baĢ qazısı idi. 



61

 Van—Van gölündən Ģərqdə yerləĢən qala-Ģəhər. 

62

 Beyza—ġirazdan Ģimalda yerləĢən kiçik Ģəhər. 



63

 Firuzabad Ģəhəri və dağları ġirazdan cənubda yerləĢir. 

64

 Osmanlı hökmdarı I Sultan Səlim 1512—1520-ci illərdə hakimiyyətdə olmuĢdur. 



65

 Urfə—Ruha qalasının (Ģəhərinin) türkcə adı (55-ci Ģərhə bax!). 

66

 QorçibaĢı—Ģah qvardiyasını təĢkil edən qorçilərin («qoruyucuların») komandanı. 



67

 Xandqar (xondqar)—farsdilli mənbələrdə Osmanlı hökmdarları belə adlandırılır. 

68

 Müəllifin son Ağqoyunlu hökmdarları barədə məlumatı qarıĢıq və naqisdir. Sultan Yaqubdan sonra bu 



sülalənin  hakimiyyəti  aĢağıdakı  ardıcıllıqla  davam  etmiĢdir:  Baysunqur  Mirza  (dekabr,  1490—may,  1492), 

Rüstəm  (may,  1492—iyul,  1497),  Gödək  Əhməd  (iyul—dekabr,  1497),  Məhəmmədi  Mirza  (1497—1500), 

Əlvənd (1497—1504), Sultan Murad (1497—1508). 

69

 Bunlar müvafiq olaraq, Uzun Həsənin babası, əmisi, atası və qardaĢıdır. 



70

 Eybə Sultan (əsl adı Ġbrahim bəy) Uzun Həsənin əmisi oğlu Danə Xəlilin oğlu idi. 

71

 Əzizkəndi Təbriz yaxınlığında yerləĢir. 



72

 Zülfüqar bəy 1528-ci ildə Bağdadı tutub Osmanlı sultanına itaətini bildirdi. 1529-cu ildə ġah Təhmasib 

böyük ordu ilə ora getdi və xeyli mühasirədən sonra Ģəhəri ala bildi. 


21 

 

73 



ġahəli  bəy  Pornak  Sultan  Yaqubun  ölümündən  sonra  Həmədanda  Uzun  Həsənin  nəvəsi  (Uğurlu 

Məhəmmədin oğlu) Mahmudu sultan elan etmiĢdi. Sufi Xəlil onların hər ikisini öldürmüĢdü. 

74

 Gərmazərin harada yerləĢdiyini müəyyənləĢdirə bilmədik. 



75

 Bu hadisə 1501-ci ilin ortalarında I ġah Ġsmayılın ġərur yaxınlığında Əlvəndi məğlub etməsi ərəfəsində 

olmuĢdu. 

76

  Əmir  Nəcm—I  ġah  Ġsmayılın  sadiq  silahdaĢlarından  olmuĢ  Nəcməddin  Məsud  Gilani.  Ömrünün 



axırlarında ġah Ġsmayılın vəkili idi. 

77

  Damğan  Ģəhəri  Ġranın  Ģimalında,  ġahruddan  70  km  qərbdə  yerləĢir.  Hezarcərib—Mazandaranda,  Sari 



Ģəhəri yaxınlığında yerləĢən yaĢayıĢ məntəqəsidir. 

78

 ġəbankarə—Ġranın cənubunda, Fars vilayətinin bir hissəsini təĢkil edən ərazi. 



79

 Səfəviyyə təriqətinin banisi ġeyx Səfiəddin Ġshaq (1252—1334) nəzərdə tutulur. 

80

 Qorçi—«qorumaq» felindəndir. ġah qvardiyasının üzvü olan əsgər belə adlanırdı. 



81

 Məsum bəy Səfəvi II Sultan Səlimin (1566—1574) göstəriĢi ilə Suriya hakimi DərviĢ paĢanın adamları 

tərəfindən Məkkə ilə Mədinə arasında səhər namazı qılmaq üçün dayandığı zaman öldürülmüĢdü. 

82

 Qicduvan (hazırda Qijduvan—Buxaradan Ģimal-Ģərqdə yerləĢir) yaxınlığındakı döyüĢ 1512-ci ildə baĢ 



vermiĢdi. Səfəvilərin və Baburun birləĢmiĢ qüvvələri gənc Übeydülla xanın baĢçılıq etdiyi özbəklər tərəfindən 

ağır  məğlubiyyətə  uğradılmıĢdı.  Nəcm-i  Sani  (11-ci  Ģərhə  bax!).  Həmçinin  I  ġah  Ġsmayılın  yaxın  silahdaĢı  və 

yeznəsi  Bayram  bəy  Qaramanlu  əsir  düĢüb  öldürülmüĢdü.  Bu  döyüĢdəki  məğlubiyyətlə  Teymurilərin 

Mavərannəhrdə hökmranlığına son qoyulmuĢdu. 

83 

 Canik—mərkəzi Samsun Ģəhəri olan əyalət. 



84

 RəĢidəddin Fəzlullaha görə, çəpni tayfası Oğuz xanın oğlu Göy xanın nəslindəndir. 

85

  Burada  Osmanlı  hökmdarı  I  Süleymanın  (1520—1566)  Ġrana  1548-ci  ilin  yazında baĢ  vermiĢ  üçüncü 



yürüĢünə  iĢarə  olunur.  Alkas  Mirza  I  ġah  Ġsmayılın  oğlu  idi.  ġirvan  qəti  Ģəkildə  Səfəvi  dövlətinə 

birləĢdirildikdən  sonra  o,  ġirvan  bəylərbəyi  olmuĢdu.  Müstəqil  hökmdar  olmaq  üçün  qardaĢı  ġah  Təhmasibə 

qarĢı qiyam qaldırmıĢ, məğlub edildikdən sonra Ġstambula qaçmıĢdı. Alkas Mirza bu səfərdə Sultan Süleymanı 

müĢayiət edirdi. 

86

 Kartli hakimi Luarsab (1534—1558) nəzərdə tutulur. 



87

 ġahverdi xan Luristan hakimi idi. I ġah Abbasın taxta çıxmasından (1587) az sonra o, qiyam qaldırmıĢ, 

Osmanlı ərazisinə qaçmıĢ, axırda tutulub öldürülmüĢdü. 

88

 Kərəhrud—Qum ilə Ərak arasında yerləĢən yaĢayıĢ məntəqəsi. 



89

 Ərəbgir—Fərat çayının sağ sahilində, Malatyadan Ģimalda yerləĢən vilayət və Ģəhər. ÇimiĢkəzək Ģəhəri 

Xarputdan 35 km cənubda yerləĢir. 

90

 Xınıs və Qarahisar Ərzrumun cənub-Ģərqində, Tərcan isə Ərzrumun cənub-qərbində yerləĢir. 



91

 Bəlx Ģəhəri müasir Əfqanıstanın Ģimalında yerləĢir. 

92

  Div  Sultan  (əsl  adı  Əli  bəy)  Təhmasibin  lələsi  idi  və  on  yaĢlı  Ģahı  taxta  çıxardıqdan  sonra  dövlətin 



iĢlərini  əlində  cəmləĢdirmiĢdi.  Lakin  digər  nüfuzlu  əmirlər—Köpək  Sultan  Ustaclu  və  Çuhə  Sultan Təkəlu  da 

hakimiyyətə  can  atırdılar. Div  Sultan  Çuhə  Sultanla birləĢib Köpək  Sultanı  məğlub  etmiĢ, sonra isə  özü Çuhə 

Sultanın  təhriki ilə 1527-ci ilin iyul ayında Ģah tərəfindən öldürülmüĢdü. Bundan sonra real hakimiyyət Çuhə 

Sultanın əlinə keçmiĢdi. 

93

 Əmir Sultan məĢhur tarixçi, «Əhsən ət-təvarix» əsərinin müəllifi Həsən bəy Rumlunun babasıdır. 



94

 Təbil və bayraq («təbl-o-ələm») hakimiyyət rəmzi idi. 

95

 I Sultan Süleymanın Ġrana ikinci yürüĢü 1535-ci ilin yazında olmuĢdu. 



96

 Dərcəzin (Dərgəzin) Həmədandan Ģimalda yerləĢirdi. 

97

  Saucbulaq  (Soucbulaq,  Souxbulaq)—Urmiya  gölünün  cənubunda  yerləĢən  indiki  Mehabad  Ģəhəri. 



PiĢkildərə, Ərəbsəidi və Simnani kəndləri Qəzvin ətrafında yerləĢir. 

98

 «Əhsən ət-təvarix»ə görə, bu hadisə 942-ci il rəcəb ayının 20-də (13 yanvar 1536-cı il) olmuĢdur. 



99

  Mustafa  paĢa  ÇavuĢ  (əsl  adı  Bıyıklı  Məhəmməd)  Trabzon  hakimi  idi.  Bu  döyüĢdən  sonra  Ərzincan 

osmanlıların əlinə keçdi. 

100


 Vəramin—Tehrandan cənub-Ģərqdə yerləĢən Ģəhər. 

101 


Çuxursəd—Ġrəvan ətrafında Araz çayı ilə Göyçə gölü arasındakı torpaqlar belə adlanırdı. Səfəvilərin 

ərazi-inzibati  bölgüsünə  görə,  Çuxursəd  bəylərbəyliyi  (mərkəzi  Ġrəvan  olmaqla)  Azərbaycanın  dörd  əsas 

bəylərbəyliklərindən  biri idi. 

102


  Ġskəndər  paĢa  Ərzrum  hakimi  idi  və tez-tez  Çuxursədə  hücum  edirdi.  Yalnız  1552-ci  ildə  qızılbaĢlar 

ġah Təhmasibin oğlu Ġsmayıl Mirzanın sərkərdəliyi ilə onu qəti məğlubiyyətə uğratdılar. 

103

 Aras xan Rumlu 1578-ci ildə ġamaxı yaxınlığında osmanlıların, Krım tatarlarının və yerli qiyamçıların 



birləĢmiĢ qoĢunları ilə qeyri-bərabər döyüĢdə əsir düĢmüĢ və edam edilmiĢdi. 

104


 TurĢiz Ģəhəri MəĢhəddən cənub-qərbdə yerləĢir. 

22 

 

105



 Təkə eli dedikdə, Anadolunun cənubunda Alaniyadan qərbdə və Qocaçaydan Ģərqdə yerləĢən torpaqlar 

nəzərdə tutulur. 

106  

Osmanlı sultanı II Bayəzid (1481—1512). 



107

 Yekan bəy Təkəlu bir müddət I ġah Ġsmayılın qorçubaĢısı olmuĢdur. 

108

  Kəlhor—Ġrandakı  Zohab  Ģəhərindən  tutmuĢ  Ġraqdakı  Məndəliyə  qədər  eyni  adlı  tayfanın  yaĢadığı 



böyük ərazi belə adlanırdı. 

109


 Kəndoman—Ġsfahanla Xunsar arasında yerləĢən kənd. 

110


 Hüseyn xan ġamlu Herat hakimi idi və bu ərəfədə özbəklərlə döyüĢdə böyük qəhrəmanlıq göstərmiĢdi. 

Lakin mühasirədə olduğu zaman Çuhə Sultan Təkəlunun qəsdən kömək göndərmədiyini baĢa düĢüb özbəklərlə 

danıĢığa girmiĢ və öz dəstəsi ilə ġiraza çəkilmiĢdi, oradan da Ģahın yanına gəlmiĢdi. 

111


 Ġmamzadə Səhləli—hazırda Astana adlanan bu qəsəbə Ərak Ģəhərindən 36 km cənubda yerləĢir. 

112  


Mətndə «Qudur Sultan» getmiĢdir. 

113


 «Afət-e təkəlu» ifadəsi əbcəd hesabı ilə 937-ci ili (1530-31) göstərir. 

114


 Üləma bəyin qiyamı 1531-ci ildə olmuĢdu. 

115


  Üləma  bəy  Sultan  Süleymanın  Ġrana  birinci  (1534-cü  il),  ikinci  (1535-ci  il)  və  üçüncü  (1548-ci  il) 

yürüĢlərində iĢtirak etmiĢdi. 

116

 ġah Təhmasibin oğlu Sultan Məhəmməd Xudabəndə (hakimiyyət illəri: 1577—1587). 



117

  Qazi  xan  Təkəlu  1534-cü  ildə  Sultan  Süleymanın  Ġrana  birinci  hücumu  zamanı  Ģaha  xəyanət  edib 

osmanlıların tərəfinə keçmiĢdi. 

118


  Qazi  xan  1540-cı  ildə  Bakıya  hücum  edib  çətinliklə  Ģəhəri  tutmuĢ,  əhalinin  bir  hissəsini  qılıncdan 

keçirmiĢdi. 

119

 Söhbət Sultan Hüseyn Bayqaranın (1469—1506) nəvəsi Məhəmməd Zaman Mirzadan gedir. O, atası 



Bədiüzzaman Mirza ilə birlikdə özbəklərdən qaçıb I ġah Ġsmayıla pənah gətirmiĢdi. Lakin Çaldıran döyüĢündən 

sonra  Astrabadı  tutub  müstəqillikdən  dəm  vurmağa  baĢlamıĢdı.  1514-cü  il  noyabrın  4-də  baĢ  vermiĢ  döyüĢdə 

qızılbaĢ əmirləri onu məğlub etmiĢdilər və o, Bəlxə qaçmıĢdı. 

120


  1526-cı  ildə  Səksəncəkdə  (Xalxal  yaxınlığında  yerləĢir)  rumlu  və  təkəlu  tayfalarının  birləĢmiĢ 

qüvvələri ilə ustaclu tayfası arasında sonuncuların məğlubiyyəti ilə nəticələnən döyüĢ olmuĢdu. Bunun səbəbi 

həmin  tayfaların  baĢçılarının  (Div  Sultan  Rumlu,  Çuhə  Sultan  Təkəlu  və  Köpək  Sultan  Ustaclu)  vəkillik 

mənsəbi uğrunda mübarizəsi idi. 

121

 Müəllif Ağqoyunlularda olduğu kimi, burada da  əvvəlcə Qaraqoyunlu hökmdarları haqqında danıĢır, 



sonra isə ayrı-ayrı tayfalardan və onlardan çıxmıĢ əmirlərdən  bəhs edir. 

122


 ƏrciĢ—Van gölünün Ģimalında yerləĢən Ģəhər-qala. 

123


 Cəlairilər sülaləsinin dördüncü hökmdarı Sultan Əhməd Cəlair (1382—1410). 

124


 Teymurləng 1405-ci  ilin fevralında vəfat etmiĢdi. 

125


 Teymurləngin nəvəsi nəzərdə tutulur. 

126


  Teymurləngin  oğlu  MiranĢah  oğlanları  Mirza  Əbubəkr  və  Mirza  Ömərlə  birlikdə  Azərbaycanda  və 

Qərbi Ġranda hakim olmağa çalıĢırdı. 

127

 «Biz sənə fəth verdik!»—Qur'anın 48-ci «Əl-fəth» surəsinin birinci ayəsi nəzərdə tutulur. 



128

 Ucan (Uçan)—Təbrizdən cənub-Ģərqdə yerləĢən Ģəhər. 

129 

Sultan  Əhməd  Cəlair  Pirbudağı  oğulluğa  götürdüyü  üçün  o  hakimiyyətin  qanuni  varisi  sayılırdı. 



Pirbudaq 1418-ci ildə vəfat etmiĢdi. 

130


 Baba Hacı Hüseyn Həmədani Həmədan hakimi idi və müstəqilliyə can atırdı. 1443-cü ildə ġahruxun 

nəvəsi Sultan Məhəmməd tərəfindən məğlub edilmiĢ və öldürülmüĢdü. 

131

 Əbu Səid (Busat) 1431-ci ildə öldürülmüĢdü. 



132

 ƏləĢkerd Ģəhəri Türkiyənin Ģimalında, Ərzrumdan qərbdə yerləĢir. 

133

 Sürməlu dedikdə indiki Ġqdır nəzərdə tutulur. 



134

 Ġskəndər 1439-cu ildə öldürülmüĢdü. 

135

  Ġsfahan  bəyin  oğlunun  adı  Fulad  idi,  CahanĢah  Bağdadı  ondan  alıb  öz  oğlu  Məhəmmədi  Mirzaya 



vermiĢdi. 

136


 ġahruxun nəvəsi nəzərdə tutulur. 

137


 1458-ci ildə bağlanmıĢ bu sülh tərəflər arasında hərbi ittifaq nəzərdə tutur, ġərqi Ġranda yerləĢən DəĢti-

Kəvir səhrasını iki məmləkətin sərhəddi müəyyən edirdi. 

138

 Burada yəqin ki, Maku olmalıdır. 



139

 Bu cümlə əbcəd hesabı ilə hicri 865-ci ili (17.X.1460—5.X.1461) göstərir. 

140

 Mardin—Anadolunun cənubunda, Diyarbəkrdən cənub-Ģərqdə yerləĢən Ģəhər. 



141

 Qaraqoyunlu sülaləsinin hakimiyyəti 1410—1468-ci illəri əhatə edir. 

142

 Orijinalda  bu yerdə səhvən «Ağqoyunlu» getmiĢdir. 



23 

 

143



 Təvaçi—hərbi vəzifələrdən biri idi. Təvaçilik mənsəbində olan əmir bu və ya digər döyüĢ ərəfəsində 

əyalətlərə gəlib qüvvə toplayır, onların fəaliyyətini əlaqələndirir, qoĢunları lazımi yerə müĢayiət edirdi. 

144

 Səncəq yaxınlığındakı döyüĢ 1468-ci ildə Uzun Həsənlə CahanĢah arasında olmuĢdu. 



145

  Söhbət  1473-cü  ildə  Tərcan  yaxınlığında  Uzun  Həsənlə  Sultan  Məhəmməd  Fateh  (1451—1481) 

arasında baĢ vermiĢ döyüĢdən gedir. Bu döyüĢdə ağqoyunlular ağır məğlubiyyətə uğramıĢdılar. 

146 


Vorucerd  (Borucerd)—Həmədandan  cənub-Ģərqdə  yerləĢən  Ģəhər.  Nəhavənd  KirmanĢahdan  130  km 

Ģərqdə yerləĢir. 

147 

Bu hadisə 1457-ci ildə baĢ vermiĢdi. 



148

 Bu Ģəhərin harada yerləĢdiyini müəyyənləĢdirmək mümkün olmadı. 

149

 Lur-i kuçek—Luristanın Ģimal-qərb hissəsi bu cür adlanırdı. 



150

  Söhbət  Hindistan  Moğollar  dövlətinin  məĢhur  sərkərdəsi,  Ģair  və  dövlət  xadimi  Bayram  xandan 

(1504—1561) gedir. 

151


  Baburun  oğlu  Humayun  padĢah  Moğollar  dövlətinin  ikinci  hökmdarı  idi  (hakimiyyət  illəri:  1530—

1556). 


152

 Cəlaləddin Əkbər Ģah 1556—1605-ci illərdə hökmdarlıq etmiĢdir. 

153

  Bayram  xanın  oğlunun  adı  Babarəhim  idi.  O,  həm  də  Ģair  olmuĢ,  üç  dildə    (türk,  fars,  hind)  Ģerlər 



yazmıĢdır. 

154


 Sultan Hüseyn Mirza I ġah Ġsmayılın nəvəsi (Bəhram Mirzanın oğlu) idi. O, Qəndəhar hakimi olmuĢ, 

1576-cı ildə vəfat etmiĢdir. 

155

 Dəkən dedikdə, Hindistan yarımadasının cənubundakı torpaqlar nəzərdə tutulur. 



156

 ġirvanĢah I Ġbrahim (1382—1417) nəzərdə tutulur. 1412-ci ildə baĢ vermiĢ həmin döyüĢdə ĢirvanĢah 

məğlub  olub  əsir  düĢmüĢ,  bir  müddət  Təbrizdə  saxlandıqdan  sonra  Qara  Yusifin  vassalı  olmaq  Ģərti  ilə  azad 

edilmiĢdi. 

157

  Bu  döyüĢ  1421-ci  il  iyulun  28-də  Qara  Yusifin  oğlu  Qara  Ġskəndərlə  ġahrux  arasında  baĢ  vermiĢ, 



birincinin məğlubiyyəti ilə nəticələnmiĢdi. 

158


 I ġah Abbasın hakimiyyəti 1587—1629-cu illəri əhatə edir. 

159


 1598-ci ildə özbəklər yenidən hücum edib Xorasanı tutmuĢdular. I ġah Abbas Fərhad xanı onlara qarĢı 

göndərmiĢ,  lakin  o,  qorxaqlıq  göstərib  döyüĢ  meydanından  qaçmıĢdı.  Belə  olduqda  Ģah  özü  böyük  qoĢunla 

Xorasana  getmiĢ,  özbəkləri  ağır  məğlubiyyətə  uğratmıĢdı.  Bu  qələbədən  sonra  o,  Fərhad  xanı  bağıĢlamıĢ  və 

Herat  hakimi  təyin  etmiĢdi.  Lakin  Fərhad  xan  bu  vəzifədən  imtina  etmiĢ,  nəticədə  Ģahın  qəzəbinə  düçar 

olmuĢdu. Heratın hakimliyi Hüseyn xan ġamluya tapĢırılmıĢdı. 

160


 «Fəth-e heri Ģod» («Herat fəth edildi») əbcəd hesabı ilə 1007-ci ili (1598—99) göstərir. 

161


 Hüseyn Kiya Çəlavi Firuzguh hakimi idi. 

162


 Qaraca Ġlyas Bayburtlu 1500-cü ildə I ġah Ġsmayıl Ərzincana gedərkən ona qoĢulmuĢdu. 

163


 Xaf əyaləti Ģərqi Ġranda—Kuhistanda  yerləĢir. 

164


 Xəlifə Ənsar uzun müddət Qaradağ hakimi, sonra isə ġirvan bəylərbəyi olmuĢ, 1582-ci ildə ölmüĢdü. 

165


 Əyyubilər sülaləsinin banisi Məlik Nasir Səlahəddin Yusif (1169—1193). 

166


 Əyyubilər sülaləsi 1171-ci ildən 1250-ci ilə qədər Misir, Yəmən və Suriyada hökmranlıq etmiĢdir. 

167


 Rum səlcuqilərindən olan Sultan Rüknəddin Məsud 1116—1156-cı illərdə hakimiyyətdə olmuĢdur. 

168


 Tikrit—Dəclə çayının qərb sahilində, Samirədən Ģimalda yerləĢən Ģəhər-qala. 

169


  DəməĢq  və  Hələbdə  hökmranlıq  etmiĢ  Zəngilər  sülaləsindən  olan  Nurəddin Mahmud  ibn  Ġmadəddin 

Zəngi (1164—1174) nəzərdə tutulur. 

170

 Sonuncu Fatimi xəlifəsi olan əl-Azid 1171-ci il sentyabrın 4-də devrilmiĢdir. 



171

 Burada məĢhur Yusif əfsanəsinə iĢarə olunur. 

172

  Burada  artıq  Əyyubilərdən  sonra  Misir  və  Suriyada  hökmranlıq  etmiĢ  məmlüklərdən  söhbət  gedir. 



1516-cı  il  avqustun  24-də  Hələb  yaxınlığındakı  döyüĢdə  I  Sultan  Səlim  sonuncu  məmlük  sultanı  əl-ƏĢrəf 

Qansuh  əl-Qurini  (1501—1516)  məğlub  etdi.  Bunun  ardınca  o,  Suriya  və  Misiri  tutdu  və  onlar  paĢalıq  kimi 

Osmanlı imperiyasının tərkibinə daxil oldular. 

173


  Mərvanilər  sülaləsinin  dördüncü  və  ən  böyük  hökmdarı  Nəsrüddövlə    Əhməd  ibn  Mərvan    (1011—

1061) nəzərdə tutulur. 

174

 Cəzirə—Dəclə çayının sağ sahilində, Diyarbəkrdən cənub-Ģərqdə yerləĢən Ģəhər. 



175

 Mərvanilərin torpaqları 1085-ci ildə səlcuq imperiyasına qatılmıĢdır. 

176

 Bitlis—Van gölündən cənub-qərbdə yerləĢən Ģəhər və əyalət. 



177

 ġəmsəddin xan məlum tarixçi, «ġərəfnamə» əsərinin müəllifi ġərəf xan Bitlisinin atasıdır. ġəmsəddin 

xanın  atası  Əmir  ġərəf  uzun  müddət  (1485—1533)  Bitlis  hakimi  olmuĢdur.  Onun  ölümündən  az  sonra 

ġəmsəddin xan Ġrana gəlmiĢ, müxtəlif vilayətlərdə yaĢamıĢ və 1576-cı ildə Qəzvində vəfat etmiĢdir. 

178

 Ərzrum hakimi Ġskəndər paĢanın Xoya hücumu 1552-ci ilin əvvəllərində olmuĢdu. 



24 

 

179



 Çaldıran döyüĢündən sonra Diyarbəkr osmanlıların əlinə keçmiĢdi. I ġah Ġsmayıl da Qara xanı Ģəhəri 

geri almaq üçün göndərmiĢdi. O, Diyarbəkri bir ildən artıq mühasirədə saxlasa da, tuta bilmədi. Trabzon hakimi 

Bıyıklı Məhəmməd paĢa (Mustafa paĢa Bığlı ÇavuĢ) baĢda olmaqla osmanlıların hücumundan sonra Qara xan 

Mardinə tərəf çəkilmiĢ və orada qəti döyüĢdə məğlub olmuĢdu. 

180

 Əsl adı Məhəmməd bəy idi. 



181

 Köpək Sultanın əsl adı Mustafa Sultan idi. ġərur döyüĢü 1527-ci il iyunun 30-da olmuĢdu. 

182

  Qasım  bəy  ĢirvanĢahlar  nəslindən  idi,  Ġstambula  pənah  aparmıĢdı.  1554-cü  ildə  I  Sultan  Süleyman 



Azərbaycana  hücum  edərkən,  onu  ġirvanı  tutmağa  göndərmiĢdi.  ġirvanlıların  xeyli  hissəsi  onun  tərəfinə 

keçmiĢdi. Lakin Gülüstan qalası yaxınlığındakı döyüĢdə Abdulla xanın baĢçılıq etdiyi qızılbaĢlar Qasım bəyin 

qoĢununu darmadağın etmiĢdi. 

183


 Bu hadisə 1556/57-ci ildə olmuĢdu. 

184


 Gələcək II ġah Ġsmayıl (1576—1577) nəzərdə  tutulur. 

185


 ġahqulu Sultan Ustaclu 1567/68-ci ildə Türkiyəyə səfir göndərilmiĢdi. 

186


  Məhəmməd  xan  Toxmaq  uzun  illər  Çuxursəd  hakimi  olmuĢ,  osmanlılarla  çoxlu  döyüĢlər  etmiĢdi;  o 

cümlədən, 1578-ci ildə baĢ vermiĢ Çıldır döyüĢünün əsas iĢtirakçılarından olmuĢdu. 

187

  Cam  (Kuhistanın  Ģimal-Ģərq  hissəsində  yerləĢən  yaĢayıĢ  məntəqəsi)  yaxınlığındakı  döyüĢ  özbəklərlə 



qızılbaĢlar arasında olmuĢ ən böyük döyüĢlərdən biri idi. QızılbaĢlara ġah Təhmasib özü baĢçılıq edirdi. 

188


 Kəsib—türk sözü olan bu kəlmənin mənası «qənimət», «qarət edilmiĢ mal» deməkdir. 

189


 Təhmasibdən sonra Ģah olmaq uğrunda onun oğlanları Heydər Mirza və Ġsmayıl Mirza arasında gedən 

mübarizədə  ustaclu  tayfası  birincini  müdafiə  edirdi.  Buna  görə  Ġsmayıl  taxta  çıxdıqdan  sonra  həm  paytaxtda, 

həm  də  vilayətlərdə  ustaclu  əmirləri  sıxıĢdırılmağa  baĢladı.  Heratda  digər  tayfaların  (əfĢar,  Ģamlu  və  s.) 

nümayəndələri qiyam qaldırıb ġahqulu Sultanı öldürdülər və Əliqulu xan ġamlu Herat hakimi oldu. 

190

 ġah Təhmasib 1576-cı il mayın 14-də vəfat etmiĢdi. 



191

 Türbət—Xorasanda, MəĢhəddən cənubda yerləĢən Türbəti Heydəri qalası nəzərdə tutulur. 

192

 Bu hadisə 1586-cı ilin yazında olmuĢdu. Əliqulu xan ġamlu o zaman taxta ən real namizəd olan Abbas 



Mirzanın lələsi idi. MürĢüdqulu xan Abbas Mirzanı ələ keçirməklə gələcək hakimiyyəti özü üçün təmin etmiĢ 

olurdu.  Cunabad  yaxınlığında  baĢ  vermiĢ  döyüĢdə  ustaclu  əsgərləri  Abbas  Mirzanı  tutub  MürĢüdqulu  xanın 

yanına aparmıĢdılar. 

193


  Bu  hadisə  1587-ci  ilin  axırında  özbəklərin  Heratı  tutub  Əliqulu  xan  ġamlunu  öldürməsindən  sonra 

olmuĢdu. MürĢüdqulu xanı gecə yuxuda ikən   öldürmüĢdülər. 

194

  Əlbistan—Türkiyənin  cənubunda,  Ceyhan  çayının  sahilində  yerləĢən  Ģəhər  və  vilayət;  MərəĢ—



Türkiyə ilə Suriya sərhəddi yaxınlığında yerləĢən Ģəhər və vilayət. 

195


  Sonuncu  Zülqədr  hakimi  olan  Əlaüddövlə  bir  tərəfdən  Səfəvilərin,  digər  tərəfdən  isə  osmanlıların 

təzyiqi  qarĢısında  qalmıĢdı.  Yalnız  Çaldıran  döyüĢündən  sonra—1515-ci  ilin  yazında  Sultan  Səlim  onun 

torpaqlarını zəbt etdi. 

196


 Rumeli dedikdə, Türkiyənin Avropa hissəsi nəzərdə tutulur. 

197 


Möhrdar—Ģahın  xüsusi möhürünü  qoruyan  əmir  belə  adlanırdı.  Onun  ən  mühüm  sənədlərə  vurduğu 

möhür Ģahın imzası sayılırdı. 

198

 ġahrux xan Zülqədr 1585/86-cı ildə Təbrizdə osmanlılarla döyüĢdə   yaralanıb əsir düĢmüĢdü. 



199

  Söhbət  1585—1586-cı  illərdə  baĢ  vermiĢ  türkman  və  təkəlu  tayfalarının  birgə  qiyamından  gedir. 

Qiyam  1585-ci  ilin  mayında  ustaclu  və  Ģamlu  əmirlərinin  təhriki  ilə  Azərbaycan  bəylərbəyi  Əmir  xan 

Türkmanın Sultan Məhəmməd Xudabəndənin oğlu Həmzə Mirza tərəfindən həbs edilib öldürülməsindən sonra 

baĢlandı. Qiyama KaĢan hakimi Məhəmməd xan Türkman və Həmədan hakimi Vəli xan Təkəlu baĢçılıq edirdi. 

Az  sonra  Fars  hakimi  Ümmət  xan  Zülqədr  də  onlara  qoĢuldu.  Qiyamçılar  Həmzə  Mirzanın  kiçik  qardaĢı 

Təhmasib Mirzanı Təbrizdən oğurlayıb Qəzvinə getmiĢ və onu Ģahın vəliəhdi elan etmiĢdilər. Nəhayət, Həmzə 

Mirza onların üstünə yeriyib Qəzvin yaxınlığında qiyamçıları məğlub etmiĢdi. 

200

 Ġstəxr qalası ġirazdan Ģimal-Ģərqdə yerləĢirdi.  



201

 Bu hadisə 1589/90-cı ildə olmuĢdu. 

202

  Azərbaycan  Atabəylər  dövlətinin  banisi  ġəmsəddin  Eldənizin  (1136—1175)  oğlu  Nüsrətəddin  Əbu 



Cəfər Məhəmməd Cahan Pəhləvan (1175—1186) nəzərdə tutulur. 

203


 Kuhkiluye—Fars vilayətinin Ģimal-qərb hissəsi belə adlanırdı. 

204


 Sevindik bəy ƏfĢar 23 il qorçibaĢı olmuĢ, 1561/62-ci ildə vəfat etmiĢdi. 

205


 Fərah—müasir Əfqanıstanda, Heratdan cənubda yerləĢən Ģəhər. 

206


 Son dərəcə böyük nüfuza malik olan Qulu Sultan ƏfĢar Həmzə Mirza ilə ciddi ixtilaf nəticəsində və 

ölüm təhlükəsi qarĢısında 1585/86-cı ildə Təbrizdə osmanlıların tərəfinə keçmiĢdi. 

207

  Xacə  Ġxtiyarəddin  Əbdülqadir  Kermanın  ən  iri  mülkədarlarından  olmuĢdur.  Ağa  Kəmali  Kerman 



bəylərbəyinin vəziri idi. 

25 

 

208



  Əmir  Qiyasəddin  dövrün  ən  nüfuzlu  ruhanilərindən  idi.  Uzun  müddət  sədr  vəzifəsini  icra  etmiĢdi. 

Yəzd onun tiyulu idi. 

209

 Əhəristan—Yəzddən 3 km cənubda yerləĢən kənd. 



210

 Ġsfizar Ģəhəri Heratdan cənubda, Ğur vilayəti isə Heratdan Ģərqdə yerləĢir. 

211 

Bu hadisə 1589/90-cı ildə olmuĢdu. 



212

 Tun—ġərqi Ġranda, Xorasanın cənub-qərb hissəsində yerləĢir. Cunabad (Cunabad, Qunabad)—Tundan 

Ģimal-Ģərqdə, Kuhistanda yerləĢən Ģəhərdir. 

213


 Təbəs—Ġranın Ģərqində yerləĢən Ģəhər. 

214


 Axtarma—axtarıĢ  yolu ilə əldə edilən qənimət deməkdir. 

215


 Kazerun—Fars  vilayətində yerləĢən iri Ģəhər. 

216


 ġuĢtər—Ġranın cənub-qərbində, Əhvazdan Ģimalda yerləĢən Ģəhər. 

217


 Səmiran—hazırda Həmədan ətrafında yerləĢən kənddir. 

218


 DehdəĢt—Behbehan Ģəhərindən 41  km Ģimal-Ģərqdə yerləĢən kənd. 

219


  «Tozqoparan»  ləqəbi  ilə  məĢhur  olan  Piri  bəy  Qacar  I  ġah  Ġsmayılın  yaxın  silahdaĢlarından  idi.  O, 

1501-ci ildə Əlvənd Ağqoyunlunun əmiri Osman bəy Mosullunu, 1503-cü ildə isə Sultan Murad Ağqoyunlu ilə 

döyüĢdə onun tərəfində vuruĢan Qum hakimi Əsilməz bəyi məğlub etmiĢdi. 

220


 ġahverdi Sultan Ziyadoğlu Qarabağ bəylərbəyi idi. Ləvasan—Kartli hökmdarı Luarsab (1534—1558); 

Simaon—onun  oğlu  Simon  (1558—1560).  Qorkin  dedikdə,  yəqin  ki,  Tiflis  hakimi  Georgi  Dadiani  (1548—

1582) nəzərdə tutulur. 

221


 Bargiri—Türkiyənin Ģərqində, Vandan 77 km Ģimal-Ģərqdə yerləĢən Ģəhər. 

222


 1537-ci ildə ġah Təhmasib Qəndəharı almıĢ və Budaq xanı ora hakim təyin etmiĢdi. Lakin o biri ildə 

Baburun oğlu Kamran Mirza Qəndəharı tutmuĢdu. Bundan sonra Qəndəhar əldən-ələ keçirdi. 

223

 NaĢir yazır ki, «yaxa», görünür, «tayfa», «el», «qəbilə» mənasındadır. Bəzi müəlliflər «yaxa» sözünü 



türkmən tayfasının xüsusi adı kimi götürürlər.  Bizcə, Astrabad ətrafında yaĢayan bu tayfanın adı bütöv Ģəkildə 

«Yaxa-Türkman» kimi oxunmalıdır. 

224   

ġah  Ġsmayıl  taxta  çıxdıqdan  sonra  Qarabağın  əmir  əl-ümərası  və  Gəncə  hakimi  Yusif  Xəlifə 



öldürülmüĢ, yerinə Ġmamqulu xan Qacar təyin edilmiĢdi. 

 

 



 

26 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



NəĢriyyatın baĢ direktoru ġ. Cəfərov. 

BuraxılıĢa məsul V. QardaĢlı. 

Elmi redaktoru  Z. Bünyadov 

Rəssamı Ə. DadaĢov. 

Texniki redaktoru E. Tağıyeva. 

 

 



 

Çapa imzalanmıĢ 22.07.93. Kağız formatı   84X108

1

/

32



 

ġərti çap vərəqi 2,52. Uçot-nəĢr vərəqi 2,5. Tirajı 15.000. SifariĢ 1083. 



 

«Azərbaycan» nəĢriyyatı. 



370146, Bakı, Mətbuat prospekti, 529-cu məhəllə. 

 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin